İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. .....                     Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” .....                     Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir .....                     Naxçıvanın yeni qazısı seçilib .....                     AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? .....                     Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib .....                     Nizami rayonunda polis narkopriton aşkarlayıb .....                     “AL Market”in rəhbəri dəyişib .....                     40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: .....                     "Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş .....                     Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi .....                     Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" .....                     ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... .....                     Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır .....                     Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: .....                     Ermənistan yarımçıq sülhü çox arzulayır .....                     Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib .....                     Adımızı çəkən yoxdur... .....                     “NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” .....                     Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir .....                     Qarabağ Qazisi 17 ildir haqqını arayır... .....                     Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI .....                     Gecə və səhər bəzi yollar buz bağlayacaq .....                     Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi .....                     İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? .....                     "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" .....                     Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir .....                     “Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək .....                     "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox .....                     Politoloq Zaur Məmmədova yeni vəzifə verildi .....                     Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi .....                     1 milyonluq "qanpulu işi"ndə gərginlik .....                     Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır .....                     Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir .....                     Nazirlik 200 min manatlıq gül alır .....                     USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq .....                     Xalq artisti 10 min manat maaş alacaq? .....                     Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ .....                     Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? .....                     44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... .....                 

“REAL-ın qeydiyyatını ləğv etsələr, Erkin Qədirli deputat mandatından imtina edəcək” - ŞƏRT QOYDULAR...
Tarix: 19-07-2023, 16:28 | Çap et
“REAL-ın qeydiyyatını ləğv etsələr, Erkin Qədirli deputat mandatından imtina edəcək”
Üç gün əvvəl Ədliyyə Nazirliyi (ƏN) Respublikaçı Alternativ Partiyasının (REAL) dövlət qeydiyyatına alınması ilə bağlı müraciətini mənfi cavablandırıb. Bu barədə təşkilatın sədri İlqar Məmmədov özü məlumat verib. Partiya rəhbəri bildirib ki, ƏN REAL-ın müraciətdə təqdim etdiyi 5 min 100 nəfərlik üzvdən yalnız 463 nəfəri keçərli sayıb.

“Ədliyyə Nazirliyindən deyirlər ki, “reyestrdə adlarını göstərdiyiniz üzvlərlə əlaqə saxladıq, 986 nəfər partiyaya üzv olmadığını bildirdi”. Daha 1058 nəfərin telefon nömrəsi kimi ofisinizin nömrəsini göstərmisiniz, bunu isə məqbul saymırıq. 2527 nəfər barədə məlumatlar Əhalinin Dövlət Reyestrində tapılmadı. Nəhayət, 68 nəfərin adı təkrar gedib, 16 nəfər isə ölüb. Beləliklə, Partiyamızın siyahısında cəmi 463 nəfərin adı “keçərli” oldu. Qanuna əsasən, növbəti 30 gün ərzində ya 4500+ nəfərin məlumatlarını “düzəltməli”, ya da eyni qədər yeni üzv toplamalı, ya da partiyanı buraxmalıyıq. Bu həftə qərarımız haqda ictimaiyyətə məlumat verəcəyik”, - deyə Məmmədov vurğulayıb.

Qeyd edək ki, 2023-cü il yanvarın 11-dən etibarən Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun qüvvəyə minib. Qanunla partiyanın dövlət qeydiyyatına alınması üçün yeni tələblər müəyyənləşib. Belə ki, dövlət qeydiyyatı üçün partiyanın azı 5 min üzvü olmalıdır. Partiyalar müraciətlərində bu üzvlərlə bağlı da anket məlumatlarını ƏN-ə təqdim etməlidir.

Müxalif siyasi partiyalar və bir sıra beynəxalq təşkilatlar “Siyasi partiyalar haqqında” yeni qanunun demokratik olmadığını və ölkədəki rəqabət mühitinə mənfi təsir etdiyini bildiriblər.

REAL Partiyası Ədliyyə Nazirliyinin cavabı ilə qane olmur. Təşkilat səlahiyyətliləri bildirirlər ki, üzv sayı ilə bağlı nazirliyin arqumentləri tutarlı deyil. Bununla bağlı ƏN-in müvafiq şöbəsinə partiya sədri məktub ünvanlayıb, detallı izah istəyir. Eyni zamanda, REAL qarşıdakı bir ay müddətində yenidən üzv sayı ilə bağlı sənədləri toplayıb nazirliyə göndərmək niyyətindədir.

