Əsas Səhifə > Güney Press > İrəvan xanlığı yaranacaq

İrəvan xanlığı yaranacaq


Bu gün, 17:23
İrəvan xanlığı yaranacaq
“Yaxın Şərqdə ciddi proseslər baş verir. Tramp peyda olub, Türkiyə istiqamətində yeni nüanslar var, Ərdoğan daim Əliyevlə məsləhətləşir, Suriya istiqamətində yeni hadisələr gözlənilir. Bu, tərəfləri qıcıqlandırır”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib. Onun sözlərinə görə, hər kəs Trampın Cənubi Qafqaz siyasətini gözləyir:

“Əlbəttə, Azərbaycan həm Rusiya, həm də ABŞ-la balanslı siyasət aparmağa üstünlük verir. Lakin biz anlayırıq ki, Azərbaycan və Türkiyə arasındakı sıx münasibətlər onun bu imkanlarını məhdudlaşdırır. Xüsusilə situasiya İranın bir tərəfdən Rusiya ilə razılaşma imzalayıb, digər tərəfdən ABŞ-la danışıqlardan imtina etmədiyi müddətdə çətinləşib. Əgər İran beynəlxalq izolyasiyadan çıxa bilsə, bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir edəcək. Söhbət xüsusilə Azərbaycan neftinin ixracı ilə bağlıdır. İranın sanksiya tətbiq edilən neft və qaz ehtiyatları var. Sanksiyaların götürülməsindən sonra Azərbaycan qazına tələbat azala bilər. Bununla bağlı müzakirələr kulislərdə aparılır”.

Tarasov deyib ki, Rusiya-Azərbaycan gərginliyi strateji yox, taktiki gərginlikdir.

O həmçinin qeyd edib ki, Qazaxıstan və Özbəkistan Moskvanın güclənməsindən və yeni Sovet İttifaqının yaranmasından qorxur:

“Lakin hadisələrin belə inkişafı az inandırıcıdır. Trampın Cənubi Qafqaz siyasəti aydın deyil. ABŞ Gürcüstana maliyyələşdirməni dayandırmaqla onu satdı. Belə təəssürat var ki, Moskva təkcə Ermənistan üzərində yox, bütün Qafqaz üzərində nəzarət əldə edə bilər”.

Tarasov həmçinin Ermənistanla Rusiya münasibətlərinin gələcəyinin Azərbaycandan yox, İrəvandan asılı olduğunu söyləyib. O, Ermənistanın Qərbə doğru götürdüyü siyasi kursa Moskvanın səbir nümayiş etdirməyəcəyini bildirib. İddia edib ki, Ermənistanın Moskva ilə ittifaqdan çıxması onun İrəvan xanlığına çevrilməsi ilə nəticələnəcək.

Geri qayıt