Deputat yazıçını müdafiəyə qalxdı, özü hədəfə çevrildi... - "Mən bütün səmimiyyətimlə..."
Tarix: 4-09-2023, 08:59 | Çap et
 DİA.AZ: - "Mən indiyədək hörmətli xalq yazıçısı Çingiz Abdullayevin heç bir əsərini oxumamışam. Kitabxanamda da bircə əsəri belə yer almır. Yəni yazıçı kimi mənim menyumda yoxdur. Hansı kitabı oxumaq lazım gəldiyi barədə xüsusi intuisiyam var və buna hələ də güvənməkdəyəm. Ancaq qeyd etməliyəm ki, hörmətli Çingiz Abdullayevi oxuyanlara, sevənlərə, izləyənlərə, nəşrlərinin, tərcümə olunan kitablarının sayı üzərindən qürur duyanlara da yanaşmam normaldır. Necə deyərlər, zövq məsələsi". DİA.AZ bildirir ki, bunu yazıçı Çingiz Abdullayevlə bağlı açıqlan müxakirələrə reaksiya verən deputat Fazil Mustafa bildirib.
F.Mustafa daha sonra fikrinə belə davam edib: "Onun danışıq dili ilə bağlı lağlağılara da münasibətim mənfidir. Azərbaycan dilində səlis danışan o qədər susmalı adam olduğu halda belə köntöy danışığın iqtisadi, sosial, siyasi bir zərəri olduğunu düşünmürəm. Mənəvi zərəri hesablana bilərdi bəlkə də, ancaq hər işdə əsas aldığımız meyar əməldirsə, insanın bu qüsurunu da belə qabartmağına dəyməz. Çingiz Abdullayev öz makulaturası ilə dünyada və Azərbaycanda çoxlarının qəlbini fəth edə bilər, ancaq mənim qəlbim bu mövzuda öz muxtariyyətini qoruyursa, öz qəlbimin səsi ilə davranmağım da anlayışla qarşılanmalıdır. İnsaf naminə qeyd edim ki, Çingiz müəllim erudisiyalı, ədəbi, hüquqi və siyasi bilgiləri olan adamdır, müsahibələrində maraqlı fikirlər var və çıxışları da bəyəndiyim koloritdədir. Rusiya auditoriyasında da Azərbaycanı müdafiə edən çıxışlarını yüksək qiymətləndirirəm. Məşhurluğuna da çox müsbət yanaşıram. Ölkənin şişirdilmiş olsun, haqqına olsun, brend adamlarının olması bəzi kritik şərtlərdə çox vacib amilə çevrilir. Yəni ən azı ölkədən kənarda onun söylədiklərinə daha çox diqqət kəsiləcəkdir. Titul, məşhurluq və sa. amillərə görə. Mətnin ikinci hissəsinə buradan keçid edirəm. "Artıq bezmişəm, ölkədən çıxıb getməyə hazırlaşmaq lazım!" Təqribən belə bir ifadə səsləndirdi və birdən-birə "Getmə, amandır!" naləsi bir çox tanınmış imzalar tərəfindən dövrəyə soxuldu. Aydın olmayan bir sual var, bunu mütləq cavablandırıb, sonra getmək barədə düşünmək doğru olmazmı? Əcaba, nəyin savaşını verib bezdikdiniz? Hansı ədəbi cərəyanın aydınlanma davasında öncülü olaraq düşüncələrinizi ortaya qoydunuz? Hansı əsərinizdə cəmiyyətin yanlış dəyərlərinə qarşı savaş açdınız? Qarabağda qələbəmizə ermənilər qədər məyus olan və daxildən, xaricdən hər cür tərbiyəsizliyə yol verən müxalifətçi, bitərəf kimliklərə hansı qınağınız səsləndirildi? Mədəniyyət və ədəbiyyat sferasında fundamental mövzularda hansı yanlış siyasətə etirazınız ortaya qoyuldu? Onlarla belə sualları sıralamaq mümkündür. Dili, zadı bəhanə etməyin, məmləkətə, millətə səmimiyyətsizliyinizi, sevgisizliyinizi bəhanə edin! Danabaşların, qaragüruhun, cahil sürüsünün söyüşünə, təhqirinə, böhtanına, gülləsinə bu məmləkətdə hədəf olan bizlər heç vaxt küsməyi düşünmədik, bezmədik, getməyə hazırlaşmadıq. Çünki bu gün hamımızın qoyub getdiyi bu ölkə sabahın Əfqanıstanı, İranı və Allah bilir hansı cəhalətpərvərlərin bostanı olacaqdır. Mən bütün səmimiyyətimlə hörmətli Çingiz müəllimin getməyini istəmirəm. Əksinə, Azərbaycana, onun problemlərinə, onun ağrılı-acılı məqamlarının üzərinə gəlməyini istəyirəm. Çingiz Aytmatovu və Çingiz Hüseynovu təkrar oxumağa başlayıram. Necə olsa, həmişə bizimlə qalacaq Çingizlərdir..."
