Əsas Səhifə > Güney Press > AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib

AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib


Dünən, 17:54
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank Avrasiya” və "Bank BTB” ASC-lərə sığorta agenti fəaliyyəti üçün lisenziya verib.

“DİA-AZ” bu barədə AMB-yə istinadən xəbər verir.

Beləliklə, hazırda Azərbaycanda 60 hüquqi şəxs, həmçinin 21 bank sığorta agenti lisenziyasına malikdir.

Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 37,5 %-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85 %-lik, "Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 37,5 %-i "PDM Qrup" MMC-yə, 25 %-i isə "Azbizneskom" MMC-yə məxsusdur.

“Bank BTB” isə 2010-cu ildə yaradılıb. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58 %-i isə Tükəzban Mahmudovaya məxsusdur.

Geri qayıt