Seçki institutlarına üstünlük verilməlidir - Əli Oruclu
Tarix: 17-11-2023, 07:58 | Çap et
 Azərbaycanda referendumun keçirilməsi ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Bir qisim hesab edir ki, konstitusiyada ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Vurğulanır ki, proporsional seçki sisteminin bərpası, parlament üzvlərinin sayının artırılması, ikipalatalı parlament sisteminə keçilməsi, həmçinin Nazirlər Kabinetinin funksiyalarında dəyişikliklər edilməsi, rayon icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə mexanizminin tətbiqi kimi məsələlərin reallaşması olduqca vacibdir. Hətta bəzi deputatlar Milli Məclisin payız sessiyasında bu məsələnin gündəmə daşınacağını da iddia etmişdilər. Ara-sıra müzakirələr aparılsa da, referendumun keçirilməsi və qanunvericilikdə köklü dəyişikliklərlə bağlı konkret addımlar atılmır.
Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a bildirib ki, sözügedən dəyişikliklərə ciddi ehtiyac olduğunu düşünür. Partiya təmsilçisi bəyan edib ki, Azərbaycanda başlamış yeni dönəm qanunvericilik və idarəetmə sahəsində də yenilənməni şərtləndirir: "2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra reallıqlar dəyişdi, yeni çağırışlar gündəmə gəldi. Yeni idarəetmə metodologiyasına, fəlsəfəsinə keçid edilməlidir. Bu addım ölkədə demokratik institutların formalaşdırılması üçün də vacibdir. Qərəzli dairələr Azərbaycana təzyiqlərdə ən çox demokratik cəmiyyət məsələsini bəhanə edirlər. Həm də nəzərə alınmalıdır ki, cəmiyyətin özü yerlərdəki köhnə idarəetmə üsulundan bezib. İşğaldan azad olunmuş ərazilərdə, bölgələrdə Prezidentin xüsusi nümayəndələri fəaliyyət göstərir. Xüsusi nümayəndəliklə icra hakimiyyətləri funksiyaları üst-üstə düşdüyü üçün paralellik yaranır. Bu strukturların biri, daha doğrusu, əvvəlki institut ləğv olunmalıdır. Paralellik idarəetmənin effektliyini azaldır. Digər yandan çevik idarəetməyə ehtiyac var. İcra hakimiyyətləri orqanları ləngdir, müasir çağırışlara cavab vermirlər. İcra hakimiyyətləri öz dövrlərini başa vurublar. Bu strukturlar mütləq dəyişdirilməlidir".
Ə.Oruclu vurğulayıb ki, bələdiyyələrin rolu, fəaliyyət istiqamətləri və nüfuzu artırılmalıdır: "Seçki institutlarına üstünlük verilməlidir. Dünyanın hər yerində belədir. Yerlərdə icra orqanları sadəcə Prezidentin nümayəndələri kimi qalmalıdır. Türkiyə modelində valilik institutu Prezidentin yerlərdə nümayəndəsi kimi məhdud fəaliyyət göstərir. Digər bütün səlahiyyətlər, idarəetmə, təsərrüfat işləri hamısı bələdiyyələrin, seçkili qurumların nəzarətindədir. Biz də bu sistemə keçməliyik. Bunun üçün də siyasi institutların fəaliyyəti genişləndirilməli və islahatlar həyata keçirilməlidir. Azərbaycanda 2002-ci ilədək majoritar və proporsional qarışıq seçki sistemi mövcud idi. Sonra proporsional seçki sistemi ləğv olundu və majoritar sistemə keçildi. Ancaq bu sistem özünü doğrultmadı. Siyasi partiyalar ictimai proseslərdən kənarlaşdırıldı. Çünki siyasi partiyalar zəiflədiyi zaman onların yerini radikal dini qruplaşmalar tutur. Bu, çox təhlükəli haldır. Deputatların sayının da artırılması zəruridir. Bütün bunları da reallaşdırmaq üçün mütləq konstitusion dəyişiklik və referendum olmalıdır".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "İranda qeyri-fars millətlərin dil, mədəniyyət və milli kimliyinə qarşı sistematik məhvetmə siyasəti aparılır" - BU FAKTDIR...
Bu gün, 14:02 |
|
|
|
• Paşinyan reallıqların fərqində olsa da... - vaxt qazanmağa çalışır
Bu gün, 14:00 |
|
|
|
• Demokratiyanın dəfni və ya: - “Bu, tamamilə iyrəncdir”
Bu gün, 13:58 |
|
|
|
• Sabiq bələdiyyə sədrinin yeni əməlləri üzə çıxdı - “Məqsədim kəndə yaxşılıq etmək idi”
Bu gün, 13:14 |
|
|
|
• Pensiya ilə bağlı qalmaqal: - “Necə müəyyən olunacaq ki, kişi arvadını işləməyə qoymayıb?”
Bu gün, 13:10 |
|
|
|
• Tıxaclar aradan qalxar, valideynlərin də yükü azalar
Bu gün, 13:05 |
|
|
|
• Paşinyan Ermənistan konstitusiyasının preambulasının mətnini dəyişdirməyi planlaşdırır
Bu gün, 13:04 |
|
|
|
• Odlar Yurdu Universitetini bitirən Rəhimə Atəş necə həkim işləyir? - Qənirə Ataşova sensasion sənədlər yaydı
Bu gün, 13:02 |
|
|
|
• 42 milyonun yarısı digər hesaba köçürüldü – “şlyapa Zahid”in MƏHKƏMƏ İŞİ
Bu gün, 12:59 |
|
|
|
• Matvienko Bakıya gələcək
Bu gün, 12:58 |
|
|
|
• 7 milyon pul, başı yarılmış FTX zabiti – Bakılı milyonçunun MƏHKƏMƏ İŞİ
Bu gün, 12:55 |
|
|
|
• Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• "Çoxsaylı müharibələr görmüş Cənubi Qafqazda üçüncü tərəfin iştirakı olmadan sülh əldə edilə bilər"
Bu gün, 12:47 |
|
|
|
• Vüqar Qurbanovun işdən çıxardığı baş həkimə yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• Nərimanovdakı ağacların köçürüləcəyi deyilsə də, kəsildi - VİDEO
Bu gün, 12:33 |
|
|
|
• “Unibank” ən pis bankdır – Müştərilər belə deyir...
Bu gün, 12:30 |
|
|
|
• Paşinyanın yeni layihəsi: - Ermənistanın ərazisi 9 kvadrat km-dir!
Bu gün, 12:21 |
|
|
|
• Azərbaycanı Suriyada bu diplomat təmsil edəcək
Bu gün, 12:05 |
|
|
|
• Adil Əliyev birinci Qarabag müharibəsi əlilindən Yeni Suraxanıda nə istəyir - TƏFƏRRÜAT
Bu gün, 11:52 |
|
|
|
• “Aztelekom”un 7 kənddə internet kabelləri yoxa çıxıb - 37 minlik ziyana görə həbs edilən var
Bu gün, 11:45 |
|
|
|
• Dövlət Agentliyinin sədri özünə müşavir təyin edib - ƏMR
Bu gün, 11:42 |
|
|
|
• Öcalan terrorçularına tərksilah əmri verdi: ona qulaq asacaqlarmı? - AKTUAL
Bu gün, 11:41 |
|
|
|
• 24 minlik alimenti ödəmədi - ikinci dəfə həbs edildi
Bu gün, 11:37 |
|
|
|
• Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir - İLGİNC FAKTLAR...
Bu gün, 11:31 |
|
|
|
• Aybəniz İsmayılovanın ADY-dəki qohumları - SİYAHI
Bu gün, 11:25 |
|
|
|
• “Hökumətin pulunu götürürlər, film çəkirlər, bunun adı…” - Tanınmış rejissordan ciddi tənqid
Bu gün, 11:20 |
|
|
|
• Ukrayna F-16-ları daha təhlükəli missiyalara keçir - "Forbes"
Bu gün, 11:18 |
|
|
|
• Naxçıvan Dövlət Nəqliyyat Xidmətində yoxlama aparılır - AÇIQLAMA
Bu gün, 11:16 |
|
|
|
• Qızıl rekordları yeniləyir: qiymət niyə artır? - ARAŞDIRMA
Bu gün, 11:14 |
|
|
|
• Gürcüstandakı protestlər İrəvandan maliyyələşdirilib - Moskva
Bu gün, 11:03 |
|
|
|
• İranı nə Pezeşkian, nə də Xamanei idarə edir – Əsas sima odur!
Bu gün, 11:01 |
|
|
|
• Molla rejiminin panfarsçı millət vəkilləri qanun layihəsinin qəbulunu əngəllədilər - gözləniləni BU İDİ...
Bu gün, 10:58 |
|
|
|
• Şuşada buzlaşan yolların açılması üçün 115 ton duz bəs etməyib? – Yenə duz alınır
Bu gün, 10:55 |
|
|
|
• Rusiyada daşınmaz əmlak bazarının azərbaycanlı “kralları” - SİYAHI
Bu gün, 10:50 |
|
|
|
• "Karvan 2002"nin satış müdiri 71 min mənimsəyib - Şirkət rəhbəri də dindirildi
Bu gün, 10:48 |
|
|
|
• Paşinyanın mətbuat katibinə 50 min dollar ziyan dəyib - KİV
Bu gün, 10:45 |
|
|
|
• İlhamə xanımın BUFET YEYİNTİSİ... - Dövlətə vergi belə vermir...
Bu gün, 10:44 |
|
|
|
• Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT
Bu gün, 10:32 |
|
|
|
• "Cənab Prezident, Vidadi İsayevin qohumları bizi qırır" - Bərdədən ŞOK MÜRACİƏT
Bu gün, 10:29 |
|
|
|
• İdxal olunan velosipedlərin 99,8%-i Çindən gətirilib – Dəyəri 43 manat olub
Bu gün, 10:17 |
|
|
|
• Əvvəlcə Zəngəzur, sonra Göyçə məsələsi ortaya çıxa bilər - GƏLİŞMƏ
Bu gün, 10:10 |
|
|
|
• Qayınata ona “başın üçün deyil” bildirən kürəkənini döydü - TƏFƏRRÜAT
Bu gün, 10:08 |
|
|
|
• İttihamlar təsdiqini tapmır, vəkillərin vəsatətləri isə rədd edilir – ELDAR HƏSƏNOVUN QIZI
Bu gün, 09:56 |
|
|
|
• Azərbaycanlıları saxta qeydiyyata salan kişiyə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 09:50 |
|
|
|
• Eduard Məmmədova vəzifə verildi - FOTO
Bu gün, 09:48 |
|
|
|
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında... - Ekspert danışır...
Bu gün, 09:37 |
|
|
|
• Bank Respublika-nın özbaşınalığından Mərkəzi Bank sədrinə ŞİKAYƏT - vətəndaş ÇARƏSİZ DURUMDA
Bu gün, 09:34 |
|
|
|
• "Bu məsələnin sonuna qədər gedəcəm..." - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• "Yəni “pəpə yeyəndən məmə yeyənə qədər” hər kəs bu filmi izləməlidir" - Xalq artisti
Bu gün, 09:11 |
|
|
|
• 18 illik müştərisi ÜSYAN ETDİ... - GİLEY
Bu gün, 09:08 |
|
|
|
|