Azərbaycan Ermənistanla sülh üçün yeni şərtlər irəli sürməyib .....                     Ermənistanın sülh sazişi üzərində oyunu: Bakı tələsmir .....                     “Onlar yüz minlərlə insanın qanı bahasına böyük pullar qazanıblar” .....                     Tramp "Türkiyəyə güvənirəm" deməklə Rusiyaya mesaj verir .....                     Balakəndə şəhidin xatirə muzeyini kürəkən yandırıbmış .....                     "TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub .....                     Bakı-Ankara-İrəvan üçbucağında sensasion gəlişmə .....                     Rusiyada benzin vurmaq, banka pul köçürmək olmur .....                     Hicab geyinməyən iranlı fəala 178 şallaq və 18 ay həbs cəzası .....                     Santuşa “bir quş...” .....                     ABŞ məhkəməsi "Azadlıq Radiosu"nun bağlanmasını blokladı: .....                     “Red Wings” Moskvadan Bakıya müntəzəm uçuşları bərpa edəcək .....                     “Küçədən keçən aparıcı olur, .....                     “Özsüt” yemək masasında tarakan olması ilə bağlı görüntüyə münasibət bildirdi: .....                     Cənub-şərq küləyi əsəcək .....                     "Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib .....                     “Ukraynalılar yalın əllə də vuruşacaqlar” .....                     Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edildi .....                     Nazir rəisi buna görə işdən çıxarıb: Planşet, bahalı viski... .....                     Fransa Ermənistanı məhv edir .....                     Yevlaxın icra başçısının atası vətəndaşlara BELƏ DİVAN TUTUR .....                     Biz Türkiyənin daxili işlərinə QARIŞMALIYIQMI? .....                     Ərdoğanın müxalifətlə qarşıdurmasına səbəb nədir? .....                     Pandemiya vaxtı görün, camaata PEYVƏND ADI ilə NƏ VURUBLAR? .....                     "Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb" .....                     Yevlax nədir, Astaf nədir, hələ Dvadsatı... .....                     Mövqelərimizin atəşə tutulmasının görüntüləri .....                     Naxçıvanda sakinlər Fuad Nəcəfliyə OD PÜSKÜRDÜ .....                     Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini qəbul edib .....                     Rusiyalı hərbi müxbir Belqorodda öldürüldü .....                     O, hakimiyyətdə qaldığı müddətdə sülh olmayacaq .....                     ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə çıxacaq .....                     Trampın diqqətini İrəvana yönəltmək üçün... .....                     Tramp ərəb şeyxlərindən daha 2 trilyon «qopardı» .....                     Niyaməddin Musayev Kanadada yaşayan övladından danışdı .....                     ABŞ-dan Ankara və Bakı üçün mesaj .....                     "Heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib" .....                     Qəbələ RLS-ə yeni direktor təyin edilib .....                     Xatirə hamamdan fotolarını paylaşdı .....                     Camaata TEXNİKİ SU içirdirlər... .....                 

Efirlərimiz məişət mövzularının meydanına çevrilib - FAKT BUDUR!
Tarix: 16-02-2025, 01:02 | Çap et
Efirlərimiz məişət mövzularının meydanına çevrilib
Azərbaycanda televiziya yayımı ilk dəfə 14 fevral 1956-cı ildə başladı. Həmin gün Bakı Televiziya Studiyası rəsmi olaraq fəaliyyətə başladı və axşam saat 19:00-da ilk televiziya proqramı efirə verildi. Bu, Azərbaycanın televiziya tarixində mühüm bir hadisə oldu.
İlk yayımlar məhdud əhatə dairəsində və qara-ağ formatda həyata keçirilirdi. İlk televiziya aparıcılarından biri Nəcibə Məlikova olub. İlk illərdə proqramlar əsasən informasiya, ədəbi-bədii verilişlər və teatr tamaşalarından ibarət idi.
Sonrakı illərdə Azərbaycan televiziyası inkişaf edərək rəngli yayım sisteminə keçdi, texniki imkanlarını genişləndirdi və müxtəlif tematik kanallar yarandı. Hazırda Azərbaycan televiziya məkanı geniş şəbəkəyə malikdir və müxtəlif platformalar üzərindən yayımlanır. Maraqlıdır, bu gün televiziyamızın mövcud vəziyyəti necədir?

Mövzu ilə bağlı "Sherg.az"in budəfəki müsahibi media eksperti Xatirə Hüseynovadır. Suallarımızı cavablandıran ekspert 14 fevral Azərbaycan televiziyasının yaranması münasibətilə 69 yaşlı ana televiziyamızı, eləcə də bütün həmkarlarını ürəkdən təbrik etdiyini söyləyib.

- Salam, Xatirə xanım. Sizcə, hazırda Azərbaycan televiziyasının durumu hansı səviyyədədir?

- Azərbaycan televiziyasının hazırkı vəziyyətini təhlil edərkən məsələyə kompleks halında yanaşmaq mütləqdir. Həm müsbət, həm də mənfi məqamları nəzərə almaq lazımdır. Son illərdə televiziyamızda texniki baxımdan irəliləyişlər və beynəlxalq standartlara uyğunlaşma müşahidə olunsa da, məzmun baxımından ciddi problemlər qalmaqdadır. Xüsusilə, bir-birinə oxşar eyni formatlı verilişlərin təkrarlanması, yeni maarifləndirici və analitik proqramların azlığı tamaşaçıların haqlı narazılığına səbəb olur. Ekranın əyləncə və məişət mövzularının uzun-uzadı çək-çevir meydanına çevrilməsi ictimaiyyətin tənqid etdiyi əsas məsələlərdən biridir. Bir kəsim isə bu tipli proqramları, əslində, cəmiyyətin tələbinə uyğun təklif kimi dəyərləndirir. Mübahisəli mövzudur. Bununla belə, bəzi kanallar cəmiyyətə faydalı ola biləcək layihələr təqdim etməyə çalışırlar. Son zamanlar televiziyamızda yeni proqramlar, tok-şoular, maraqlı analitik verilişlər də az deyil. Ümumiyyətlə, Azərbaycan televiziyasında daha rəqabətli və keyfiyyətli məzmun yaratmaq üçün yeni yanaşmalara ehtiyac duyulur.

- İctimaiyyət arasında belə bir fikir var ki, televiziya və radiolarda peşəkar maarifləndirici proqramlar çox azdır. Bunun səbəbi nədir? Biz nə vaxta qədər aşağı səviyyəli məişət proqramlarına baxacağıq?

- Televiziyada maarifləndirici proqramların azlığı bir neçə amillə izah edilə bilər. İlk növbədə, televiziya kanallarının kommersiya yönümlü olması, yəni reytinq qazanmaq üçün daha asan və cəlbedici məzmunlara üstünlük verməsi əsas səbəbdir. Digər tərəfdən isə maarifləndirici proqramların hazırlanması daha çox araşdırma və peşəkarlıq tələb etdiyindən, bəzi kanallar bu istiqamətdə sərmayə qoymağa maraq göstərmirlər. Eyni zamanda nəzərə alaq ki, tamaşaçıların böyük bir hissəsi də əyləncəli proqramlara üstünlük verir. Çünki hazırkı dövrdə texnologiyanın inkişafı televiziya auditoriyasının tərkibinə ciddi təsir göstərir. Bu da keyfiyyətli və intellektual məzmunun populyarlığını azaldır. Zənnimcə, günümüzün media siyasəti bu sahəyə daha çox diqqət yetirməlidir ki, nəticədə tamaşaçıya balanslı, çoxçeşidli məzmun təqdim edə bilək.

- Azərbaycanda yerli istehsal animasiya, cizgi filmləri, ümumiyyətlə, uşaqlara yönəlik verilişlər ya yoxdur, ya da çox azdır. Yaşlı nəsil uşaq proqramlarının maarifçi gücündən yaxşı xəbərdardır. Belə proqramların sayını artırmaq üçün nə etmək lazımdır?

- Düşünürəm ki, uşaqlara yönəlik proqramların və animasiyaların azlığı bu sahəyə kifayət qədər investisiya edilməməsi ilə bağlıdır. Yerli animasiya və cizgi filmlərinin hazırlanması üçün texniki imkanlar, ssenari yazan mütəxəssislər və maliyyə dəstəyi lazımdır. Hazırda uşaqlar daha çox xarici istehsal olan animasiya və filmlərə baxırlar ki, bu da milli dəyərlərin təbliği sahəsində problemlərə səbəb ola bilər. Bəzən bir cizgi filminin, hansısa bir film qəhrəmanının ötürdüyü mesaj keçilən dərslərdən daha çox uşağa təsir göstərə bilər. Orta yaşlı nəsil yaxşı bilər, bizim formalaşmağımızda uşaq filmlərinin, dostluğu, qayğıkeşliyi, vətənə məhəbbəti tərənnüm edən cizgi filmlərinin rolu danılmazdır. Maarifləndirici uşaq proqramlarının sayını artırmaq üçün dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilsə, bu sahəyə xüsusi diqqət ayrılsa, daha gözəl nəticələr əldə etmək olar. Bundan əlavə, yerli prodüser və rejissorlar bu sahədə qabaqcıl xarici təcrübəni mənimsəyib daha peşəkar məhsul ərsəyə gətirə bilərlər. Beləliklə, gələcək nəsillər üçün milli və keyfiyyətli uşaq kontenti yaratmaq mümkün olar.

- Televiziya kanallarında işarət dili tətbiq ediləcək. Bu, televiziya auditoriyasının dəyişməsinə təsir göstərəcəkmi?

- Televiziya kanallarında işarət dilinin tətbiqi inklüzivlik baxımından mühüm bir addımdır, bu, cəmiyyətin müxtəlif qruplarını ekran qarşısına cəlb edə bilər. Bu addım eşitmə qabiliyyəti məhdud olan insanlar üçün informasiyaya çıxışı asanlaşdıracaq və onların cəmiyyətə inteqrasiyasına töhfə verəcək. Məncə, bu, önəmli bir addım olacaq. Çünki televiziya məzmununa əlçatanlığın genişlənməsi ümumilikdə auditoriyanın profilinə də təsir göstərəcək. Zənnimcə, xüsusilə, xəbər proqramları, ictimai-siyasi tok-şoular və maarifləndirici proqramlarda işarət dilinin tətbiqi vacibdir. Ümumilikdə, bu addım televiziyaya inklüziv və müasir yanaşmanın inkişafına xidmət edəcək, cəmiyyətin diqqətdən kənarda qalan kəsimlərini də kütləvi kommunikasiya prosesinə cəlb edəcək.

- Radio və televiziyalar üçün daha peşəkar kadrların hazırlanması istiqamətində hansı addımlar atılmalıdır?

