Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > SEPAH süni intellektli raketləri kimə tuşlayıb?
Əsas Səhifə > Güney Press > SEPAH süni intellektli raketləri kimə tuşlayıb?

SEPAH süni intellektli raketləri kimə tuşlayıb?


Dünən, 12:25
SEPAH süni intellektli raketləri kimə tuşlayıb?
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri süni intellektlə təchiz edilmiş raketlərlə düşmənin simulyasiya edilmiş hədəflərini uğurla məhv edib.

“Cebheinfo.az” bu barədə “Mehr”-ə istinadən xəbər verir.

İranın cənubundakı Buşəhr və Xuzistan əyalətlərinin sahil sularında keçirilən “Böyük Peyğəmbərin Səlahiyyəti 19” kod adlı genişmiqyaslı təlimlərin son günündə SEPAH dəniz qüvvələrinin çıxışı olub.

Süni intellektlə təchiz edilmiş Qaem və Almas raketləri qabaqcıl “Mohajer 6” və “Ababil 5” pilotsuz uçuş aparatlarından buraxılıb.

Təlimlərdə iştirak edən SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri elit qüvvələrin sistem və texnikasının yeniləndiyini bildirib.

O əlavə edib ki, donanma müxtəlif ballistik və Yer-Yer raketləri, o cümlədən strateji hərbi gəmi “Şəhid Süleymani”-dən hücum raketi atıb və düşmənin uçan hədəflərini “Kövsar 222” raketləri ilə vurub.

Əlirza Tanqsiri qeyd edib ki, Fars körfəzinin şimal və mərkəzi strateji sularında keçirilən genişmiqyaslı təlimlər SEPAH dəniz qüvvələrinin "düşmənlərin istənilən avantürist hərəkətlərinə" qarşı durmaq üçün koordinasiyanı və hazırlığını artırmaq məqsədi daşıyır.
Geri qayıt