“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə .....                     "Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası .....                     Azərbaycan bu əraziləri də azad edərsə... .....                     Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir .....                     "Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" .....                     Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... .....                     Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı .....                     “Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” .....                     Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? .....                     Keçmiş rəis müavini vəfat etdi .....                     Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır .....                     Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                 

"Maraqlanan yoxdur ki, uşaq niyə vaxtından əvvəl əmək fəaliyyətinə cəlb olunub" - deputat
Tarix: 23-05-2023, 08:19 | Çap et
"Maraqlanan yoxdur ki, uşaq niyə vaxtından əvvəl əmək fəaliyyətinə cəlb olunub"
“Məhkəmələrdə uşaqların dindirilməsinin əleyhinəyəm”.
DİA.AZ bildirir ki, bu sözləri örtən həftəsonu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu, uşaqlar üçün böyük travmadır: “Məncə, bununla bağlı qanunvericilikdə dəyişikliklərə böyük ehtiyac var”.

İlk öncə bildirək ki, bu ilin birinci rübünün statistikasına əsasən ölkədə boşanmaların sayı artıb. Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin birinci rübündə 11870 nikah və 5118 boşanma halları qeydə alınıb. Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,7- yə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,0-a qədər artıb.

Məlumdur ki, Azərbaycanda hər il onlarla ailə bu və digər səbəbdən dağılır. Əfsus ki, boşanmaların ən böyük zərbəsi ailədəki azyaşlılara dəyir. Söhbət ilk növbədə psixi travmadan gedir. Çünki hər bir uşaq istəyər ki, atalı-analı mühitdə və qayğısız böyüsün. Yəni nə olursa, balacalara olur. Biz hələ boşanmadan sonra uşaqların üzləşdiyi ciddi maddi sıxıntıları, o cümlədən aliment problemlərini demirik.

Bəs ekspertlərin bu məsələyə mövqeyi necədir, məhkəmələrdə uşaqların dindirilməsi ilə bağlı qanunvericilikdə dəyişikliklərə ehtiyac varmı?

Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb. Millət vəkili səslənən təklifi təqdirə layiq hesab etdiyini deyib: “Vəkillər Kollegiyasının sədri Anar Bağırov məhkəmələrlə bağlı yaxın praktik biliyə, təcrübəyə malik vəkildir. Görünür, məhkəmə proseslərində uşaqların dindirilməsinin nə qədər fəsad törətdiyini nəzərdə tutaraq, belə bir təklif verib. Fikrimcə, bu, diqqətəlayiq təklifdir, müzakirə oluna bilər. Hər halda, burada yaş kateqoriyası, həddi-buluğa çatma və digər məsələlərdə bir daha dəqiqləşdirmə aparmaq olar. Bütün hallarda bu kateqoriyadan olan əməllərin hamısı məhkəmə prosesində özünü daha aydın şəkildə büruzə verir.

Digər məsələ, uşaqlarla məşğul olan hansısa ciddi bir mexanizm yoxdur. Yəni sözdə komissiyalar, müəyyən dövlət müəssisələri var, amma məsələn, konkret olaraq küçədə dilənən, məktəbə getməyən uşaqla məşğul olan yoxdur. Maraqlanan yoxdur ki, uşaq niyə vaxtından əvvəl əmək fəaliyyətinə cəlb olunub. Çünki bunun alternativləri yoxdur. Məsələn, tutaq ki, uşağı mağaza və ya restoran işindən və yaxud da kənd təsərrüfatından çıxardıldı, bəs o, hara göndəriləcək? Həmin uşağı ayaqda tutmaq üçün hansısa mexanizm varmı? Əlbəttə ki, yoxdur. Həmçinin alternativ məktəb, dəstəkləmə fondları yoxdur. Ona görə də boşanma prosesində uşaqların travmalar yaşadığı ortadadır. Bir çox uşaqların insan alverinin, narkomaniyanın qurbanına çevrilməsinin səbəbi də budur.

Beləliklə, bir daha qeyd edirəm ki, verilən təklifi təqdirəlayiq hesab edirəm. Hər halda, əgər bu məsələ uşağa psixoloji travma vurursa, bu zaman qanunvericilikdə bu məsələyə dinamik yanaşma olar. Çünki hər şey köhnə qaydada saxlanıla bilməz. Praktika yeni tələblər üzə çıxarırsa, qanunvericilik də buna reaksiya verməlidir".