REAL nazirliyin bu qərarını siyasi qərar sayır və hakimiyyəti təşkilata təzyiqdə günahlandırır. Bəzi sosial şəbəkə istifadəçiləri, ictimai fəallar isə REAL-a qarşı ittihamlar səsləndirirlər.

DİA.AZ bildirir ki, baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran REAL Siyasi Komitəsinin üzvü Natiq Cəfərli təşkilata qarşı ittihamların əsaslı olmadığını qeyd edib.

- Partiyanızı qınayırlar ki, “hakimiyyətlə dialoqa da getdilər, amma nəticə olmadı”, yaxud da, “hakimiyyət REAL-ı sadəcə istifadə etdi, kənara atdı” və s. Bu fikirlərlə razısınızmı?

- Təbii ki, razı deyiləm. Bunu deyənlər 30 ildir öz şəxsi məqsədləri naminə hakimiyyətlə gizli formada anlaşan insanlardır, yaxud da həmin çevrələrdə olanlardır. Hakimiyyətlə dialoqun məqsədi şəxsi dividend qazanmaq deyildi. Məqsəd Azərbaycanda sivil siyasi münasibətlərin yaranmasına, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inşa edilməsinə, müxtəlif təkliflərin birbaşa hakimiyyət nümayəndələri ilə açıq müzakirəsinin təşkil edilməsinə nail olmaq idi. Bununla bağlı biz onlarla rəsmi açıqlamalar vermişik. Hakimiyyətlə 5-6 məsələ üzərində danışıqlar olub və müəyyən pozitiv məqamlar müşahidə edilir. Hakimiyyət tərəfindən həddən artıq nəzərə alınmayan məsələlər də olub. Yəni dialoqun ümumi məqsədi bunlar olub.

- Amma bu açıqlamalarınızı qəbul etmirlər...

- Həmin ittihamları səsləndirənlər, çox güman ki, dialoqdan şəxsi maraqları naminə istifadə ediblər. Bizim şəxsi mənafe üçün dialoq məqsədimiz, addımlarımız, amalımız olmayıb. Ölkədə fundamental məsələlərin həlli üçün, öz təkliflərimizi səsləndirmək üçün dialoq platformasından istifadə etmişik. İndiki məqamda Ədliyyə Nazirliyi üzvlərlə bağlı təqdim etdiyimiz siyahını öz dünya görüşünə, hüquq anlayışına görə “keçərli saymadı”. Burada çox ciddi hüquqi nihilizm və boşluqlar var. Həmin boşluqların doldurulması Ədliyyə Nazirliyinin boynunun borcudur. Nazirlik REAL-a və cəmiyyətə necə, hansı dormada sübut edəcək ki, prosesi şəffaf aparıblar. Bizə ümumi rəqəmlər təqdim edilib. Bunun da heç bir əsaslandırması yoxdur, çatışmazlığın nələr olduğu açıqlanmayıb.

Ümumiyyətlə, üzvlərə zəng etməyin, bu anlayışın da qanunda heç bir hüquqi izahı yoxdur. Qanun deyir ki, reyestr məlumatları yoxlanmalıdır. Bunun üçün Ədliyyə Nazirliyinin əlində baza var. Orada yazılmayıb ki, 5 min, 6 min üzvə bir-bir zəng edib partiya üzvü olub-olmamasını dəqiqləşdirmək lazımdır. Hakim YAP-ın deyilənə görə, 800 min üzvü var. Ədliyyə Nazirliyi bütün partiyalara eyni yanaşacaqsa, həmin məntiqlə 800 min insana zəng etməlidir. Bu, normaldırmı? Ümumiyyətlə, zaman etibarilə mümkündürmü? Nazirlik bunu bizə necə izah edəcək? Ona görə də hesab edirəm ki, nazirliyin addımı absurddur.

