Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Güney Press > AŞPA-ya ETİRAZ:
AŞPA-ya ETİRAZ:Dünən, 19:00 |
Beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətinin hansı standartlarda olduğu hər zaman açıq görünüb. İkili standartların olduğu, beynəlxalq hüquqa söhkənməyən qərarların müdafiə olunduğu bu cür təşkilatlar son zamanlar bütün imkanlarını təzyiq etmək üçün istifadə etməyə başlayıblar. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) ötən ilin ilk günlərindən Azərbaycana qarşı təzyiq ritorikası seçib. Belə ki, 2024-cü ilin 22 yanvar tarixində AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatlar çağırış etmişdi. 24 yanvarda isə Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarın verdi və nümayəndə heyəti bununla bağlı bəyanat yaydı. Bu dəfə də AŞPA Azərbaycana münasibətdə bütün dəyərlərin üzərindən xətt çəkmək anlamına gələn bir bəyanat yayıb. Söhbət ondan gedir ki, AŞPA hər zaman insan hüquqları, azad və müstəqil məhkəmə, demokratiya və buna bənzər dəyərləri ön planda tutduğunu bəyan edib. Amma yenə də AŞPA Azərbaycana qarşı münasibətdə bu dəyərləri heçə sayıb. Belə ki, AŞPA Azərbaycana yenidən çağırış edib. “AŞPA Dağlıq Qarabağın Bakıda saxlanılan separatçı liderlərinin və bütün erməni hərbi əsirlər ilə bağlı vəziyyəti izləyir, Azərbaycana bu şəxsləri azadlığa buraxmağa dair çağırışını bir daha təkrarlayır”, - deyə AŞPA bəyanatında deyilir. Bəs azad məhkəmə? Bəs insan hüquqları? Nəzərə alsaq ki, AŞPA-nın azad görmək istədiyi şəxslərin məhkəməsi gedir, belə bir vaxtda bu çağırış məhkəmənin işinə müdaxilə cəhdi deyilmi? Ümumi olaraq hazırda məhkəmələri davam edən şəxslərlə bağlı çağırış etmək nə dərəcədə düzgündür? Bu, AŞPA-nın özünün dediyi beynəlxalq hüquq, məhkəmə azadlığı kimi dəyərlərə zidd deyilmi? Hüquq üzrə fəlsəfə doktoru, sabiq deputat Çingiz Qənizadə mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deyib ki, AŞPA-nın belə bir bəyanatla çıxış etməyə haqqı yoxdur: “Çünki bu, Azərbaycan məhkəmlərinə təzyiq forması kimi dəyərləndirilir. Sözügedən şəxslərlə bağlı hazırda məhkəmə prosesi davam edir. Onlarla bağlı ədalətli qərarın veriləcəyi də heç kimdə şübhə oyatmır. Amma maraqlıdır, bu hərbi cinayətkarların, müharibə cinayəti törətmiş bu şəxslərin azadlığa buraxılması istəyi AŞPA-da necə yaranıb? Bildirim ki, AŞPA və digər beynəlxalq insan haqları təşkilatları artıq siyasiləşiblər. “Human Rights Watch”, “Freedom House” və bu kimi təşkilatların hamısı artıq siyasiləşiblər və onların hamısı bu gün Azərbaycanda məhkəməsi gedən müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılması üçün var gücləri ilə çalışırlar. Amma bir dəfə də olsun demirlər ki, bu şəxslər niyə Azərbaycan xalqına, dinc əhaliyə qarşı raketlərdən, qadağan olunmuş minalardan istifadə ediblər. Gecə insanların yatdığı vaxtda raket zərbələriylə binaları onların başına uçurdular. Bəs onda niyə danışmırdılar? Hesab edirəm ki, bu təşkilatlar siyasiləşib. Azərbaycana təzyiq forması kimi bu cür bəyanatlarla çıxış edirlər”. Çingiz Qənizadə əlavə edib ki, bu cür bəyanatların Azərbaycana hər hansı bir təsiri olacağına inanmır: “Azərbaycan müstəqil, qüdrətli bir dövlətdir. Məhkəmənin də açıq və ədalətli keçirilir. Hər kəs üçün şərait yaradılıb ki, gəlib məhkəməni izləsin. Onlar artıq öz cinayətlərini etiraf etməyə başlayıblar. Belə olan halda nəyə görə onların azadlıq məsələsi AŞPA-nı bu qədər narahat edir? Biz bu sualın cavabını bilirik. Amma yaxşı olar ki, AŞPA özü də açıqlamalarında desin ki, onları maraqlandıran nədir və kimlərin tapşırığı ilə bu cür bəyanatlarla çıxış edirlər”. Geri qayıt |