- Bu məsələyə köklü yanaşmaq vacibdir. İlk növbədə, jurnalistika və kütləvi informasiya vasitələri üzrə təhsil proqramları müasir standartlara uyğun təkmilləşdirilir. Bununla yanaşı, universitetlər və media şirkətləri arasında əməkdaşlıq gücləndirilməli, tələbələr üçün praktiki təcrübə imkanları artırılmalıdır. Həmçinin beynəlxalq təcrübədən faydalanmaq üçün jurnalistlərin xaricdə təhsil və təcrübə proqramlarına qatılması stimullaşdırılmalıdır. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu sahədə ciddi işlər görülür. BDU jurnalist-tələbələrin praktik baxımdan müasir dövrün tələblərinə uyğun yetişdirilməsi üçün Media Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası ilə sıx əməkdaşlıq edir. Jurnalistika fakültəsində fəaliyyət göstərən Tədris Teleradio Studiyası gənc jurnalistlərin peşəkar vərdişlərini cilalamaq üçün unikal imkanlar yaradır. Peşəkar kadrların hazırlanması təkcə jurnalistika sahəsinin deyil, bütövlükdə media sektorunun inkişafına müsbət təsir göstərəcək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Ermənistanla sülh üçün yeni şərtlər irəli sürməyib - GƏLİŞMƏ
Bu gün, 15:04
Ermənistanın sülh sazişi üzərində oyunu: Bakı tələsmir - İNCƏLƏMƏ
Bu gün, 15:00
“Onlar yüz minlərlə insanın qanı bahasına böyük pullar qazanıblar”
Bu gün, 14:58
Tramp "Türkiyəyə güvənirəm" deməklə Rusiyaya mesaj verir - ŞƏRH
Bu gün, 14:46
Balakəndə şəhidin xatirə muzeyini kürəkən yandırıbmış - Yanğın ilk olaraq...
Bu gün, 13:44
"TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 13:40
Bakı-Ankara-İrəvan üçbucağında sensasion gəlişmə – Azərbaycan üçün arzuolunmaz ssenari
Bu gün, 13:27
Rusiyada benzin vurmaq, banka pul köçürmək olmur - Hücum
Bu gün, 13:24
Hicab geyinməyən iranlı fəala 178 şallaq və 18 ay həbs cəzası
Bu gün, 13:01
Santuşa “bir quş...”
Bu gün, 12:58
ABŞ məhkəməsi "Azadlıq Radiosu"nun bağlanmasını blokladı: - “Hətta prezident əmr etsə belə...”
Bu gün, 12:53
“Red Wings” Moskvadan Bakıya müntəzəm uçuşları bərpa edəcək
Bu gün, 12:48
“Küçədən keçən aparıcı olur, amma bizim dövrümüzdə hər şey tamam başqa idi”
Bu gün, 12:44
“Özsüt” yemək masasında tarakan olması ilə bağlı görüntüyə münasibət bildirdi: - ““Gənclik Mall”ın içində bəzən olur”
Bu gün, 12:42
Cənub-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:38
"Sumqayıt Nəqliyyat"a yeni direktor təyin edilib - ƏMR
Bu gün, 12:34
“Ukraynalılar yalın əllə də vuruşacaqlar” - Retkliff
Bu gün, 12:33
Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsindən azad edildi
Bu gün, 12:29
Nazir rəisi buna görə işdən çıxarıb: Planşet, bahalı viski... - İLGİNC...
Bu gün, 12:18
Fransa Ermənistanı məhv edir - Bunun başqa ADI YOXDUR...
Bu gün, 12:12
Yevlaxın icra başçısının atası vətəndaşlara BELƏ DİVAN TUTUR - NARAZILIQ VAR...
Bu gün, 12:10
Biz Türkiyənin daxili işlərinə QARIŞMALIYIQMI? - və yaxud Türkiyə NƏDƏN CANDIR?!
Bu gün, 12:04
Ərdoğanın müxalifətlə qarşıdurmasına səbəb nədir? - “Middle East Eye”
Bu gün, 12:00
Pandemiya vaxtı görün, camaata PEYVƏND ADI ilə NƏ VURUBLAR? - ŞOK
Bu gün, 11:59
"Ağcabədi Rayon İcra Hakimiyyəti guya nəzarətə götürüb" - AÇIQLAMA
Bu gün, 11:56
Yevlax nədir, Astaf nədir, hələ Dvadsatı... – Bu toponimlərdən imtina etmək gərək
Bu gün, 11:53
Mövqelərimizin atəşə tutulmasının görüntüləri - VİDEO
Bu gün, 11:28
Naxçıvanda sakinlər Fuad Nəcəfliyə OD PÜSKÜRDÜ - "Onun bu addımı təhlükəlidir..."
Bu gün, 11:24
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini qəbul edib
Bu gün, 11:14
Rusiyalı hərbi müxbir Belqorodda öldürüldü
Bu gün, 11:12
O, hakimiyyətdə qaldığı müddətdə sülh olmayacaq - ABŞ polkovniki kimi deyir?
Bu gün, 11:10
ABŞ-ın Ermənistandakı səfiri geri çağırılacaq, məhkəməyə çıxacaq - KİV
Bu gün, 10:47
Trampın diqqətini İrəvana yönəltmək üçün... - Arakelyan
Bu gün, 10:44
Tramp ərəb şeyxlərindən daha 2 trilyon «qopardı» - «İnvestisiya alveri» davam edir
Bu gün, 10:39
Niyaməddin Musayev Kanadada yaşayan övladından danışdı
Bu gün, 10:37
ABŞ-dan Ankara və Bakı üçün mesaj - "Ukrayna və Cənubi Qafqazda daha fəal olun"
Bu gün, 10:34
"Heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib" - deputat
Bu gün, 10:24
Qəbələ RLS-ə yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:20
Xatirə hamamdan fotolarını paylaşdı - FOTO
Bu gün, 10:08
Camaata TEXNİKİ SU içirdirlər... - "Dadına baxdım, içə bilmədim o suyu..."
Bu gün, 10:05
"Azərbaycan millisi ilə oyunda topa ilk toxunuşum qolla nəticələndi" - Nikita Demçenko
Bu gün, 09:54
İranlı nazirdən Paşinyana “diplomatik şillə”: Tehran dəstəkləmir - VİDEO
Bu gün, 09:52
Azərbaycanlı kişiyə ərə getdi, nikahın saxta olduğu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Binəqədidə bu məktəbin bütün ətrafını SATIBLAR... - Hətta stadionunu belə...
Bu gün, 09:24
Arakçının İrəvandakı bəyanatları: İran nədən “narahatdır”? - GƏLİŞMƏ
Bu gün, 09:10
İshaq Darın Azərbaycanla bağlı tapşırığının səbəbi - AKTUAL
Bu gün, 09:03
İrəvanın mərkəzindən "yerazlara salam" - Türk gəncin yeni videosu Ermənistanı dəli etdi
Bu gün, 08:59
ÖZSÜT şəbəkəsi rəsmən iyrəndirir... - FOTOFAKT
Bu gün, 08:54
Azərbaycan “İbrahim Sazişləri”nə qoşulur? - AKTUAL
Bu gün, 07:39
İmamoğlu effekti: Türkiyə iqtisadiyyatını nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 07:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru