"Bu cür qanlı "Ərəb baharı" demokratik proseslərə zərbə vurub" - Partiya sədri
Tarix: 19-11-2015, 10:40 | Çap et
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev ölkənin gündəmində olan hadisələrlə bağlı "Bizim Yol" qəzetinin suallarını cavablandırıb.
Q.Həsənquliyevlə geniş müsahibəni DİA.AZ oxucularına təqdim edirik. - Qüdrət bəy, Tunisdən yeni qayıtmısınız. Səfər nə ilə bağlı idi?
- Tünisdə bizim partiya Avropa Mühafizəkarlar və İslahatçılar Alyansına üzv oldu. Bundan sonra tamhüquqlu üzv kimi alyansın işində yaxından iştirak edəcəyik. Bu, Azərbaycan həqiqətlərini Avropa və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir tribunadır. Alyansın axırıncı şura iclasında da gördüm ki, bu, nə dərəcədə faydalıdır. Biz orada təmsil olunan Avropanın aparıcı partiyalarının rəhbər nümayəndələri ilə, parlamentarilərlə görüşdük. Həmin Alyansın həm Avropa Parlamentində, həm Avropa Şurasında, həm NATO və ATƏT Parlament assambleyalarında qrupları var. Buna görə də həmin qruplarda olan parlamentarilərlə söhbət etmək, Azərbaycanı təbliğ etmək imkanları yaranır. Partiya olaraq, bu işdə yaxından iştirak edəcəyik. Arzu edirəm ki, Azərbaycanda olan digər siyasi partiyalar da öz siyasi oriyentasiyalarına uyğun ittifaqlarda təmsil olunsunlar. Bilirəm ki, Yeni Azərbaycan Partiyası Xalq Partiyaları Qrupuna üzv olmaq üçün artıq müraciət edib və namizəd kimi qəbul ediblər. İstəyərdik ki, Yaşıllar Qrupunda, sollarda da bizim təmsilçiliyimiz olsun. Bu bizə əlavə işləmək imkanı yaradır. Məsələn, bizdən öncə həm Ermənistan, həm də Gürcüstan bu Alyansda təmsil olunurdu. Bizim orada olmağımız Ermənistanın birtərəfli qaydada təbliğat aparmasının qarşısını alacaq.
- Parlament seçkiləri geridə qaldı. Bu seçkiləri əvvəlkilərdən fərqləndirən əsas məsələ bəzi beynəlxalq təşkilatların Azərbaycana müşahidə missiyaları göndərməsi idi. Bu reallıq seçkilərin nəticələrinə, parlamentin işinə təsir göstərə bilərmi?
- Seçkinin nəticələrinə heç bir təsiri olmayacaq, amma müşahidə etsələr daha yaxşı olardı. Təəssüf ki, Azərbaycana münasibətdə çox zaman ədalətsiz və ikili yanaşma mövqeyini görürük. Hesab edirəm ki, müşahidəçilərin sayının azaldılması ilə bağlı Azərbaycan tərəfinin tələbini əsas götürərək, seçkidə iştirakdan imtina edilməsi yanlış qərar idi. O cümlədən, Avropa Parlamentinin qərarını da yanlış sayıram. Bu barədə Alyansın iclasında da çıxış etdim və bu qərarın əleyhinə səs verdiyinə görə Alyansın prezidentinə, həmçinin 274 parlamentariyə təşəkkürümü bildirdim. Orada da söylədim ki, Azərbaycanın təcrid olunması xəttinin tutulması ölkədə nə qanunun aliliyinə, nə də demokratiyanın inkişafına müsbət mənada heç bir töhfə verməyəcək. Əksinə, Azərbaycanla Qərbin arasında münasibətlərin korlanmasına gətirib çıxaracaq ki, bu da nə Qərbin, nə Azərbaycan hökumətinin, nə də xalqımızın maraqlarına uyğundur. Ona görə də Azərbaycanla əməkdaşlıq etmək və çalışmaq lazımdır ki, ölkədə vətəndaş cəmiyyəti institutlarının güclənməsinə, ölkənin iqtisadi cəhətdən inkişafına yardım olunsun. Təkamül yolu ilə cəmiyyət özü inkişaf edəcək və bunun nəticəsində Avropa mərhələsinə gəlib çıxacaq. Amma bu gün Azərbaycandan tam Avropa standartlarına uyğun seçkilərin keçirilməsini gözləməyin özü absurddur. Ona görə ki, biz totalitar rejimdən çıxmış bir ölkəyik və insanların böyük bir qismi şəxsiyyət kimi sovet dövründə formalaşıb. Demokratik ənənələr olmayıb, qanunun aliliyi ilə bağlı problemlər olub. Bu da bir çox hallarda birbaşa insanların davranışına keçib. Ona görə də cəmiyyətin sosial inkişaf indeksini nəzərə almadan islahatların sürətləndirilməsi, yaxud ölkənin daxilinə müdaxilə siyasi sabitliyi pozur. Həmin ölkə nəinki demokratiya əldə etmir, əksinə, xaosa, qarşıdurmalara sürüklənir, nəticədə hətta dövlətçiliyini itirməklə üz-üzə qalır. Suriya, İraq, Liviya bu gün həmin vəziyyətlə üzləşib. Alyansdakı çıxışımda onu da söylədim ki, bu cür qanlı "Ərəb baharı" nəinki başqa xalqları demokratiya uğrunda mübarizəyə ruhlandırmayıb, əksinə, demokratik proseslərə zərbə vurub. Hətta bir çox ölkələrdə, elə bizdə də müxalifəti dəstəkləməyi hansısa qarşıdurmalara yol açacaq prosesin başlanğıcı kimi qəbul edirlər. Hansı problemlərin olmasından asılı olmayaraq, gözünün qarşısına o ölkələri gətirərək, fikirləşirlər ki, şükür Allaha sabitlik var. Ona görə də ölkələrin daxili işlərinə qarışıb prosesləri sürətləndirmək cəhdi yaxşı nəticə vermir və qeyd etdiyim kimi, bu proses hər bir xalqın inkişaf səviyyəsinə bağlı olan bir məsələdir.
- 2015-ci il Azərbaycanda həm müsbət, həm də mənfi hadisələrlə yadda qaldı. Son ayda həm Prezidentin fərmanları, həm də qanunvericiliyə edilən dəyişikliklər və buna uyğun olaraq nazirliklərin qərarları cəmiyyətdə "iqtisadi inqilab" kimi qiymətləndirildi. Bu islahatlar iqtisadiyyatımıza nə verəcək?
- Bu, yaxşı bir prosesin başlanğıcıdır. Amma hər şey bundan sonrakı addımlardan asılıdır. Yəni bu proses davam etdiriləcək, yoxsa "edilənlər kifayətdir" deyib, hər şeyə nöqtə qoyacaqlar. Özünü "demokratik müxalifət" adlandıran təşkilatların mətbuatlarında son vaxtlar sanki hökumətə çağırışlar yer alır ki, baş verənlər sizin özünüzü ifşa etmənizdir. Guya hökumət bunları gizlətməli imiş. Elə təqdim etməyə çalışırlar ki, guya bu prosesin dərinləşməsi, daha çox cinayətkarlığın ifşası iqtidardaxili təlatümlərin, parçalanmaların nəticəsidir və s. Əslində, bu cür şantajla bu prosesləri dayandırmaq istəyirlər və əminəm ki, ifşa olunmuş qrupların bu kampaniyanı aparanlarla işbirliyi də olub. Ona görə də şantaj yolu ilə bu prosesi dayandırmaq istəyirlər. Həmin mətbuat orqanlarına baxanda məlum olur ki, sanki bu prosesin getməsi onları ciddi narahat edir və hökumətə birbaşa olmasa da, yanakı formada təqlid olunur ki, siz bu işi dayandırmalısınz, yoxsa sonunuzdur. Amma hesab edirəm ki, hazırda iqtidar çox güclüdür və hakimiyyət partiyasının başında kifayət qədər xarizmatik bir lider dayanır. Xalqın böyük bir hissəsinin də ona dəstəyi var. Prezident də bu dəstəkdən istifadə edib, islahatları dərinləşdirməlidir. Azərbaycan müxalifəti də, hər bir vətəndaş da bu islahatlara dəstək olmalı və islahatları davam etdirməyə çağırmalıdır. O ki qaldı iqtidar daxilində təlatümlərin olması barədə deyilənlərə, mən şəxsən heç bir təlatüm görmürəm. Çünki iqtidarın daxilində Prezidentə sadiqliyi ilə seçilən kifayət qədər savadlı və bacarıqlı insanlar var. Hansı ki, bu insanlar iqtidarın nüvəsini təşkil edir və o nüvə çox möhkəmdir. Ətrafda olan hansısa nazirlər, yaxud yüksək vəzifəli şəxslərin neqativ fəaliyyəti hökuməti tənqid etməyə əsas verir ki, niyə vaxtında bu qruplar ifşa olunmayıb. Amma bu proses bütövlükdə hökuməti zəiflətmir. İqtidarın özünün bu məsələnin üzərinə getməsi, geniş xalq kütləsinin ona rəğbətini