diaaz.space qeyd edir ki, bu şərhinin ardından deputatın özü sosial şəbəkələrdə yenidən hədəfə çevrilib...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kremlin Ankara planında fiasko: - Zelenski üçün yeni fürsət yarandı
Bu gün, 21:52 |
|
|
|
• Kadırovun AZAL ekipajını təltifinə Bakıdan reaksiya
Bu gün, 21:49 |
|
|
|
• Rusiya ilə işlərimiz NƏ YERDƏ QALDI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Görünür, Azərbaycan Prezidentinin fikirləri Paşinyanda əminlik yaradıb - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Ermənistan və Azərbaycan arasında delimitasiya üzrə görüş keçiriləcək
Bu gün, 18:10 |
|
|
|
• Vəzifəli şəxsi maşınla vurub öldürmüşdü - Hökm oxundu
Bu gün, 18:07 |
|
|
|
• Audiovizual Şura iki platforma operatorunun lisenziyasını ləğv edib
Bu gün, 17:54 |
|
|
|
• Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldılar
Bu gün, 17:38 |
|
|
|
• “ABŞ Rusiyanın dediyini Ukraynaya təkrar edir” - GÖRÜNƏNİ BUDUR
Bu gün, 17:35 |
|
|
|
• Maliyyə piramidaları ilə bağlı əməliyyat keçirilib, saxlanılanlar var - VİDEO
Bu gün, 17:33 |
|
|
|
• 20 nəfəri öldürən spirt apteklərdən yığışdırılıb? - AÇIQLAMA
Bu gün, 17:30 |
|
|
|
• “Azəripək” MMC-nin direktoru dəyişdi, əlavə 3.2 milyon manat maya qoyuldu
Bu gün, 17:25 |
|
|
|
• Nəinki 25 faiz elə gömrük rüsumunu 5 faiz artırmaq belə... Avropada ciddi iqtisadi böhran yarada bilər
Bu gün, 17:16 |
|
|
|
• "Sülh addımı yox, hakimiyyəti qorumağa yönəlmiş hoqqabazlıq” -Deputatdan kəskin mövqe
Bu gün, 17:11 |
|
|
|
• Əfv komissiyasının növbəti iclası keçirilib, 100-dən çox müraciətə baxılıb
Bu gün, 17:05 |
|
|
|
• Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü - TƏFƏRRÜAT
Bu gün, 16:59 |
|
|
|
• Dövlət İttihamçısı Ağadadaş Ağayevə cəza istəyib - 2 İL...
Bu gün, 16:54 |
|
|
|
• İqtidarla müxalifət bir masa ətrafında: - “Bunun nəyi pisdir ki?”
Bu gün, 16:52 |
|
|
|
• Dövlətə xəyanət etmiş Akif Bağırov nədə ittiham olunur - MƏHKƏMƏ BAXIŞI
Bu gün, 16:49 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Bu gün, 16:38 |
|
|
|
• Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Bu gün, 16:33 |
|
|
|
• Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Bu gün, 16:29 |
|
|
|
• Naxçıvanın yeni qazısı seçilib
Bu gün, 16:26 |
|
|
|
• AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Bu gün, 16:18 |
|
|
|
• Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Bu gün, 16:09 |
|
|
|
• Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Bu gün, 16:07 |
|
|
|
• “AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 15:39 |
|
|
|
• 40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Bu gün, 15:35 |
|
|
|
• "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Bu gün, 15:32 |
|
|
|
• Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Bu gün, 15:21 |
|
|
|
• Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Bu gün, 15:16 |
|
|
|
• ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Bu gün, 15:13 |
|
|
|
• Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Bu gün, 15:08 |
|
|
|
• Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Bu gün, 13:58 |
|
|
|
• Adımızı çəkən yoxdur...
Bu gün, 13:14 |
|
|
|
• “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13 |
|
|
|
• Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11 |
|
|
|
• Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07 |
|
|
|
• Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04 |
|
|
|
• Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02 |
|
|
|
• Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51 |
|
|
|
• İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48 |
|
|
|
• "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40 |
|
|
|
• Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38 |
|
|
|
• “Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26 |
|
|
|
• "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25 |
|
|
|
• Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13 |
|
|
|
• Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05 |
|
|
|
|