Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI .....                     Gecə və səhər bəzi yollar buz bağlayacaq .....                     Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi .....                     İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? .....                     "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" .....                     Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir .....                     “Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək .....                     "H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox .....                     Politoloq Zaur Məmmədova yeni vəzifə verildi .....                     Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi .....                     1 milyonluq "qanpulu işi"ndə gərginlik .....                     Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır .....                     Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir .....                     Nazirlik 200 min manatlıq gül alır .....                     USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq .....                     Xalq artisti 10 min manat maaş alacaq? .....                     Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ .....                     Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? .....                     44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... .....                     Biz istəyirik, referendum olsun, lakin... .....                     Mədəniyyətimizin dərdinə yanırlarmış... .....                     “Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer .....                     Jurnalist mətbuat katibi təyin olundu .....                     Rublun bahalaşması davam edə bilər? .....                     "Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir" .....                     “İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” .....                     Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub .....                     AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır .....                     Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır .....                     Novruz üçün ƏFV TƏDARÜKÜ... .....                     Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... .....                     Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... .....                     AKKORD vətəndaşlara BELƏ MANE OLUR .....                     Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər .....                     Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi .....                     Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... .....                     “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu .....                     Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır .....                     Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi .....                     USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq .....                 

"Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq" - deputat
Tarix: 8-07-2023, 09:18 | Çap et
"Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq"
DİA.AZ BAXCP sədri, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədr müavini Qüdrət Həsənquliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Azərbaycan Prezidenti Qarabağda Ermənistan ordusunun hərbçiləri ilə bağlı tələblərini növbəti dəfə bəyan etdikdən sonra Paşinyan Qarabağda Ermənistan hərbçilərinin olmadığı iddiasını səsləndirdi. Onun reaksiyası Azərbaycana “Qarabağdakı qanunsuz silahlı birləşmələrlə, terrorçu dəstələrlə özünüz bilərsiniz” cavabı sayıla bilərmi? Sizcə, bundan sonra antiterror əməliyyatları üçün hansısa maneə qalırmı?

- Paşinyan gözünün içinə qədər yalan danışır. Amma bəli, o məna çıxır. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atmalıdır. Bu addımların atılmasına ona görə ehtiyac var ki, Ermənistanda heç bir siyasi lider Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan sülh sazişinə imza atmayacaq. Deyəcəklər ki, sizin ərazi bütövlüyünüzü tanıyırıq, Sərkisyan da, Köçəryan da deyirdi. Ona görə də onlar Dağlıq Qarabağdakı qondarma rejimi müstəqil dövlət kimi tanımadılar. Həmişə deyiblər ki, “bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, 1991-ci il Almatı Bəyannaməsini də imzalayıblar. Amma Dağlıq Qarabağdakı ermənilər "öz müqəddəratlarını təyin ediblər", öz “dövlətlərini qurublar”, siz də onlarla danışın, razılaşın".

Yəni mahiyyət etibarilə heç bir dəyişiklik baş verməyib. Yəni bu, üskük fırladılması kimi, söz fırlada bilərlər. Ancaq mahiyyət dəyişmir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Bu, belə olmasaydı, Paşinyan Azərbaycanın təqdim etdiyi 5 bəndlik sülh sazişinə münasibətdə deyərdi ki, bəli, gəlin 1991-ci ilin sərhədləri - hansı ki, biz SSRİ tərkibindən çıxmışıq - daxilində bir-birimizin ərazi bütövlüyünü tanıyaq. Saziş imzalayaq ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanıyır, sərhədlərin də delimitasiya və demarkasiyası prosesinə başlanılacaq, qalan məsələlərdə isə oturaq, danışaq, razılaşaq.

- Deyir, amma irəliyə addımlar atmır...

- Əlavə şərtlər qoyurlar. Bilirlər ki, Azərbaycan bununla razılaşmayacaq.

- Üstəlik, 1975-ci il xəritəsini ortaya atıblar. Məqsəd-məram nədir? Niyə məhz 1991-ci il yox, 75-ci il?