artırır. Seçkilərdə iqtidar partiyasının qələbəsini şərtləndirən amillərdən biri də seçkiöncəsi bu qərarların qəbul edilməsi oldu. Bu addımlar atılmasaydı, seçkidə daha böyük gərginlik yaşanardı və seçkilər ciddi rəqabətlilik şəraitində keçə bilərdi. Düzdür, müxalifət partiyalarının maddi resurslarının məhdudluğu, Seçki Məcəlləsinin mükəmməl olmaması, demokratik ənənələrin olmaması, qanlı "Ərəb baharı" və s. amillər müxalifəti xeyli dərəcədə zəiflətdi və təbliğat qurmasına ziyan vurdu. Buna baxmayaraq, xalqımızın iradəsi ortadadır. Avropa Şurasının müşahidə missiyası da eyni qiyməti verdi ki, seçkilər xalqın iradəsini əks etdirir, ancaq siyasi islahatlar mütləq davam etdirilməlidir. Biz də bu fikirdəyik və zaman-zaman iqtidarı çağırırıq ki, Azərbaycan kimi demokratik ənənələrin olmadığı ölkədə demokratiyanı dönməz etmək üçün mütləq parlamentli respublikaya keçməliyik. Bizim siyasi öndərlər də zamanında Azərbaycan Xalq Cümhuriyyətini məhz parlamentli respublika kimi qurublar. Demokratiya dünyaya Avropadan yayılıb və bütün Qərbi Avropa ölkələri parlamentli respublikalardır, yaxud qarışıq modeldir. Qonşu Gürcüstan da artıq bu idarə üsuluna keçib, Ermənistan dekabrda belə bir referendum keçirəcək. Düşünürəm ki, Azərbaycan da bu addımı atmalıdır. Biz də hökuməti buna çağırırıq.
- Hakimiyyətə, dövlətə sadiqlik məsələsinə toxundunuz. Milli Təhlükəsizlik Nazirliyindəki məlum qrupun ifşa prosesi və bu hadisələrin fonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verən prosesləri necə qiymətləndirirsiniz?
- Mətbuatda bu məsələ ilə bağlı bildirmişəm ki, hadisələr gözlənilən idi. Ona görə ki, Prezident son müşavirələrdə üzünü nazirlərə, güc strukturlarına tutub deyirdi ki, sahibkarların fəaliyyətinə müdaxiləni dayandırın. Hələ ötən ilin dekabrında verdiyim müsahibədə söyləmişdim ki, Azərbaycanda sahibkarlar talanır və bu proses dayandırılmalıdır. Hətta rəhmətlik prezident Heydər Əliyevdən də xatırlatma etmişdim. Prezident hüquq-mühafizə orqanlarına barmağını silkələmişdi ki, siz yalnız cinayət işinin istintaqı ilə əlaqədar sahibkarları dindirə bilərsiniz, müəyyən istintaq hərəkətləri apara bilərsiniz, yaxud əlinizdə hansısa belə məlumatlar varsa, onu sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət edən dövlət orqanlarına göndərməlisiniz, o orqanlar da yoxlayıb nəticəsi ilə bağlı məlumat verməli, siz də tədbir görməlisiniz. O vaxtlar da bu məsələlər səngimişdi. Amma təəssüf ki, sahibkarların talan olunması son illər çox geniş vüsət almışdı. Ən azından, yoxlamaların dayandırılması ilə bağlı layihənin parlamentdə qəbulu, həmçinin MTN və RYTN-dəki həbslər də digər qurumları nəticə çıxarmağa vadar edib. Yəni sahibkarların fəaliyyətinə olan neqativ müdaxilələr, qanunsuz pul tələbləri kimi hallar xeyli dərəcədə səngiyib. Amma bu tip halları təkcə inzibati qaydada, yuxarıdan tapşırıqlar, göstərişlər verməklə, siyasi iradə ortaya qoymaqla aradan qaldırmaq mümkün deyil. Düzdür, siyasi iradə çox önəmlidir və əsas faktordur. Ancaq düşünürəm ki, bunun ardınca müvafiq institusional islahatlar aparılmalıdır. Məhkəmə hakimiyyətinin rolu artırılmalıdır ki, insanların məhkəmə hakimiyyətinə etimadı artsın, vətəndaş məmurdan çəkinməsin. Vətəndaş hüquqlarının pozulacağı təqdirdə, məhkəmədə öz hüquqlarını qoruya biləcəyinə əmin olsun.
(Davamı var)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
|