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə məsələyə bu cür mövqe bildirdi: “Anar Bağırovun fikrini mən də təqdirəlayiq hesab edirəm. Amma Anar Bağırov burada nikahın xitamı ilə bağlı olan məhkəmələr üçün bu fikri səsləndirib. Mən isə ümumiyyətlə, mülki, cinayət işləri ilə bağlı məhkəmələrdə uşaqların dindirilməsinin əleyhinəyəm. Çünki bu zaman onlar çox ağır travmalar yaşayırlar.

Məlum məsələdir ki, iki tərəf nikaha xitam verəndə burada ən böyük zərbələr uşaqlara dəyir. Əlbəttə, bu zaman uşaqların qərəzli şəkildə öyrədilməsi, dindirilməsi, ananın yanındadırsa, ataya, atanın yanındadırsa, anaya qarşı formalaşdırılması yolverilməzdir. Bir çox hallarda məhkəmə kadr arxasını görə bilmir və icra hakimiyyətləri tərəfindən verilən rəylərdə bəzən xoşagəlməz hallar olduğuna görə məhkəmə məcbur olur ki, uşaqları dindirsin.

Bəzən bildirirlər ki, uşaqlar arxa otaqda dindirilib. Amma gəlin baxaq görək, neçə belə arxa otaqda uşaqlar dindirilib?

Bu yaxınlarda fiziki zorakılıq görmüş ananın və uşağın məhkəməsində idim. Əlbəttə ki, məhkəmədə bütün şərait yaradılmışdı, amma suallar verilən zaman təqsirləndirilən şəxsin gözləri ilə uşağa psixoloji təzyiq göstərdiyini, uşağın yenidən böyük travma yaşadığını müşahidə etdim. Ona görə də düşünürəm ki, Anar Bağırovun səsləndirdiyi təklif olduqca önəmlidir".

Psixoloq Azad İsazadə də qeyd etdi ki, uşaqlar məhkəmələrdə dindirilən zaman travma yaşayırlar:

“İlk öncə qeyd edim ki, bu məsələdə yaş faktoru var. Yəni yaşdan çox şey asılıdır. Məlum olduğu kimi, qanunvericilikdə yalnız 12 yaşdan yuxarı olan uşaqlar məhkəmədə dindirilir.

Lakin həqiqətən də elə hallar var ki, valideynlərdən biri uşaqlara qarşı hansısa formada zorakılıq göstərir. Beynəlxalq praktikada bu cür hallarda uşaqla əvvəlcədən psixoloq işləyir və məlumat verir ki, uşaqdan nəyi soruşmaq olar, nəyi yox. Adətən bu dindirilmə məhkəmə zalında deyil, qapalı halda, psixoloqun müşayiəti ilə keçirilir, digər valideyn də iştirak edir. Bəzi Avropa ölkələrində hətta bununla bağlı həm polis idarələrində, həm də məhkəmə zallarında xüsusi uşaq otaqları var. Ora daha mülayim yerdir, çox da rəsmi yerə oxşamır və sairə.

Lakin burada söhbət psixoloji təsirdən deyil, qanunvericilikdən gedir. Sözsüz ki, qanunvericiliyə hansısa formada dəyişiklik etmək olar, amma beynəlxalq təcrübədən istifadə etməklə".

Psixoloq valideynləri boşanandan sonra uşaqlarda yarana bilən travmalardan da söz açıb: “Adətən valideynləri boşanmış uşaqlar özlərini dostları, tanışları ilə müqayisə edir. Məsələn, baxır ki, məktəbdə bütün uşaqların valideynləri arxasınca gəlir və yaxud evdədirlər, amma onun cəmi bir valideyni var. Yəni müqayisədə özlərini bir qədər fərqli hiss etməyə başlayırlar. Bu cür travmanın nəticələri ilə dəfələrlə rastlaşırıq. Məsələn, olur ki, artıq böyümüş qız bu travmanın təsirindən tez bir zamanda ailə qurmaq, bütöv ailəyə sahib olmaq istəyir. Lakin bəzən bu tələsik addım səhv olur”.

Psixoloq onu da qeyd edib ki, bəzi boşanmalar uşaqlara müsbət təsir edir: “Ailədə zorakılıqla üzləşən uşaq boşanmanı xilasetmə hadisəsi kimi qəbul edir. Olur ki, uşaq artıq böyüyəndə boşanmadığına görə anasını qınayır, günahlandırır ki, "niyə sən dözmüsən, niyə formal ailəni saxlamaq üçün bizə əziyyət verirdin, vaxtında boşansaydın belə halları yaşamazdıq" və sairə".

Natamam ailənin uşaqlarda yaratdığı digər travmalar hansılardır?

Psixoloqlar qeyd edir ki, uşaqlar boşanma öncəsindən başlayaraq, boşanma müddəti və sonrasında bir çox mənfi vəziyyətlə üz-üzə qala bilir. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stress, ümumilikdə ayrılığın sonrakı ilk günlərində deyil, daha sonrakı vaxtlarda da ortaya çıxar, hətta bu travma illər sonra da davam edə bilər.

Boşanmış ailələrdə uşaqların geriyə dönüb baxdıqlarında xatırladıqları neqativ faktorların aşağıdakılar olduğu bildirilir:

- Ana-ata arasında xəbər daşımaq məcburiyyətində qalmaq;

- Valideynlərinin bir-birilərini günahlandırmasını eşitmək məcburiyyətində qalmaq;

- Ana və ya atanın aşırı qəmginliyinə, əsəbiliyinə, emosional çökməsinə şahid olmaq;

- Valideynlərindən biri ilə görüşməmək, onun üçün darıxmaq;

- Yaşananlar üçün özünü günahlandırmaq;

- Valideynlər arasında davam edən düşmənçilik (bu təməl stress faktorlarındandır).

Boşanmadan öncəki və sonrakı qalmaqallar zamanı 37,7 % uşaqda irəliləyiş azalır; 19,6 % evdə intizam azalır; 17,4 % xüsusi diqqəti tələb edirlər; 8,7 % evdən qaçırlar; 6,5 % dostlarla münaqişələr yaranır...

Həmçinin qeyd olunur ki, natamam ailələrdən olan uşaqlar sonralar əks cinslərlə münasibətlərin qurulmasında çətinliklər yaşayırlar. Bu, onlarda hər hansısa bir münasibətə girərkən özünəinamın aşağı olması, evlilik qorxusunun olması ilə göstərir.

Günahkarlıq hissi boşanmış ailələrin uşaqlarında daha çox olur. Və hətta bəzi məlumatlara görə, nikahın pozulması oğlan uşaqlarına daha çox mənfi təsir göstərir.

Uşaqlarda valideynlərin boşanması ilə əlaqədar stressin verdiyi nəticələr bunlardır:

- Gündəlik həyata uyğunlaşmasının pozulması;

- Sevgi və sədaqət haqqında təsəvvürlərin dəyişilməsi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Cin Mübariz”i öldürdüyünü iddia edən erməniyə polkovnikdən TUTARLI CAVAB
Bu gün, 06:51
"Görünməmiş korrupsiya" sxemindəki "Politico" və antiAzərbaycan kampaniyası - Bahəddin Həzi yazır...
Bu gün, 06:45
Azərbaycan bu əraziləri də azad edərsə... - GƏLİŞMƏ
Bu gün, 06:37
Aİ Trampın vəd etdiyi tariflərə dərhal cavab vermək niyyətindədir
Bu gün, 06:31
"Biz bu nümunəni, bu birliyi inkişaf etdirməliyik" - Fəzail Ağamalı
Bu gün, 00:41
Cənab Əmrullayev, artıq vaxtdır: SONRA GEC OLACAQ... - ağlar günə qalan təhsilimiz...
Bu gün, 00:14
Azərbaycan və Cənubi Qafqazın yeni geosiyasi xəritəsi: Maraqlar balansı - NƏ BAŞ VERİR?
Bu gün, 00:09
“Qoca qitə”yə dərs: “Avropa NATO-su tədricən yaranacaq” - GƏLİŞMƏ
Bu gün, 00:06
Azərbaycanda kommunal xidmətlərin qiymətləri ARTIRILIR? - AKTUAL
Bu gün, 00:00
Keçmiş rəis müavini vəfat etdi - FOTO
Dünən, 22:34
Ermənistan Azərbaycanla dəmir yolu əlaqəsini sadələşdirməyə hazırdır - Paşinyan
Dünən, 22:30
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Dünən, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Dünən, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Dünən, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Dünən, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Dünən, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Dünən, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Dünən, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Dünən, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Dünən, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Dünən, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Dünən, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Dünən, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Dünən, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Dünən, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Dünən, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Dünən, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Dünən, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Dünən, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Dünən, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Dünən, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Dünən, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Dünən, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Dünən, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Dünən, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Dünən, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Dünən, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Dünən, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Dünən, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Dünən, 13:58
Əziz Orucova hökm oxunub
Dünən, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Dünən, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Dünən, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Dünən, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Dünən, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Dünən, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Dünən, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Dünən, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru