Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü .....                     Kremlin Ankara planında fiasko: .....                     Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya .....                     Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? .....                     Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb .....                     Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək .....                     Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü .....                     Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib .....                     Sumqayıt məktəbində QALMAQAL .....                     “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” .....                     Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var .....                     20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? .....                     “Azəripək” MMC-nin direktoru dəyişdi, .....                     Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... .....                     "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” .....                     Əfv komissiyasının növbəti iclası keçirilib, .....                     Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü .....                     Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib .....                     İqtidarla müxalifət bir masa ətrafında: .....                     Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur .....                     İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. .....                     Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” .....                     Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir .....                     Naxçıvanın yeni qazısı seçilib .....                     AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? .....                     Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib .....                     Nizami rayonunda polis narkopriton aşkarlayıb .....                     “AL Market”in rəhbəri dəyişib .....                     40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: .....                     "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş .....                     Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi .....                     Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" .....                     ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... .....                     Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır .....                     Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: .....                     Ermənistan yarımçıq sülhü çox arzulayır .....                     Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib .....                     Adımızı çəkən yoxdur... .....                     “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” .....                     Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir .....                 

Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək - GƏLİŞMƏ
Tarix: 7-09-2023, 09:01 | Çap et
Seçki sisteminin dəyişməsi partiyaları hərəkətə gətirəcək
Ədliyyə Nazirliyi yenidən qeydiyyat üçün müraciət edən 27 siyasi partiyadan 8-ni artıq dövlət qeydiyyatına alıb. Həmin partiyalar bunlardır:

Yeni Azərbaycan Partiyası (YAP) - sədr İlham Əliyev;

AĞ Partiya - sədr Tural Abbaslı;

Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı;

Haqq Ədalət Partiyası - sədr Əli İnsanov;

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) - sədr Arzuxan Əlizadə;

Ümid Partiyası - sədr İqbal Ağazadə;

Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev;

Ana Vətən Partiyası - sədr Fəzail Ağamalı.

Qeyd edək ki, Azərbaycanda müstəqillik dövründə 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Daha sonra onların sayı tədricən azalıb. 1993-cü ildə iki partiya ləğv edilib. 2021-ci ildə isə 6 partiya hakim YAP-a birləşdiyini elan edib. Son vaxtlaradək ölkədə qeydiyyatda olan 58 siyasi partiya qalmışdı.

Bu il “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə mindikdən sonra bu qurumların daha 31-i özlərinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi. Bu, əsasən yeni qanunla qeydiyyat üçün lazım olan minimum üzv sayının 5 minə qaldırılması ilə izah edildi.

Hazırda yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim etmiş 19 siyasi partiya Ədliyyə Nazirliyindən cavab gözləyir.

Siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi davam edir. “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı partiyaların təqdim etdiyi siyahıların bəzilərində qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiyalar üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. Artıq bir neçə partiya qeydə alınıb, bəziləri isə cavab gözləyir.

Onlardan Müsavat Partiyasının başqanı Arif Hacılı “AzadlıqRadiosu”na bildirib ki, partiyaların qeydiyyatı elə çətin prosedurlarla həll olunmalı deyil: ““Siyasi partiyalar haqqında" Qanuna edilən əlavələr və dəyişikliklər siyasi partiyaların fəaliyyətinə əlavə problemlər yaratmaq məqsədi daşıyır".

AXCP sədrinin müavini Ayaz Məhərrəmli deyib ki, AXCP-yə hələlik cavab verilməməsində qanun pozuntusu yoxdur, çünki sənədlərin göndərilməsi günündən bir ay ərzində cavab verilə bilər: “Bizdən əvvəl də hansısa partiyalara cavab verilməsi normaldır. Amma burada bir AXCP faktoru önə çıxır və görünür, partiyamızla bağlı hakimiyyət dairələrində hələlik yekdil rəy yoxdur, hansısa siyasi qərar gözləyirlər”.

Siyasi partiyalarla bağlı yeni qanunun qəbulundan sonra Azərbaycanda qarışıq (proporsional və majoritar) seçki sisteminə keçidlə bağlı müzakirələr də aktuallaşıb. Ölkəmizdə hazırda parlament seçkiləri majoritar qaydada keçirilir. Konstitusiyada təsbit edildiyinə görə qarışıq sistemə keçid üçün referendum keçirilməlidir.

Parlament seçkilərində qarışıq seçki sistemi 2002-ci ilə qədər mövcud olub. 1995 və 2000-ci illərdə keçirilən seçkilərdə parlamentin 20%-i (25 deputat) proporsional, 80%-i isə majoritar qaydada seçilib. Məlumat üçün bildirək ki, proporsional seçki sistemində seçicilər birbaşa namizədlərə deyil, partiyalara səs verir.

Partiyalar qazandıqları səslərə görə parlamentdə mandat qazanır. Majoritar seçki sistemində isə seçicilər birbaşa namizədə səs verir və ən çox səs toplayan namizəd deputat seçilir. Hər iki sistemin özünəməxsus üstünlükləri və çatışmazlıqları var.

