Əsas Səhifə > Güney Press > 26 min əsgərimizi mühasirədən belə xilas etdim
26 min əsgərimizi mühasirədən belə xilas etdimBu gün, 15:53 |
Ermənistanın Baş naziri Nikol Paşinyanın yanvarın 31-də keçirdiyi mətbuat konfransında gərgin anlar yaşanıb. Globalinfo.az xəbər verir ki, jurnalistlərdən biri baş nazirin 2020-ci il 9 noyabrda üçtərəfli sazişə hansı məqsədlə imza atdığını soruşub. Jurnalist, “Başınıza silah tuşlamışdılar ki, o sənədi imzalamağa məcbur qalmısınız?”, – sualını verib. Baş nazir cavabında imza atmayacağı təqdirdə çox sayda erməni əsgərin öləcəyini bildirib: “Başıma silah tuşmamamışdılar. Əgər belə bir şey olsaydı, inanın, mən o sənədi imzalamazdım. Amma həmin vaxt 26 minə yaxın əsgərimiz mühasirədə idi. Onlar ölümlə üz-üzə qalmışdılar. Mən o imzanı atmağa məcbur idim. Bu addımı atmaqla əsgərlərimizi xilas etdim”. Geri qayıt |