Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər .....                     Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi .....                     Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... .....                     “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu .....                     Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır .....                     Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi .....                     USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq .....                     Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb .....                     «Kontakt Home» yenə də aldatmaqla məşğuldur .....                     Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər .....                     Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU .....                     Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR .....                     Paytaxtda qardan təmizləmə işləri davam edir .....                     Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... .....                     "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ .....                     Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD .....                     Paşinyan deyir ki... .....                     İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir .....                     ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? .....                     “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə .....                     "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası .....                     Azərbaycan bu əraziləri də azad edərsə... .....                     Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir .....                     "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                     Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? .....                     Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                 

“Paşinyanın əleyhinə çıxış edənlər ya həbs olunurlar, ya işdən çıxarılırlar, demokratiya budur?!” - Elçin Alıoğlu
Tarix: 20-06-2023, 08:54 | Çap et
 “Paşinyanın əleyhinə çıxış edənlər ya həbs olunurlar, ya işdən çıxarılırlar, demokratiya budur?!”
Azərbaycanın sosial şəbəkələrində Ermənistanın baş naziri Nikol Paşinyanı müdafiə edənlər peyda olub. Xüsusilə də son günlər sosial media istifadəçiləri narazılıq edirlər ki, dövlətçiliklə bağlı, yaxud Paşinyanla bağlı mövqe bildirən zaman “troll”ar onlara hücum edir, Azərbaycanı, onun rəhbərliyini aşağılayan rəylər yazırlar. Eyni zamanda Paşinyanı bütləşdirəcək formada cavablar verirlər. Misal üçün, “Paşinyan daha yaxşı demokratdır”, “xalqın qanını sormur”, “xalqını vəziyyətdən çıxarmaq istəyir” kimi rəylər diqqət çəkir. Amma həmin sosial media istifadəçilərinin profilləri, onların ortaq dostları ilə bağlı kiçik araşdırma aparanda məlum olur ki, bu profillərin bir qismi ya saxtadır, ya cəbhəçilərə və onlara yaxın adamlara, bir qismi də İrana bağlı olan şəxslərə məxsusdur. Bəs görəsən, Paşinyandan ötrü ölümə hazır olan bu “qəhrəmanlar” kimlərdir, hansı məqsədi güdürlər?

Yeri gəlmişkən, bir xatırlatma da edək, Paşinyana qarşı bu cür sevgini biz Azərbaycanın radikal siyasi düşərgəsinin mövqelərində ilk olaraq görmüşük. Zaman-zaman Nikolu demokratik yolla seçilmiş lider kimi qələmə verən radikallar onu eyni zamanda Cənubi Qafqazın demokratiya qalası kimi də təqdim ediblər. Bir müddət əvvəl Milli Şura adlanan qurumun üzvü Gültəkin Hacıbəyli də Sevinc Osmanqızının verilişində qonaq olarkən belə bir iddia ilə çıxış edib. “Bu gün Paşinyan bölgəmizdə demokratiyanın qalası rolundadır. Çünki Gürcüstanda vəziyyət o qədər də yaxşı deyil. Azərbaycanda isə ümumiyyətlə bərbaddır”, - deyə o bildirib.

DİA.AZ-ın məlumatına görə, siyasi ekspert Elçin Alıoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, Paşinyanın demokrat, yaxud bizim prezidentin qeyri-demokrat olması kimi yanaşmalar absurddur: “Demokrat olmaq azad seçkilər keçirmək iddiası ilə çıxış etmək, yaxud da Qərb liderləri ilə görüşmək, ya da daimi olaraq parlamentdə çıxışlar etmək deyil. Bu, demokratiya deyil, demaqogiyadır. Dünya tarixində və bəşər tarixində xeyli belə dövlət başçıları olub ki, boş-boş danışmaqdan əlavə onların real hissləri, addımları olmayıb. Yaxın tarixə nəzər salsaq, görərik ki, Rusiyanın hakimiyyətdə olan baş nazirlərinin əksəriyyətinin işi-gücü danışmaq, vədlər vermək, Qərblə görüşmək olub. Sonradan Rusiyanın nə hala düşdüyü göz qabağındadır. Qardaş Türkiyədə də belə baş nazirlər çox olub. Çox danışıb, vədlər veriblər. Məsələ danışmaqda deyil. Məsələ sözdə deyil, əməldədir. Sosial şəbəkələrdə mən də belə faktlarla rastlaşmışam. Düzdür, sosial şəbəkələr indi ənənəvi mediadan, xüsusilə də televiziyadan daha çox populyardır. Sosial şəbəkələrdən də hibrid savaş aparmaq üçün istifadə edilir. Amma bunlar başa düşmürlər ki, "Paşinyan demokratdır" deməklə özlərini məntiqi dalana salırlar. Yaxşı, Paşinyana demokrat deyirlər. Gəlin, o zaman faktlara istinad edək. İnsan haqları indeksi adlanan uydurma indeksi, söz azadlığı ilə bağlı sifarişli statistikalar yayan “Freedom House”, “Sərhədsiz Reportyorlar” kimi təşkilatları kənara qoyub, reallığa baxaq. Ermənistanda Paşinyanın əleyhinə söz deyən adamlar iki yerə bölünür. Bir qism Rusiyadan maliyyələşir, digəri də İrandan. Bu faktdır. Paşinyanın əleyhinə çıxış edənlərin aqibətini biz görürük, ya həbs olunurlar, ya işdən çıxarılırlar, ya da təqib edilirlər. Demokratiya budursa, onda diktatura nədir?! Diktatura gözdə görünən diktatura deyil. Diktaturanın çox mülayim forması, misal üçün, ABŞ-dakı, Fransadakı kimi, Sinqapurda, Tayvandda olan kimidir. Diktatura bir partiyanın qalib gəlməsi, yaxud da azad seçkilərin “olmaması” deyil ki. Diktatura gördüyümüzdən də bəlalı bir şeydir. İkincisi, Paşinyan bu qədər demokratdırsa, niyə ölkəsi bu gündədir. Amerikalıların bir yaxşı sözü var, “Sən bu qədər ağıllısansa, niyə pullu deyilsən”. Bu baxımdan, Paşinyan istədiyi qədər sosial şəbəkələrdə təriflənə bilər. Biz onlara fikir vermirik. Necə ki, Şimal Buzlu Okeanda buzqıran gəmi öz hədəfinə doğru gedəndə onun ətrafındakı suitilərlə ağ ayıların fikri gəmi heyəti üçün önəmsizdir. Ağ ayılar arasında sorğu keçirilmir ki, gəmiyə münasibətiniz necədir..."

DİA.AZ bildirir ki, AĞ Partiya başqanı Tural Abbaslı da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. O dedi ki, hazırda bu məsələ aktualdır: “Burada çox hiyləgər, xain plan var. Biz müxalif partiyayıq, təbii ki, biz də iqtidarın yürütdüyü sosial-iqtisadi idarəetmə metodundan, informasiya siyasətindən razı deyilik. Bunu daxildə bildiririk, mübarizəmizi də aparırıq. Amma bəzi simvollar var, 44 günlük müharibədə Prezident Ali Baş Komandan olaraq bütün dövlətin simvoluna çevrilib. İqtidarın, müxalifətin mənafeyi deyil, burada dövlət və dövlətçilik önə çıxır. Müharibə gedə-gedə ölkədə gedən bahalıqla bağlı prezidenti tənqid etmək doğru çıxmaz. Eyni məsələ buna da aiddir. Ermənistan düşmən ölkədir və Ermənistanla Azərbaycanın müqayisə olunması bir çox hallarda Azərbaycanın dövlət maraqlarının əleyhinədir. Çünki bu müqayisələr beynəlxalq hesabatlarda da yazılır. Sabah bu müqayisələrə, istinadlara söykənərək Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə də maneçilik törədilir. Vətəndaşlarımız bilərəkdən, bəziləri də bilməyərəkdən bu siyasətin qurbanı olurlar. Paşinyan nə qədər böyük demokrat olur-olsun, Azərbaycanın hətta ən zəif siyasətçisinin atılan dırnağı belə ola bilməz. Fərqi yoxdur, iqtidarlı-müxalifətli, Azərbaycandakı heç bir siyasətçinin atılan dırnağını Paşinyanın başına dəyişmərəm, bunun müqayisəsi belə düz deyil. Paşinyan necə demokratdır ki, Gəncəyə, Bərdəyə raket atdırdı. Dinc əhalini qırdırır. Qonşu ölkənin ərazisini işğalda saxlayır. Belə demokrat olmaq olar?! Sadəcə olaraq, beynəlxalq qlobal şəbəkə var, Soros fondu kimi, bunlar milli dövlətçiliyi aradan qaldırıb beynəlmiləl dəyərlərlə yaşayan, dövlət anlayışı, sərhəd anlayışı, milli kimlik anlayışını aradan qaldıran bir təfəkkürü insanlara aşılamaq istəyirlər. Elə bu təfəkkürün nəticəsidir ki, düşmən də olsa, demokratdır. Düşmənin ağına da, qarasına da lənət, demokratına da, diktatoruna da, avtoritarına da lənət. Fikrimcə, bu məsələlərdə ciddi olmalıyıq. Lazım gəlsə, qanunvericilikdə təsbit olunmalıdır. Çünki dövlət atributlarının tənqidi, təhqiri qəbuledilməzdir. Prezidenti vətəndaş tənqid edə bilər, amma düşmənlə müqayisə fonunda tənqid uğurlu deyil. Bu araşdırılmalı məsələdir. Bu, məndə də olub, dövlətçilik maraqlarında status yazanda baxırsan ki, bəsit müqayisələrlə rəylər yazırlar. Misal üçün, yazırsan ki, İranda Azərbaycana qarşı təxribat törədilir. Altından yazırlar ki, "nə olsun, orada yaşayış yaxşıdır" kimi və sairə. Burada maarifləndirmə də lazımdır. Milli və yerli siyasi kimliklərin dəstəklənməsi lazımdır ki, yemək-içməkləri haradan gəldiyi bilinməyən ünsürlər siyasi arenanı, sosial şəbəkələri zəbt edib, insanları belə terror etməsinlər".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03
Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00
Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51
“Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46
Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44
Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41
USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39
Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38
«Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23
Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14
Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11
Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01
Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55
Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51
"OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44
Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35
İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13
ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru