Rafael Cəbrayılova qarşı ağır ittiham - "...qəsdən çalışır ki, ölkədə xaos yaransın"
Tarix: 30-01-2016, 09:50 | Çap et
Prezident İlham Əliyev sahibkarlığın inkişafına qayğı göstərərək, onu hər cür təhlükələrdən qoruyacağına söz verib və reallıqda bu istiqamətdə ciddi addımlar da atır. Lakin bəzi məmurlar yenə də ölkənin biznes mühitinə zərbə vurmaqda davam edirlər.
Yenicag.az Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müsahibədə bu barədə məsələlərə toxunub. Həmin müsahibəni diqqətinizə çatdırırıq:
– Prezident İlham Əliyev ölkədə sahibkarların incidildiyini, onların fəaliyyətinə əngəllər yaradıldığını dəfələrlə vurğulayaraq, belə hallara qarşı mübarizə apardığını dəfələrlə bildirib. Amma bir sıra məmurlar öz maraqlarından çıxış edərək, yenə də sahibkarlara əngəl törətməkdə, onlara ziyan vurmaqda davam edirlər. Məmurların bu özbaşınalığını necə aradan qaldırmaq olar?
– Məmurların sahibkarlara zülm etmələri barədə geniş açıqlamalar vermişəm. Bu fonda da düşünürdüm ki, həmin açıqlamalarımdan sonra artıq danışmağa da dəyməz. Amma nə etmək olar, taleyimiz elə gətirib ki, millətimiz yolunda hər an ölümə getməyə hazırıq. Amma gərək millət də bilsin ki, onlara görə böyük zülm çəkir, təhlükələrlə qarşılaşırıq. Lazım olanda millət də çağırışımıza cavab versin. Nə qədər ki, hökumətdə xalqını sevməyən bu kimi insanlar var, Azərbayanda nə sahibkarın, nə də sadə vətəndaşının işi getməyəcək. Bir sıra məmurlar var ki, oğrudurlar. Onlar sahibkarlardan qanunsuz yolla pul almayanda dözə bilmirlər. Mənimlə əlaqə saxlayan sahibkarlar deyir ki, prezident göstəriş verdi, amma məmurlar yenə də köhnə qayda ilə onları incitməkdə davam edir, haqq qoyurlar. Görünür ki, indiki hökumət üzvlərinin əllərini kəssəndə, dilləri, gözlərilə qaş-göz edib, rüşvət almaqda davam edəcəklər. Maliyyə naziri deyir Azərbaycan xaricdən 4 milyard dollar almayacaq. Amma Beynəlxalq Valyuta Fondu nümayəndəsi ANS-ə açıqlamasında bildirib ki, Azərbaycana 4 milyard dollarlıq borc verilməsi üçün danışıqlar aparılır. Buna ehtiyac yoxdur. Ölkədəki bütün resursları inkişaf etdirmək, dəniz məhsullarını üzə çıxarmaqla həmin 4 milyard dolları əldə edə bilərik. Milləti borca salmağa ehtiyac yoxdur. Sahibkara şərait yaradılmalıdır ki, o məhsul istehsal edib, xaricə satsın. Amma buna da imkan vermirlər. Yenə də əvvəlki kimi haqq qoyur, pul tələb edirlər. Prezident onların əllərini də kəssə, amma xeyri yoxdur, həmin məmurlar yenə də hansı yol olsa da belə sahibkarı sıxışdırmaqda davam edəcək. Ona görə də hazırda bu sahədə irəliləyişin olduğundan danışmaq hələlik yersizdir. Nə qədər ki, "Qocalar evi” tam tərkibdə istefaya getməyib, yeni iqtisadi islahatlar aparılmayıb, prezident baş nazir səlahiyyətini üzərinə götürüb, ətrafında çevik qurum yaratmayıb, Azərbaycanda yalandan, söz yığnağından irəli gedə bilməyəcəyik. Bu çıxışlarıma görə mənə təzyiqlər də artır. Axı qardaşım İlham Əliyevə ürəyim yanır. Məmurlar da hamısı ona xəyanət edir, çalışırlar ki, prezidentin dediklərinə əməl etməsin, xalq da görsün ki, dövlət başçısı desə də heç bir tədbir görülmür. Bu baxımdan narahatam. Prezident özü də müşavirədə bildirdi ki, verdiyi tapşırıqlar yerinə yetirilmir. Nə qədər ki, "Qocalar evi”ndə yığışan qoca nazirlər var, işləri rüşvət toplamaqdan, millətin malını talan etməkdən başqa heç nəyə yaramayan bu insanlar ölkəmizi düşdüyü böhran vəziyyətindən çıxara bilməyəcək. Prezident millətini sevən bir insandır, amma ətrafındakıların hamısı, bəlkə də Şaumyanın nəvələridir. Milləti bu günə salan məmurlar cavab verməlidir. Amma məmurlar istefa vermir, milləti də incitməkdə davam edirlər.
– Ayrı-ayrı məmurların, Eldar Mahmudov, Akif Covdarovun sahibkarları müflis etdikləri ilə bağlı mətbuatda məlumatlar gedir. A. Covdarov artıq həbsdədir. Amma yenə də bəzi məmurlar sahibkarları incitməyi tərgitməyiblər. Bu barədə yəqin ki, sizə də şikayətlər gəlir. Bu barədə nə deyə bilərdiniz?
– E. Mahmudovla, A. Covdarov ölkəni talan etdilər, dövlətin 90 milyard dollara qədər pulu talandı. Sahibkarlar sözümü deyə bilən adam kimi mənə də məmurların özbaşınalığı barədə müraciət edirlər. Cənab prezident məmurlara müraciət edərək dedi ki, elə etməsinlər onlar da o birilərinin aqibətini yaşasınlar. Bundan artıq prezident nə deməlidir. Məmurların isə yenə də sözlərilə işləri düz gəlmir. Prezident tapşırıq verir, amma məmurlar onu yerinə yetirmir. E. Mahmudovla məsələ bitmədi ki. İqtisadi sektorda o qədər canavarlar var. Siz 10 min manat belə kredit ala bilməzsiniz. Bir dostuma sahibkarlığı inkişaf etdirmək üçün Sahibkarlığa Dəstək Milli Fondu kredit ayırdı. Amma banklar həmin pulu ödəmədilər, çünki şərt qoymuşdular ki, yarısını onlarla bölüşməlidir. Bu kimi məmurların şüuru yoxdur. Bir E. Mahmudovla məsələ bitmir. Məsələ tamamilə kökündən həll olunmalıdır. Köklü həll olunmasa, heç bir uğurlu məsələdən danışa bilməyəcək, vəziyyət günü-gündən pisləşəcək. Sonda da ac millət ayağa qalxacaq. Məmurlar da qəsdən çalışır ki, ölkədə xaos yaransın, oğurladıqları pullar da özlərinə, başı qırxıq, xaricdə eyş-işrətlə yaşayan övladlarına qalsın və Azərbaycanda prezidenti təkləsinlər. Amma imkan verməyəcəyəm ki, qardaşım təklənsin. Hələlik dözürük, amma möhkəm də təşkilatlanırıq. Lazım olan anda onlara elə bir dərs verəcəyik ki, özləri də hara qaçıb gizlənmək lazım olduğunu bilməyəcək. Prezidentin qərarlarını sabotay etməyə çalışsalar da bunu görməyəcəklər. Çünki, prezidentin mənim kimi qorxmaz, cəngavər qardaşı var. Hər halda belə məmurlara qan udduracağam. Neçənci dəfədir ki, xəbərdarlıq edirəm, amma görürəm yenə də öz bildiklərini edirlər. Belədə deyəsən əməli işə keçməli olacağıq.
– Mətbuatda sənədlər dərc olunub. Rəsmi sənədlərlə göstərilir ki, Eldar Mahmudovun dəstəsində olan deputatlar, konkret Rəfael Cəbrayılov onunla və Çingiz Əsədullayevlə birgə tikinti biznesilə məşğuldur. Mətbuatın yazdığına görə, Rəfael Cəbrayılov Məlahət Qurbanova adlı bir sahibkar xanımı aldadaraq ondan 300 min manat alıb, belədə onu iflas həddinə çatdırıb. Millət vəkilini belə bir çirkin əməllərə bulaşmaq yaraşarmı, belə bir şəxsin Milli Məclisdə oturması nə qədər doğrudur?
– Rəfael Cəbrayılovun gərək vicdanı olsun. Qadını aldatmaq olmaz. İnsan vəzifəsindən sui-istifadə etməz. Vəzifəsindən sui-istifadə edən belə insanlar üçün Cinayət Məcəlləsində cəzanı nəzərdə tutan maddələr var. Ona qarşı bu maddələr tətbiq olunmalıdır. R. Cəbrayılov kimiləri vəzifəsindən sui-istifadə edərək milləti aldadıblar. Nəinki deputatlar, nazirlər, komitə sədrləri milləti genefonduna qədər məhv ediblər. R. Cəbrayılovu deputat olaraq tanımıram. Bizlər dövlətin müstəqilliyini qoruyanda R. Cəbrayılovlar haralara işləyirdilər? Qadını aldatdığına görə onun vicdanı yoxdur. Görünür, arxasında duranlar da var. Ölkədə kadr və hüquqi sahədə ciddi islahatlar getməlidir. Müstəqil məhkəmə olmalıdır ki, hər şey qanun çərçivəsində öz həllini tapsın. Amma indilikdə bunun əksini görürük. Bu kimi deputatlarda arxayınlıq yaranıb, düşünürlər ki, onlara heç nə edə bilməzlər. Amma yanılırlar, zaman gələr onlardan bütün bunlar tələb olunacaq. Hər halda hər şeyin bir axırı var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
|