- Yenə dialoq məsələsinə qayıdım, ittihamlar arasında “REAL dialoqa getdiyi üçün zənn edirdi ki, hakimiyyət onlara toxunmayacaq” ifadəsi də var. Ümumi rəy bundan ibarətdir ki, REAL dialoqa getməmişdən əvvəl bunu hesablamalı idi...

- Yenə deyirəm, dialoqun məqsədi ölkədə sivil siyasi münasibətlərin bərqərar olunmasına hesablanmışdı. Buna nə qədər nail olduq-olmadıq, başqa məsələdir. Bu istəyimiz baş tutmadısa, bu, REAL-ın günahı deyil. Nəzərə almaq lazımdır ki, dialoq iki tərəf arasında aparılır. Hakimiyyət təklifləri qəbul etmədisə, bunun günahını REAL-a yükləmək nə dərəcədə doğrudur?

Bir neçə qanun layihəsi hazırladıq, təqdim etdik. Yeri gəlmişkən, Milli Məclisdə qeydiyyatdan keçmiş, amma müzakirəyə çıxarılmamış 4 qanun layihəmiz var. Bu da dialoqun nəticələrindən biri idi. Amma bizdən asılı olmayan məsələlər var. Sivil siyasi münasibətlərin qurulması üçün əlimizdən gələni etdik, amma qarşı tərəfin, yəni hakimiyyətin də addımlarını hamı gördü. İndi Ədliyyə Nazirliyi atdığı addımın hüquqi izahını verməyə mükəlləfdir.

- REAL rəsmi məktub ünvanlayıb, detallı cavab istəyir. Sizcə, hansı cavab veriləcək?

- Biz məktubda Ədliyyə Nazirliyinin “yetərsiz” saydığı rəqəmlərin izahını, həmin üzvlərin adbaad göstərilməsini tələb etdik. Bu, bizim haqqımızdır. Biz nə bilək ki, Ədliyyə Nazirliyindən kimə zəng edilib, hansı reyestr məlumatlarını tapa bilməyiblər. Deyirlər ki, 2500-dən artıq üzvümüzün reyestr məlumatını tapa bilməyiblər. Bu, necə ola bilər? Yaxud da bu, bizim günahımız deyil. Necə biz nazirliyə adbaad təqdim etmişik, nazirlik də elə dəqiqliklə cavab versin. İndi “top” Ədliyyə Nazirliyindədir. Məntiq də, qanun da deyir ki, nazirliyin detallı cavab vermək borcudur. Məsələn, zəng etmədikləri onlarla üzvümüz var. Zəng etmədiklərini üzv sayırlar, yoxsa yox? Sədr İlqar Məmmədova, Erkin Qədirliyə zəng olunmayıb. Demək istədiyim odur ki, çox ciddi nihilizm yaranıb.

Yeddi aydan çoxdur ki, üzvlük kampaniyası aparmışıq, onlarla sayda görüşlərimiz olub, 20-dən çox regionlara səfərlər etdik. Bu müddətdə üzvlərimizdən 16 nəfəri vəfat edib. Bu da normaldır. 5200-ə yaxın üzvdən 16 nəfərin dünyasını dəyişməsi qəbahətdirmi? Amma bunu sensasiyaya çevirirlər, REAL-ı ittiham edirlər. Vallah, gülməli məqamdır.

- Daha bir fikir var ki, hakimiyyət indi REAL-ın qeydiyyatına problem yaratmaqla təşkilata təzyiq görüntüsü yaradır, əslində isə Ədliyyə Nazirliyi REAL-ın üzv siyahısını təsdiqləyəcək, qeydiyyatını saxlayacaq. Bir növ hakimiyyət partiyalarla bağlı addımına bu vasitə ilə legitimlik qazandırır. Bu fikirləri necə qiymətləndirirsiniz?

- Yenə yuxarıda dediyim çevrələrin ittihamlarıdır. Bunlar 30 ildir siyasi səhnədə belə oyunlar qurublar, indi elə bilirlər ki, hamı onlar kimi oynayır. Mən onları qınamıram. Çünki 30 ildir siyasətlə belə məşğul olublar, gördükləri budur. Hakimiyyətlə açıq və ya gizli formada bu cür anlaşıblar. Bunlar elə bilirlər ki, indi REAL bu oyunu oynayır.Yox, elə deyil. Bəyan etmişik ki, bu, siyasi qərardır. Yenidən bir ay müddətində üzvlərin sayı ilə bağlı sənədləri təqdim edəcəyik. Bundan sonra hansı qərarı verəcəklər, qeydiyyatı saxlayacaqlar, saxlamayacaqlar, bunu deyə bilmərəm.

- REAL-ın partiya olaraq buraxılması realdırmı?

- Hər şey ola bilər. İndiki situasiyada mümkündür. Lakin bunun da riskləri var ki, hökumətin özü də bu barədə düşünməlidir. REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək. Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik. Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. Onun üç ildir deputat olaraq Azərbaycana qazandırdığı imic yerlə bir olacaq. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞPA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı.

Demək istəyirəm ki, REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividendlər qazandırıb. Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətində bu qurumun xərclərinin azaldılması haqda düşünən kimsə varmı?.. - FOTO
Bu gün, 16:38
Ələkbərdən Rəşadla bağlı meyxana: “Dustağı gördüm” - VİDEO
Bu gün, 16:33
Trampın Putinə qarşı şirnikləndirici oyunu: Müharibənin ərazisi dəyişir - TƏFƏRRÜAT
Bu gün, 16:29
Naxçıvanın yeni qazısı seçilib
Bu gün, 16:26
AAYDA pul ödəməyəcək: BƏS CAMAAT NƏ ETSİN? - NARAZILIQ VAR...
Bu gün, 16:18
Rusiya Ermənistanın Gümrü şəhərinə yeni Baş konsul təyin edib
Bu gün, 16:09
Nizami rayonunda polis narkopriton aşkarlayıb - VİDEO
Bu gün, 16:07
“AL Market”in rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 15:39
40 nəfərin adı Əfv Komissiyasına təqdim edildi: - Kimlər var?
Bu gün, 15:35
"Yaşam"ın analizindən sağlam çıxan qadın QİÇS xəstəsi imiş - BU NƏDİ BELƏ?..
Bu gün, 15:32
Natəmizliyə görə danlanan kirayəçi ev sahibinin başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
Bu gün, 15:21
Alışanovun qardaşı oğlu 3 nəfərə 3 milyon dollar "atıb" - Bu gün məhkəmədir
Bu gün, 15:16
ABŞ yenə də Çinlə Rusiya arasında var-gəl edir... - Görünəni odur ki...
Bu gün, 15:13
Partiyaların reyestri ilə bağlı qərəzli şərhlər əsassızdır - PA-nn şöbə müdiri
Bu gün, 15:08
Azərbaycanda kişilər də qadınlardan aliment ala bilər: - Vəkil şərtləri açıqladı
Bu gün, 14:02
Ermənistan yarımçıq sülhü çox arzulayır - FAKT BUDUR!
Bu gün, 14:00
Azərbaycan əleyhinə işləyən şəbəkə problemlə üzləşib - Professor
Bu gün, 13:58
Adımızı çəkən yoxdur...
Bu gün, 13:14
“NATO təhlükə altında deyil, ona yeganə təhdid odur ki...” - Rubio
Bu gün, 13:13
Pentaqon Meksikadakı narkotik laboratoriyalarına zərbələrin endirilməsi mümkünlüyünü istisna etmir
Bu gün, 13:11
Qarabağ Qazisi 17 ildir haqqını arayır... - MƏHKƏMƏ QAPILARINDA QALIB...
Bu gün, 13:07
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58
Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir - "The Economist"
Bu gün, 11:54
Nazirlik 200 min manatlıq gül alır
Bu gün, 11:53
USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq - “Politico”
Bu gün, 11:48
Xalq artisti 10 min manat maaş alacaq? - “Siyahıda adımı gördüm, sevindim”
Bu gün, 11:42
Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ - DİQQƏT
Bu gün, 11:31
Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? - Cəzasızlıqdır deyə...
Bu gün, 11:28
44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Biz istəyirik, referendum olsun, lakin... - Natiq Cəfərli
Bu gün, 11:13
Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 11:11
“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05
Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01
Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00
"Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru