"Bu yol açılandan sonra, İran üzərindən daşımalar azalacaq" - Partiya sədri
Tarix: 15-06-2023, 10:17 | Çap et
 “Əslində, Azərbaycan İranla münasibətləri tamamilə kəsmək niyyətində deyil, sadəcə olaraq İranı Şimal-Cənub dəhlizinin Rəşt-Astara hissəsini istismar etməyə, yəni 162 kilometrlik dəmir yolu çəkməyə sövq etmək istəyir. Bakı öz məqsədinə ona görə nail olub ki, Rusiya və İran artıq bu sektorun inkişafına birgə sərmayə qoymağa razılaşıblar”. DİA.AZ bildirir ki, bu fikirləri “Armenpress”ə müsahibəsində iranlı politoloq Harut Artin Arakelyan Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası perspektivindən danışarkən deyib. Arakelyan hesab edir ki, "Azərbaycan-İran münasibətləri həll olunarsa, Ermənistanın da İranla daha sıx əlaqələr qurmaqla, Azərbaycanın təcavüzlərini cilovlamaq rıçaqları olacaq, ona görə də regional sabitlik, şübhəsiz ki, Ermənistanın həyati maraqlarına uyğundur".
DİA.AZ-ın məlumatına görə, Milli Dirçəliş Hərakatı Partiyasının sədri Fərəc Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan İranla münasibətləri dövrün trendinə görə qururdu. Məqsəd bu idi ki, heç bir ölkə ilə Azərbaycan düşmənçilik siyasəti yürütməsin. Xüsusən, Ermənistanla 30 illik məlum münasibət və ərazilərimizin işğalda olması fonunda, Azərbaycanın yürütdüyü siyasət ondan ibarət idi ki, Ermənistanın müttəfiqsizləşdirsin. Azərbaycana qarşı yeni cinahlar, cəbhələr açılmasın. Ona görə çalışırdı ki, İranla münasibətlərdə dövrün trendinə uyğun olaraq, davransın. Əgər İran tərəfdən mənfi bir hal olmurdusa, Azərbaycan bir mənfi halı yaradan tərəf kimi çıxış etmirdi. Məqsəd, problemsiz qonşuluq siyasəti yürütmək idi.
Fərəc Quliyevin sözlərinə görə, İran tərəfin siyasəti dövrün trendinə uyğun deyil, sümükləşmiş, oturuşmuş, institutlaşmış bir düşmənşilik siyasəti idi. Bu da heç vaxt dəyişmiyib, müxtəlif formalarda təzahür edib. Mahiyyətcə hər zaman eyni olduğunu göstərib.
“Ola bilər ki, bəzi məqamlarda formaca dəyişsin. Amma heç bir zaman İran Azərbaycana qarşı dost münasibət sərgiləməyib. Bunu birmənalı şəkildə bilmək lazımdır. Bu gün bir iranlı erməninin verdiyi açıqlamada da göründüyü kimi, burada da yenə Ermənistanın və İranın maraqlarını ortaya qoyurlar və dolayı yolla, üstü örtülü şəkildə əslində Zəngəzur dəhlizinin açılmamasına bir işarə olunur.
Məsəl üçün Arelekiyan hesab edir ki, “Azərbaycan-İran münasibətləri həll olunarsa, Ermənistanın da İranla sıx əlaqələr qurmaqla, Azərbaycanın təcavüzlərini cilovlamaqla hesabları olacaq”. Bu da ona işarə edir ki, əgər Şimal Cənub dəhlizi işlək vəziyyətə gələrsə və İran ərazisindən keçən 162 kmlik dəmiryol bərpa olunarsa, Ermənistan daha çox bu yol vasitəsilə, Şimaldan İrana və İrandan da Ermənistana daşıma işlərini həyata keçirə bilər. Beləliklə Zəngəzur dəhlizinin onlara siyasi təzyiq yolu, həm də Türkiyə-Azərbaycan arasında ciddi iqtisadi, siyasi, mədəni əlaqələrin daha yüksək səviyyəyə çatmasını aradan çıxararlar”-deyən partiya sədri bildirib ki, çünki Zəngəzur dəhlizininin açılmasında İran maraqlı deyil.
Onun fikrincə, İran burada iqtisadi cəhətdən maraqlı deyil. Çünki bu yol açılandan sonra, daşımalar daha çox bu dəhlizdən olandan sonra, İran üzərindən daşımalar azalacaq. Eyni zamanda İranın siyasi maraqlarına da təsir edir. Çünki deyirdilər ki, “Ermənistanın sərhədləri qırmızı xəttimizdir”...
Fərəc Quliyevin fikrincə, bu açıqlamanın əsasında daha çox siyasi motiv dayanır. Partiya sədri hesab edir ki, Azərbaycan-İran əlaqələrinin bərpa olunması və yaxud da indiki çox pis vəziyyətdən biraz fərqli yaxşı vəziyyətə keçməsi onları düşündürmür. Baş verəcək hadisədən sonra Ermənistanın və İranın özünün vəziyyətinin haqqında düşüncələri var. O, hesab edir ki, Azərbaycan daha çox Zəngəzur dəhlizinin üzərində dayanmalıdır.
“162 kmlik dəmiryolunun açılmasını da ona görə gündəmə gətirirlər ki, Rusiya və İran bu sektorun inkişafına sərmayə qoymağa razılaşıb. Ola bilər razılaşma olsun, amma vəsait varmı? İran özü çox ciddi sıxıntılar içərisində, sanksiyalar altındadır. Rusiya da ağır sıxıntılar içərisindədir. Bu səbəbdən də, son anda bu məsələnin təcili şəkildə həyata keçirilməsi təxirə salına bilər”-deyə Fərəc Quliyev əlavə edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Novruz üçün ƏFV TƏDARÜKÜ... - Hansı məhbuslara şamil olunacaq...
Bu gün, 10:26 |
|
|
|
• Zatulinin "AĞZINA QAPAQ" qoyan olacaqmı... - ÜFUNƏT PÜSKÜRÜR...
Bu gün, 10:25 |
|
|
|
• Direktordan şikayət edən şagirdin BAŞINA OYUN AÇIRLAR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:20 |
|
|
|
• AKKORD vətəndaşlara BELƏ MANE OLUR - "Harınlamış MTK-lar..."
Bu gün, 10:13 |
|
|
|
• Azərbaycan-Ermənistan sərhədində gərginlik yaratmağa cəhdlər ola bilər - ÇAĞIRIŞ
Bu gün, 10:03 |
|
|
|
• Əlcəzairdə Qarabağ müharibəsi və İlham Əliyevin şəxsiyyət faktoru müzakirə edildi - FOTO
Bu gün, 10:00 |
|
|
|
• Erməni bloqçu və sahibkar süni intellektlə məsləhətləşib İslamı qəbul etdi... - VİDEO
Bu gün, 09:51 |
|
|
|
• “Bravo”nun vakansiya elanı müzakirələrə səbəb oldu – “İşçiyə dəyər verilmir…”
Bu gün, 09:46 |
|
|
|
• Nizami bələdiyyəsinin üzvü Amil Bağıyev insanların evlərini başlarına yıxır - ÖZBAŞINALIQ!
Bu gün, 09:44 |
|
|
|
• Zaur ad gününü kimsəsiz uşaqlarla keçirtdi
Bu gün, 09:41 |
|
|
|
• USAID və Dövlət Departamentinin müqavilələri ləğv olunacaq - KİV
Bu gün, 09:39 |
|
|
|
• Şahnaz Bəylərqızı istintaqla əməkdaşlıq edib, ev dustaqlığına buraxılıb - MƏNBƏ
Bu gün, 09:38 |
|
|
|
• «Kontakt Home» yenə də aldatmaqla məşğuldur - "Pulumu qaytarın, ya da ki..."
Bu gün, 09:23 |
|
|
|
• Ermənistan təhlükədədir və Azərbaycan onu işğal edə bilər - II Qaregin BELƏ İDDİA EDİR...
Bu gün, 09:14 |
|
|
|
• Qanunsuz ovçulara qarşı QANUN POZUNTUSU - ETSN gözdən pərdə asır...
Bu gün, 09:11 |
|
|
|
• Vətəndaşa QƏPİK-QƏPİK KƏLƏK GƏLİRLƏR - "Özləri kimi pulgir mağaza yoxdur..."
Bu gün, 09:01 |
|
|
|
• Paytaxtda qardan təmizləmə işləri davam edir - FOTO
Bu gün, 08:55 |
|
|
|
• Birdəfəlik sığorta ödənişi bu hallarda verilir... - Ekspert danışır...
Bu gün, 08:51 |
|
|
|
• "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında PARTLAYIŞ - XƏSARƏT ALAN VAR
Bu gün, 08:44 |
|
|
|
• Ərdoğana qarşı hərəkatın sponsoruna BAKIDA BÖYÜK ETİMAD - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39 |
|
|
|
• Paşinyan deyir ki... - AKTUAL
Bu gün, 08:35 |
|
|
|
• İrəvanın cavabsız qalan təklifləri: Azərbaycan üçün qəbuledilməzdir - ÇÜNKİ...
Bu gün, 07:13 |
|
|
|
• ABŞ və Rusiya İstanbulda bu gün nəyi müzakirə edəcək? - “Röyters”
Bu gün, 07:12 |
|
|
|
• “Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51 |
|
|
|
• "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45 |
|
|
|
• Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31 |
|
|
|
• "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41 |
|
|
|
• Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14 |
|
|
|
• Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09 |
|
|
|
• “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06 |
|
|
|
• Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00 |
|
|
|
• Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34 |
|
|
|
• Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30 |
|
|
|
• Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08 |
|
|
|
• “Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01 |
|
|
|
• Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00 |
|
|
|
• Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27 |
|
|
|
• Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24 |
|
|
|
• Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20 |
|
|
|
• Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26 |
|
|
|
• Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16 |
|
|
|
• “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12 |
|
|
|
• Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00 |
|
|
|
• Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50 |
|
|
|
• Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48 |
|
|
|
• Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45 |
|
|
|
• "Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41 |
|
|
|
|