Proporsional seçki sistemi siyasi partiyaların güclənməsinə və plüralizmin inkişafına təkan verir, majoritar sistemdə isə xalqla deputat arasında birbaşa əlaqə olur və deputat xalqın qarşısında məsuliyyət daşıyır. Türkiyə daxil olmaqla, bir çox Avropa ölkəsi tam proporsional, Böyük Britaniya, Azərbaycan, İran kimi ölkələr majoritar, Almaniya, Gürcüstan kimi ölkələr isə qarışıq seçki sistemindən istifadə edir.

Seçki sistemində proporsional qaydanın tətbiqi nələrə gətirib çıxara bilər? Partiyalar buna hazırdırmı?

DİA.AZ-ın məlumatına görə, AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, referendum keçiriləcəyi və proporsional seçki sisteminin bərpa ediləcəyi ilə bağlı uzun müddətdir söz-söhbət davam edir: “Hakimiyyətə yaxın dairələrdən də bu barədə açıqlamalar ara-sıra olur. Lakin hələ məsələ ilə bağlı praktiki rəsmi addım, qərar verilməyib. Biz referendum keçirilməsini və bu sırada proporsional seçki sisteminin bərpasını çox istəyirik. Həmçinin Milli Məclis üzvlərinin sayının artırılmasını vacib hesab edirik. Əgər biz çoxpartiyalı sistemin inkişafını istəyiriksə, ilk növbədə proporsional seçki sistemi bərpa edilməlidir. Proporsional seçki sisteminə keçid partiyaların cəmiyyətdə nüfuzunun artması, partiyalara cəmiyyətin diqqətinin artması, partiya üzvlərinin sayının artması, partiyaların daha çevik işləməsinə gətirib çıxaracaq. Ona görə də bu sistemə keçid çox vacibdir. Proporsional seçki sisteminə keçidin baş verməsi siyasətin peşəkarlaşmasını şərtləndirəcək, təsadüfi insanların parlamentə düşməsi kimi hallar aradan qalxacaq, parlament daha aktiv olacaq. Seçicilər şəxslərlə yanaşı, partiyalara səs verəcəklər. AĞ Partiya olaraq biz proporsional seçki sistemi ilə keçiriləcək seçkilərə hazırıq”.

Milli Dirçəliş Hərəkatı Partiyasının Fərəc Quliyev isə bildirdi ki, yeni qanuna görə, partiyaların qeydiyyatı partiyaların format olunmasıdır. Partiyalar sanki format olunur. Bu formatlanma partiyaların gələcək seçkilərdə uğurlu fəaliyyətinə təkan verəcək. Azərbaycan Konstitusiyasında bir sıra dəyişikliklərə, o cümlədən proporsional seçki sisteminin bərpa olunmasına zərurət var: “Artıq siyasi arenada qalan partiyalarda onlar üçün yeni dövr başlanır, meydan açılır. Təbii ki, yeni çətinliklər də olacaq. Proporsional seçkilər bərpa olunacağı halda partiyaların üzərinə daha böyük məsuliyyət, daha çox işləmək, daha çox təşkilatlanmaq, daha çox üzvləri cəlb etmək kimi böyük məsuliyyət düşəcək. Proporsional seçki sistemində insanlar fərdlərə deyil, düşüncəyə, partiyanın ideologiyasına, proqramına səs verəcək. Qarışıq sistem çox vacibdir. Referendum olacaqsa və proporsional seçki sistemi bərpa ediləcəksə, cəmiyyət, partiyalar bu dəyişikliyə səs verəcək. Proporsional seçkilər partiyaların iştirakçılığına təkan verəcək. Proporsional seçki sistemi təkcə partiyalara hüquq vermək deyil, həm də məsuliyyət verməkdir, onları yoxlamaqdır. Partiyalar yerli seçkili idarəetmə sistemində iştirakçılıq əldə edəndə cəmiyyət onların necə idarə etdiyini, bacarıqlarını əyani görəcək. Eyni zamanda proporsional seçki sistemi partiyadxili rəqabəti də artıracaq ki, bu da partiyaların güclənməsinə səbəb olacaq. Bütün bu qeyd olunanlar partiyaların proporsional seçki sisteminin şərtlərinə uyğun fəaliyyətini zəruri edəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan və Türkiyə arasında sirli İrəvan görüşü - erməni blogerdən şok iddia
Bu gün, 23:51
Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Bu gün, 21:52
Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Bu gün, 21:49
Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Bu gün, 18:58
Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Bu gün, 18:10
Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Bu gün, 18:07
Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Bu gün, 17:54
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Bu gün, 17:38
“ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 17:35
Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Bu gün, 17:33
20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Bu gün, 17:30
“Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Bu gün, 17:25
Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Bu gün, 17:16
"Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Bu gün, 17:11
Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Bu gün, 17:05
Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Bu gün, 16:59
Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Bu gün, 16:54
İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Bu gün, 16:52
Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Bu gün, 16:49
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Bu gün, 16:38
Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Bu gün, 16:33
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Bu gün, 16:29
Naxçıvanın yeni qazısı seçilib
Bu gün, 16:26
AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Bu gün, 16:18
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Bu gün, 16:09
Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Bu gün, 16:07
“AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 15:39
40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Bu gün, 15:35
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Bu gün, 15:32
Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Bu gün, 15:21
Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Bu gün, 15:16
ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Bu gün, 15:13
Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Bu gün, 15:08
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Bu gün, 14:02
Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Bu gün, 14:00
Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Bu gün, 13:58
Adımızı çəkən yoxdur...
Bu gün, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11
Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru