
ABŞ administrasiyası Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Dövlət Departamentinin bağladığı müqavilələrin 90%-dən çoxunu ləğv etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb
Məlumata görə, memorandumda USAID-in ayırdığı bütün maliyyə vəsaitlərinin yoxlanılmasının nəticələri əks olunub. ABŞ ümumilikdə 60 milyard dollara yaxın məbləğdə xarici yardımı dayandırmağı planlaşdırır.
Tramp administrasiyası bu niyyətini memorandumda və məhkəmə sənədlərində təfsilatlı şəkildə ifadə edib.
Qeyd olunur ki, Vaşinqtonun bu qərarı ABŞ federal məhkəməsinin beynəlxalq maliyyə yardımlarının göstərilməsi ilə bağlı qadağanın müvəqqəti olaraq ləğv edilməsinə dair qətnamə çıxarması fonunda qəbul olunub.