- Bunlar hamısı bəhanədir. Nə mənası var? Əgər həmin xəritə əsasında Azərbaycan və Ermənistanın ərazisi müəyyənləşib, bildirilib ki, bu ölkələr müvafiq olaraq 86,6 min kv/km və 29,743 min kv/km-lik ərazilərə sahibdirlər, üstəlik, Paşinyan özü də bunu deyirsə, o halda xəritənin nə əhəmiyyəti var? O ərazilər həmin xəritə ilə müəyyənləşib də. Azərbaycan da razılaşıb, erməni tərəf də. Deməli, bunların hamısı bəhanədir. Xəritə məsələsi əhəmiyyətli deyil. Sadəcə, Ermənistan istəyir ki, Azərbaycan beynəlxalq güclərin, o cümlədən 30 illik işğal dövründə Ermənistanı açıq da olmasa, birmənalı şəkildə dəstəkləyən, işğalçını müdafiə edən Fransa, ABŞ daxil olmaqla, digər qüvvələrin təminat verdiyi Qarabağdakı separatçı, əslində işğalçı rejimlə danışıqlara başlasın. Həmçinin böyük dövlətlər də separatçıların oradakı varlığına bir təminatçı olsunlar. Onların təminatı ilə danışıqlar başlayandan sonra isə Azərbaycan, ümumiyyətlə, orada antiterror əməliyyatı keçirə bilməyəcək. İndi belədir ki, rusların oradakı 5 illik missiyası başa çatandan sonra Azərbaycan bölgədə dövlət suverenliyini bərpa etməlidir. Amma biz Ermənistanın şərtini qəbul etsək, o halda faktiki surətdə biz keçmiş Dağlıq Qarabağın de-fakto müstəqilliyini tanımış oluruq.

Bunlar o şərti qoyurlar, sözsüz ki, Azərbaycan həmin şərtlərlə sülh sazişini imzalaya bilməz. Dövlət başçısı deyir ki, Qarabağ Azərbaycanın daxili işidir, biz oradakı ermənilərlə özümüz danışacağıq. Amma onlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməlidirlər, digər məsələləri, onların təhlükəsizliyi, hüquqları ilə bağlı məsələləri müzakirə edə bilərik. Ermənistan isə buna razı olmur. Əslində Ermənistan sülh sazişindən qaçır. Çox təəssüf ki, ermənipərəst Qərb dairələrinin trolları qismində çıxış edən Azərbaycandakı bəzi siyasi partiyalar, bəzi özünü radikal müxalifətçi adlandıran şəxslər də Azərbaycan hökumətindən Ermənistanla sülh sazişi bağlamağı tələb edirlər. Əslində bununla dünya birliyinə mesaj verirlər ki, guya sülh sazişinin imzalanmamasının günahkarı Azərbaycandır. Yəni bunlar ermənilərə birbaşa xidmət eləmiş olurlar. Sonra da xalqa vətənpərvərlikdən danışırlar, vətənpərvərlik dərsi keçirlər. Halbuki bu adamlarin ipi kənar güclərin əlindədir və onlar da fit çalmaqla bunları istənilən vaxt istənilən bəyanatları verməyə məcbur edirlər, yönəldirlər.

- Vaxtaşırı belə məlumatlar yayılır ki, Azərbaycana təzyiqlər var. Necə bilirsiniz, təzyiqlər əsasən nələrlə bağlıdır?

- Bu gün Azərbaycana qarşı təzyiqlər onunla bağlıdır ki, Ermənistanın şərtləri ilə sülh sazişi imzalasın. Əlbəttə, buna getmək olmaz. Hesab edirəm ki, Azərbaycan bu məsələdə çox haqlıdır. Ermənistan bizim təklif etdiyimiz o 5 bənd əsasında sülh sazişini imzalamalıdır. Bu, olmayacağı təqdirdə... Yenə deyirəm, Azərbaycan Rusiya ilə danışıqlar aparmalıdır. Biz bilirik ki, Xankəndidə dövlət suverenliyimizi bərpa edə bilməməyimiz orada rus sülhməramlılarının olması ilə bağlıdır. Həm də Azərbaycan öz üzərinə müəyyən öhdəlik götürüb ki, Rusiyanın köməkliyi ilə biz dinc yolla, yenidən hərbi əməliyyatlar keçirmədən oradakı erməni hərbi birləşmələrini tərk-silah edək, regiona sülh gəlsin, kommunikasiyalar bərpa olunsun.

- Rusiyanın bu sonluğu istədiyini güman edirsinizmi? Hətta Rusiyanın Azərbaycana qarşı məkrli planları müzakirə mövzusudur. Xocalı hava limanından təxribatçı uşuşlar da narahatlıq doğurur. Belə olan halda nə etməliyik?

- Çox təəssüf ki, Rusiya da buna maraqlı görsənmir. Rusiya münaqişənin davam etməsində maraqlıdır. O baxımdan da Rusiya Ermənistana heç bir formada təzyiq etmir. Yəni təzyiq etsəydi, çoxdan sülh sazişi imzalanardı. Ona görə də Rusiya ilə açıq danışmalıyıq. Azərbaycan bir az səbirli olmalıdır. Əgər Rusiya Azərbaycanın təkliflərinə razılıq verməsə, sülhməramlıların müddəti başa çatandan sonra - Rusiyaya burada özünü beynəlxalq aləmə haqlı təqdim etmək üçün hansısa bəhanə verməmək üçün - ən geci 2025-ci ildə Azərbaycan kənara boylanmadan, heç kimlə məsləhətləşmədən güc tətbiq etməlidir, digər əraziləri üzərində öz suverenliyini bərpa etməlidir. Əslində biz bununla, yəni Qarabağda suverenliyimizi bərpa etməklə Ermənistan liderlərinin də sülh sazişi imzalamasını asanlaşdıracağıq.

Bəlkə də bu dəqiqə Paşinyanın da könlündən keçir ki, Azərbaycan girsin o ərazilərə, suverenliyini bərpa eləsin, sonra mən sülh sazişini imzalayım. Yenə də deyirəm, indiki halda Ermənistanda heç bir lider sülh sazişini imzalamayacaq. Çünki imzalasa, ermənilər onu xəyanətdə ittiham edəcəklər, Qarabağı Azərbaycana “bağışlamış” siyasətçi kimi lənətlənəcəklər. Ona görə də Paşinyan tarixdə bu adla qalmaq istəmir. Ancaq o da istəyir ki, Azərbaycan Qarabağda öz suverenliyini bərpa eləsin və bununla regiona sülh gəlsin.

- Azərbaycan Laçın yolunda nəzarəti tam bərpa etsə də, hava yolu faktiki olaraq Rusiyanın nəzarətindədir. Rusiya hərbçilərinin Xocalı aeroportundan uçuşları intensivləşdirməsi ilə bağlı məsələlər necə tənzimlənməlidir?

- Bir daha söyləyirəm, faktiki olaraq keçmiş Dağlıq Qarabağa hazırda Rusiya nəzarət edir. Azərbaycan da çalışır ki, böyük qonşusu olan bu ölkə ilə münasibətləri gərginləşdirməsin. Biz istəyirik ki, bu məsələdə Rusiyanın xoş niyyəti olsun və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etsin. Təəssüf ki, Rusiya hələlik bunda maraqlı görünmür. Onlar bu cür əsaslandırırlar ki, Xocalı aeroportu vasitəsilə ərazidəki sülhməramlılara ərzaq, digər tələbat malları daşıyırlar. Mən belə hesab edirəm ki, 2025-ci ilədək Azərbaycan bu danışıqları davam etdirməlidir və təmkin nümayiş etdirməlidir.

Həm də biz bölgədə baş verən proseslərin nəticələrini gözləməliyik. Sabah bölgədə elə proseslər baş verə bilər ki, heç 2025-ci ili gözləməyə də ehtiyac qalmaz. Ona görə Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır. Amma bu təzyiqlər son dərəcə düşünülmüş və təmkinli olmalıdır. Hesab edirəm ki, İlham Əliyev nə etdiyini bilir və biz bu şansı qaçırmayacağıq. Azərbaycan Qarabağ üzərində öz dövlət suverenliyini, inşallah, bərpa edəcək.

- Bəs təminat varmı ki, Rusiya 2020-ci ilin noyabrında olduğu kimi, bir helikopterini qaldırıb təxribat törətməyəcək, daha 5 il bölgədə qalmaqdan ötrü Azərbaycana qarşı məkrli planı həyata keçirməyəcək?

- Rusiya çıxılmaz vəziyyətdə qalsa, bunu edə bilər. O vaxta baxmayın. 2020-ci ildə hələ Ukraynada savaş başlamamışdı, Rusiya onda çox güclü idi. İndi Rusiyanın hərbi potensialının 50 faizi Ukraynada məhv edilib. Həmçinin 2020-ci ildən sonra Şuşa Bəyannaməsi imzalanıb, Türkiyə ilə Azərbaycan daha da yaxınlaşıb, Azərbaycanın, Türkiyənin regionda və dünyada nüfuzu daha da artıb, Rusiyanın özünün Türkiyədən müəyyən mənada asılılığı var. Eyni zamanda Azərbaycan artıq özünü daha güclü, inamlı hiss edir. Ona görə də düşünmürəm ki, Rusiya o cür təxribatlara gedə bilər.

Əlbəttə, Azərbaycan tərəfindən hansısa addımlar atılarsa, o halda öz imicini qoruyub-saxlamaq üçün Rusiyanın reaksiya vermək ehtimalı var. Amma öz tərəfindən bu təxribatlar ehtimalı çox azdır. Odur ki, Rusiya sülhməramlılarının orada olduğu dönəmdə elə davranmalıyıq ki, Rusiya dövləti məcburiyyət qarşısında qalıb Azərbaycanla hərbi konfliktə girməsin. Ona görə də 2025-ci ili gözləməliyik. Yenə deyirəm, regionda elə geosiyasi dəyişikliklər baş verə bilər ki, Azərbaycan 2025-ci ili gözləməz. Bəlkə elə ruslar öz qoşunlarını götürüb gedəcəklər, biz sakitcə məsələləri həll edəcəyik. Amma birmənalı şəkildə erməni silahlı birləşmələrinə təzyiqlər davam etməlidir. Erməni separatçılarının istənilən artıq hərəkətinə, məsələn, silahlı hərbçilərin yerdəyişmə cəhdlərinə qarşı dərhal zərbələr endirilməlidir. 2025-ci ilədək onların canını almalıyıq. 2025-ci ildə bir tərs şapalaq vurmaqla məsələni yekunlaşdırmalıyıq, həmin müddətədək onların hərbi bazalarını dağıtmalıyıq, hərbi potensialını tam tükətməliyik. Ermənistanın Qarabağdakı 15-16 minlik ordusunun canını almalıyıq, yavaş-yavaş sıradan çıxartmalıyıq, tam demoralizasiya etməliyik. Onların döyüş ruhunu sındırmışıq, amma tamam sındırmalıyıq ki, 2025-də bu məsələyə çox asan şəkildə nöqtə qoya bilək.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Lisenziya LƏĞV olundu, bazarda saxta spirtli içkilər ARTDI – Çıxış yolu NƏDİR?
Bu gün, 13:04
Gecə və səhər bəzi yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 13:02
Ali Məhkəmə BSU-nun şöbə müdiri ilə bağlı qərar verdi
Bu gün, 12:51
İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - AÇIQLAMA
Bu gün, 12:48
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir" - NHMT sədrindən ÇAĞIRIŞ
Bu gün, 12:40
Ağalarovların Bakıdakı şirkətləri ləğv edilir - TƏFƏRRÜAT
Bu gün, 12:38
“Vecon Consulting” Ukraynanın nüfuzlu qiymətləndirmə şirkəti ilə əməkdaşlıq edəcək
Bu gün, 12:26
"H.Z.Tağiyev Adına Toxucutikişsənaye Kombinatı"nın 819 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 12:25
Politoloq Zaur Məmmədova yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:13
Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi - VİDEO
Bu gün, 12:05
1 milyonluq "qanpulu işi"ndə gərginlik - burada bizi lənətləyirlər
Bu gün, 12:03
Su Agentliyi qiymət artımına eyham vurur, şikayətlər günbəgün artır - "Bir damcı suya, bir banka pul"...
Bu gün, 11:58
Ukrayna dövləti məhv olmamaq üçün səfərbərliyi daha sərtləşdirməlidir - "The Economist"
Bu gün, 11:54
Nazirlik 200 min manatlıq gül alır
Bu gün, 11:53
USAID-in yoxluğu Kremlin bəzi ölkələrə təsirini artıracaq - “Politico”
Bu gün, 11:48
Xalq artisti 10 min manat maaş alacaq? - “Siyahıda adımı gördüm, sevindim”
Bu gün, 11:42
Vilayət Eyvazova sözü olanların NƏZƏRİNƏ - DİQQƏT
Bu gün, 11:31
Bu binəva neftçi daha neçə gün DƏNİZDƏ QALMALIDIR? - Cəzasızlıqdır deyə...
Bu gün, 11:28
44 günlük savaşda rektor oğlunu GİZLƏDİBMİŞ... - İTTİHAM VAR...
Bu gün, 11:19
Biz istəyirik, referendum olsun, lakin... - Natiq Cəfərli
Bu gün, 11:13
Mədəniyyətimizin dərdinə yanırlarmış... - BİLMƏMİŞİK...
Bu gün, 11:11
“Rabitəbank”dan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə transfer - DOSYE
Bu gün, 11:05
Jurnalist mətbuat katibi təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:01
Rublun bahalaşması davam edə bilər?
Bu gün, 11:00
"Camaat TV-də ailəsini, ərini, arvadını, uşaqlarını təqdim edəndə üzr istəyir"
Bu gün, 10:54
“İndi İran adlanan dövlət əslində Azərbaycan dövləti olub” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:50
Sabiq deputat Hüseyn Abdullayevə hökm oxunub
Bu gün, 10:47
AYİB 2025-ci ildə Azərbaycanda sabit artım proqnozlaşdırır - TƏFƏRRÜAT
Bu gün, 10:43
Marketdəki partlayışda xəsarət alanların durumu yaxşıdır - AÇIQLAMA
Bu gün, 10:34
Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26
Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25
Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20
AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51
"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44
Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru