"Onun barəsində dəfələrlə sübutlar təqdim edilib" - Partiya sədri
Tarix: 26-09-2023, 08:42 | Çap et
 ABŞ Konqresinə yenə Azərbaycan əleyhinə qanun layihəsini təqdim edilib. “Yeni Müsavat” xəbər verir ki, “Dağlıq Qarabağa dəstək və Qarabağa hərbi təcavüzdə və onun blokadasında iştirak edən Azərbaycan rəsmilərinə qarşı sanksiyaları” nəzərdə tutan qanun layihəsinin həmmüəllifi ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri (artıq keçmiş - red.) Bob Menendezdir.
Qeyd edək ki, həm Demokratlar, həm də Respublikaçılar partiyalarının nümayəndələri tərəfindən hazırlanan layihəyə əsasən, “ABŞ prezidenti sənəd qüvvəyə mindikdən sonra 30 gündən gec olmayaraq hərbi hücuma və Qarabağda humanitar böhrana görə məsuliyyət daşıyan Azərbaycan rəhbər şəxslərinə qarşı sanksiyalar tətbiq etməlidir”. Ağ Ev rəhbərinə habelə ABŞ-ın Azərbaycana ayırdığı hərbi yardımı dayandırmaq təklif olunur. Maraqlıdır ki, məhz bu ərəfədə Azərbaycanın ABŞ-da ən böyük düşmənlərindən biri olan Menendezə qarşı korrupsiya ittihamı ilə cinayət işi qaldırıldı. Nyu-York ştatının Cənub dairə prokurorluğu onu və erməni arvadını Nyu-Cersidən olan 3 biznesmenlə korrupsiya əlaqəsinə girməkdə ittiham edir. İttiham aktında qeyd olunur ki, senator və arvadı rüşvət kimi nağd pullar, qızıl külçələri, lüks avtomobillər və digər qiymətli əşyalar alıblar. Senator sabah - sentyabrın 27-də məhkəmə qarşısına çıxacaq.
Yada salaq ki, qatı ermənipərəst Menendez bundan əvvəl erməni lobbisindən rüşvət almaq ittihamı ilə cinayət təqibinə məruz qoyulsa da, canını və kreslosunu qurtara bilmişdi. Lakin artıq məlumdur ki, son ittihamın ardınca az qala 40 ildir Konqresdə küllənən, ABŞ-a deyil, erməni lobbisinə və maraqlarına qulluq edən bu avantürist Senatın komitə sədrindən istefa verib. Bəs bu, onun həmmüəllifi olduğu həmin anti-Azərbaycan qətnamə layihəsinin aqibətinə necə təsir göstərəcək? Əlavə edək ki, senator Cerri Pitersin başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Ermənistanda səfərdədir. Senator səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan, parlament sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşüb, Azərbaycanla sərhədə gedib. Avropa Birliyi missiyasının başçısı ilə də bir araya gəlib. Nümayəndə heyəti əsl həqiqəti öyrənmək üçün niyə Bakıya da gəlmir?
DİA.AZ-ın məlumatına görə, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, Menendez dəfələrlə Azərbaycana qarşı ittiham xarakterli layihələr irəli sürüb: “Ona görə budəfəki qanun layihəsi də təəccüb doğurmadı. Menendez çirkin bir işə bulaşmışdı. Onun çağırışlarına heç zaman Konqres dəstək verməyib, heç bir qanun layihəsi, sanksiya təklifi reallaşmayıb. Hazırda isə üzərində cinayət işi olan bir adamdır və onun təklifi əminliklə rədd ediləcək. Hər kəs görürdü ki, Menendez erməni mənşəli arvadı ilə birlikdə korrupsiya ilə məşğul idi. Onun barəsində dəfələrlə sübutlar təqdim edilib. Xüsusən də arvadı vasitəsi ilə rüşvət, korrupsiyaya bulaşmışdı. Erməni lobbisinin pulları ilə həmin ittihamları səsləndirirdi. İndi cinayət işi açılıb, rüsvay olub, bununla da onun çıxışları kəsərini itirib. Azərbaycanın Konqresdə olan dostlarının da həmin qanun layihəsinin keçməsinə imkan verməyəcəyini düşünürəm”.
Hüquq müdafiəçisi Xəzər Teyyublu isə təklif edir ki, Azərbaycan Menendezin erməni lobbisinin nökəri olması ilə bağlı məsələni beynəlxalq müstəvidə daim gündəmdə saxlamalıdır: “Biz dünya ictimaiyyətini daha geniş və dolğun informasiya ilə tanış etməliyik. Azərbaycana qara yaxan qüvvələrin erməni lobbisinin pulları ilə şər-böhtan kampaniyası apardıqları diqqətə çatdırılmalıdır. Çünki bu cür addımlarla beynəlxalq auditoriyada bəzən rəy formalaşdırılır ki, guya Azərbaycan aqressordur. Biz də nümayiş etdirməliyik ki, Menendezə cinayət işi açılıb və onun qızıl külçələrə görə yalan təbliğat maşınında iştirak edib. Ancaq o tək deyil. Adam Şif və Robert Menendez kimi konqresmenlərə də cinayət işi açıla bilər. Onların da erməni lobbisi ilə əlaqələri var və dəfələrlə əleyhimizə əsassız ittihamlar səsləndiriblər”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Pərviz qadına hücum edən 2 erməninin çənəsini sındırdı - TƏFƏRRÜAT
Bu gün, 01:22 |
|
|
|
• Fevralın 28-də nə olacaq? - Qiyamət günü XƏBƏRDARLIĞI
Bu gün, 01:13 |
|
|
|
• Ekologiyaya ziyan vuran sahibkar Fondun 17 milyon manatlıq tenderini uddu - DETALLAR
Bu gün, 01:03 |
|
|
|
• Karantin qaydalarını pozduğuna görə mühakimə olunan məmur vəfat etdi - TƏFƏRRÜAT
Bu gün, 00:53 |
|
|
|
• Əsgər Rəsulov zibillərin daşınması üçün 23 min manat ödəyib - TENDER
Bu gün, 00:44 |
|
|
|
• Nərimanovun başçısı rayon ərazisini DƏDƏ MALI bilir - FOTOFAKT
Bu gün, 00:19 |
|
|
|
• Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? - İNCƏLƏMƏ
Bu gün, 00:10 |
|
|
|
• "Bu qədər müddət ərzində evdə idim"
Bu gün, 00:05 |
|
|
|
• “Bəziləri bunu Vətənə xəyanət kimi göstərməyə çalışırlar” - Tural Abbaslı
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycanlı blogerin Rusiyaya girişi 70 illik qadağan edildi
Dünən, 23:56 |
|
|
|
• Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Dünən, 23:51 |
|
|
|
• Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Dünən, 21:52 |
|
|
|
• Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Dünən, 21:49 |
|
|
|
• Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Dünən, 18:10 |
|
|
|
• Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Dünən, 18:07 |
|
|
|
• Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Dünən, 17:54 |
|
|
|
• Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Dünən, 17:38 |
|
|
|
• “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Dünən, 17:35 |
|
|
|
• Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Dünən, 17:33 |
|
|
|
• 20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Dünən, 17:30 |
|
|
|
• “Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Dünən, 17:25 |
|
|
|
• Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Dünən, 17:16 |
|
|
|
• "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Dünən, 17:11 |
|
|
|
• Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Dünən, 17:05 |
|
|
|
• Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Dünən, 16:59 |
|
|
|
• Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Dünən, 16:54 |
|
|
|
• İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Dünən, 16:52 |
|
|
|
• Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Dünən, 16:49 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Dünən, 16:38 |
|
|
|
• Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Dünən, 16:33 |
|
|
|
• Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Dünən, 16:29 |
|
|
|
• Naxçıvanın yeni qazısı seçilib
Dünən, 16:26 |
|
|
|
• AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Dünən, 16:18 |
|
|
|
• Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Dünən, 16:09 |
|
|
|
• Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Dünən, 16:07 |
|
|
|
• “AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 15:39 |
|
|
|
• 40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Dünən, 15:35 |
|
|
|
• "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Dünən, 15:32 |
|
|
|
• Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Dünən, 15:21 |
|
|
|
• Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Dünən, 15:16 |
|
|
|
• ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Dünən, 15:13 |
|
|
|
• Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Dünən, 15:08 |
|
|
|
• Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Dünən, 14:02 |
|
|
|
• Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Dünən, 13:58 |
|
|
|
• Adımızı çəkən yoxdur...
Dünən, 13:14 |
|
|
|
• “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Dünən, 13:13 |
|
|
|
• Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Dünən, 13:11 |
|
|
|
|