Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Həbsdə olan sabiq tabor komandirinin
Əsas Səhifə > Güney Press > Həbsdə olan sabiq tabor komandirinin

Həbsdə olan sabiq tabor komandirinin


Dünən, 12:26
Həbsdə olan sabiq tabor komandirinin
Müdafiə Nazirliyinin hərbi hissəsinin rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən sabiq tabor komandiri Elnur Əliyevin barəsində olan hökmdən verdiyi kassasiya şikayəti üzrə məhkəmə keçiriləcək.

APA xəbər verir ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun icraatına verilib.

Məhkəmənin baxış iclası fevralın 11-nə təyin olunub.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin ötən il mayın 22-də çıxardığı hökmə əsasən, Elnur Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham verilib.

Məhkəmə onun ittiham olunduğu mənimsəmə epizodu üzrə ona cəza təyin etməyib. Həmin hissə hökmdən xaric edilib.

Geri qayıt