"Sülh müqaviləsi prinsipcə, günü sabah da imzalana bilər" - deputat
Tarix: 27-09-2023, 09:48 | Çap et
 Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin 5 oktyabrda Qranadada görüş keçirəcəyi gözlənilir. Görüşlə bağlı hazırlıqlar üçün 26 sentyabrda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın Brüsseldə görüşəcəyi bildirilir. Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Fransa Prezidenti E.Makronun müşavirləri, Almaniya kansleri Olaf Şolz və Avropa Şurasının prezidenti Şarl Mişellə də danışıqlar aparacaq. Qeyd edək ki, iyulun 15-də Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel liderlərin növbəti görüşlərinin payızda Brüsseldə, həmçinin Avropa Siyasi Birliyi sammiti çərçivəsində Qranadada keçirilməsinin gözlənildiyi bildirmişdi. Prezident İlham Əliyev də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib ki, hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üçün regionda daha yaxşı imkanlar yaranıb. Dövlət başçısı ötən gün xalqa müraciətində də İrəvan hökumətinin son günlər atdığı addımların sülhlə bağlı ümidlər verdiyini demişdi. Ermənistan parlamentinin sədri Alen Simonyan da bildirib ki, sülh sazişi üçün tarixi şans formalaşıb: “Biz həqiqətən də Qranadada irəliləmək, bu tarixi fürsətdən istifadə etmək istərdik. Əbədi müharibənin heç kimə faydası yoxdur. Biz çox yaxınıq və sülh müqaviləsi imzalamaq üçün tarixi imkanımız var". DİA.AZ-ın məlumatına görə, millət vəkili Aydın Mirzəzadə "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan rəhbərliyi hər zaman ikili siyasət yeridib. Deputatın sözlərinə görə, İrəvan daim Azərbaycan tərəfindən milli maraqlarımıza zidd güzəştlər qopartmağa çalışıb:
"Müharibədən sonra ötən 3 il ərzində erməni rəhbərliyi ikitərəfli münasibətləri bir tərəfə qoyaraq Azərbaycanın daxili işlərinə qarışmağa və Qarabağda yaşayan azsaylı erməni icmasına xüsusi status əldə etməyə çalışıblar. Amma antiterror tədbirlərindən sonra separatçı rejim iflasa uğradı. Həmin bölgə artıq Azərbaycanın nəzarətindədir. Azərbaycanın suveren hüquqları Qarabağdakı bütün məsələlərə aid edilir. Cənab Prezident də xalqa müraciətində bildirdi ki, Ermənistan üçün Azərbaycanla münasibətlərdə bir asanlıq olmalıdır. Çünki Qarabağ və oradakı ermənilərlə bağlı məsələ artıq yoxdur. Bu baxımdan erməni tərəfindən qətiyyət gözlənilir. Bir tərəfdən Ermənistan müxtəlif rəsmilərin dili ilə Azərbaycanla sülh müqaviləsi bağlamağa hazır olduğunu bəyan edir. Amma digər tərəfdən istənilən halda hardasa yenidən siyasi təxribat baş verə, nəsə bəhanə gətirə bilərlər. Sülh müqaviləsi prinsipcə, günü sabah da imzalana bilər. Əgər Ermənistan tərəfindən siyasi iradə, uzaqgörənlik olarsa, müqavilə elə də böyük həcmdə olmayacaq. Tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin dəqiqləşdirilməsi üçün xüsusi komissiyalar fəaliyyət göstərir, diplomatik əlaqələr qurulur. Mümkündür ki, sülh müqaviləsində Zəngəzur dəhlizi məsələsi də əksini tapsın. Sənəddə olmasa belə sonrakı münasibətlərdə yer ala bilər. Prinsipcə, cəmi 3-4 maddədən ibarət sənədin ortaya qoyulması mümkündür". Parlament üzvü vurğulayıb ki, Ermənistan birmənalı şəkildə bildirməlidir ki, ərazi bütövlüyümüzü tanıyır və Azərbaycanın daxili işlərinə qarışmır: "Sərhədlərin müəyyənləşməsi istiqamətində çalışan komissiya mərhələ-mərhələ prosesi irəliyə daşıya bilər. Ortada həlli qeyri-mümkün məsələ olmasa, niyə iki dövlət arasında diplomatik münasibət qurulmasın?! Hər şey Ermənistanın səmimiliyindən asılıdır. O halda Brüsseldə tərəfləri təmsil edən şəxslərin və İspaniyada keçiriləcək liderlərin görüşlərdən nəticə hasil olması reallaşar. Ermənistan bu şansı dəyərləndirərək və imkanlardan yararlanaraq bir çox problemlərini həll edə bilər. Azərbaycan münasibətdə olduğu ölkələr üçün ucuz kredit verir, enerji resurslarından istifadə üçün şərait yaradır, birgə layihələrə ortaq edir və s. Bunlar Ermənistan üçün böyük şansdır. Əgər İrəvan yenə də düşmənçilik siyasətini davam etdirəcəksə, zərəri özləri görəcək. Azərbaycan sülh müqaviləsi olmasa da, yaşayacaq".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22 |
|
|
|
• Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13 |
|
|
|
• Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03 |
|
|
|
• Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53 |
|
|
|
• Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44 |
|
|
|
• Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19 |
|
|
|
• Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10 |
|
|
|
• "Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05 |
|
|
|
• “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56 |
|
|
|
• Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51 |
|
|
|
• Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52 |
|
|
|
• Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49 |
|
|
|
• Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10 |
|
|
|
• Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07 |
|
|
|
• Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54 |
|
|
|
• Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38 |
|
|
|
• “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35 |
|
|
|
• Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33 |
|
|
|
• 20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
• “Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25 |
|
|
|
• Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Dünən, 17:16 |
|
|
|
• "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Dünən, 17:11 |
|
|
|
• Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Dünən, 17:05 |
|
|
|
• Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Dünən, 16:54 |
|
|
|
• İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Dünən, 16:52 |
|
|
|
• Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Dünən, 16:49 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Dünən, 16:38 |
|
|
|
• Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Dünən, 16:33 |
|
|
|
• Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Dünən, 16:29 |
|
|
|
• Naxçıvanın yeni qazısı seçilib
Dünən, 16:26 |
|
|
|
• AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Dünən, 16:18 |
|
|
|
• Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Dünən, 16:09 |
|
|
|
• Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Dünən, 16:07 |
|
|
|
• “AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 15:39 |
|
|
|
• 40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Dünən, 15:35 |
|
|
|
• "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Dünən, 15:32 |
|
|
|
• Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Dünən, 15:21 |
|
|
|
• Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Dünən, 15:16 |
|
|
|
• ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Dünən, 15:13 |
|
|
|
• Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Dünən, 15:08 |
|
|
|
• Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Dünən, 14:02 |
|
|
|
• Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Dünən, 13:58 |
|
|
|
• Adımızı çəkən yoxdur...
Dünən, 13:14 |
|
|
|
• “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Dünən, 13:13 |
|
|
|
• Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Dünən, 13:11 |
|
|
|
|