Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? .....                     “Onların cavabını Ramiz Ənvəroviç verib” .....                     Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur .....                     Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək .....                     Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar .....                     Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi .....                     Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib .....                     Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var .....                     Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? .....                     “ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat .....                     Bu partiyalara maliyyə yardımı ayrılmayacaq .....                     Trampın İranla bağlı niyyəti nədir? .....                     Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” .....                     Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil .....                     Bakının məşhur klinikasının vergi ilə başı dərddə .....                     "Xalam oğlu deputatdır" dedi, 6 min aldı .....                     “OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib .....                     Bakıda daha iki nəfər .....                     Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir .....                     Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: .....                     Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik .....                     Bu məmurlardan alınan pullar görün hara xərclənir .....                     Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... .....                     15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? .....                     Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır .....                     İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib .....                     Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək .....                     İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? .....                     Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir .....                     Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir .....                     Əziz Orucova hökm oxunub .....                     Mask super milyarderlər reytinqinə başçılıq edir: .....                     Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb .....                     Azərbaycana qarşı iki gizli niyyət .....                     Bakı Rusiyaya sübut etməyə çalışır ki... .....                     Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib .....                     Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi .....                     Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq .....                     Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi .....                     Elektriklə 103 balıq tutan dostlar həbs edildi .....                 

"Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər, amma..." - Novella Cəfəroğlu
Tarix: 2-03-2023, 08:31 | Çap et
"Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər, amma..."
Əfv Komissiyasının iclasları intensivləşib. Yayılan məlumatlara görə, artıq 1000-dən çox müraciətə baxılıb. Bəzi təcrübələri yada salsaq, mümkündür ki, Novruz bayramı ərəfəsində Prezidentin əfv sərəncamı imzalansın. İlham Əliyevin bir imzası ilə yüzlərlə dustağın azadlığa çıxması və normal həyata qayıtması gözlənilir. Bəs bu dəfə də bir çox siyasi-ictimai fəalların, o cümlədən ömürlük iş alan OMON-çuların da azadlığa çıxacağı gözlənilirmi?

Bu arada Avropada yaşayan bəzi hüquq müdafiəçiləri Azərbaycandakı siyasi dustaqların siyahısını yayıblar. Leyla Yunusun tərtib etdiyi həmin siyahıya görə Azərbaycan həbsxanalarında 96 siyasi dustaq var. Bir zamanlar sayları barədə yüzlər rəqəmləri yazılan siyasi dustaqlar hər zaman əfv və amnistiya mövzularının mərkəzində olublar.

Yerli hüquq müdafiəçiləri isə Leyla Yunusun siyahısındakı şəxslərin əksərinin siyasi məhbus olmadığını bildirirlər.

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, verilməsi gözlənilən əfv fərmanı öncəsi 30 nəfər şəxsin adı olan siyahı hazırlayıblar:

“Dünən Avropa İttifaqının səfiri ilə görüşümüz oldu. Ondan da xahiş etdik ki, prezidentlə görüşləri zamanı siyahımızda adları olan şəxslərin əfv olunmasını xahiş etsin. Siyahıda OMON-çular, inanclı insanlar, "Qaranquş" dəstəsi üzvləri, keçmiş deputat Hüseyn Abdullayev, sabiq baş prokuror Eldar Həsənov və digərləri var. Siyahıda olanların bir çoxu xəstə insanlardır, əksəriyyəti uzun illərdir ki, həbsdədir. İstərdik ki, humanizm göstərilərək bu insanlar əfv olunsunlar. Məsələn, cavan biznesmen var, “İdeal” mağazalar şəbəkəsinin rəhbəri İlqar İsmayılov. Onun işi düzgün aparılmayıb. İstərdik ki, o da əfv olunsun".

Bu arada “Xural TV”nin baş redaktoru Əvəz Zeynallının azadlığa buraxılması üçün petisiya imzalanır. Artıq petisiyanı 200-ə yaxın vətəndaş imzalayıb.

Hüquq müdafiəçisi deyib ki, “Xural TV” rəhbəri Əvəz Zeynallının azad olunması üçün mütəmadi olaraq müraciətlər olunur: “Əlbəttə ki, çox istərdik ki, Əvəz Zeynallı azad olunsun. Onun fəaliyyəti ümumilikdə cəmiyyətin xeyrinə idi. "Xural TV" bir pəncərə idi və hər kəsin üzənə açıq idi. Kim istəyirdisə sözünü ölkə rəhbərliyinə çatdırsın, Prezident Administrasiyasının qarşısına getmirdi, “Xural TV”yə gəlib çıxış edirdi. Bu baxımdan, Əvəz Zeynallı cəmiyyət üçün faydalı idi. İndiki mərhələdə onun istintaq, məhkəmə dövründə azad olunmasını istəyirik. Ümid edirik ki, bu yöndə çağırışlarımıza humanism prinsiplərindən çıxış etməklə reaksiya veriləcək. Bu gün Azərbaycanda stabillik var və bu stabilliyi qorumaq lazımdır. Bu gün internet TV-lərdə iqtidar-müxalifət dartışmaları aparılır. Bunun özü cəmiyyətin inkişafı üçün çox müsbətdir. Bu baxımdan, belə ictimai fəaliyyətə töhfə verən Əvəz Zeynallının da azad edilməsi işin xeyrinə olar".

Hüquq müdafiəçisi deyib ki, Leyla Yunus 96 və yaxud 100 nəfərlik siyahı yaza bilər: “Bu siyahı hansı kriteriyalara əsaslanaraq yazılıb? Bunu bilmirəm. Bizim hazırladığımız siyahıda 30 nəfərin adı var. Bəli, siyahıda Gəncə hadisələrində həbs olunanlar, dindarlar, siyasi partiyaların üzvləri var. Lakin qeyd edim ki, Gəncə işi ilə bağlı araşdırmalar gedir və onlardan bəziləri artıq azadlığa buraxılıblar. Bəziləri də aktiv iştirak edənlər, ölümlərdə suçu olanlardır. Lakin qeyd etdiyim kimi, elələri var ki, tədricən azadlığa buraxılacaqlar. "Tərtər işi"ndə də azadlığa buraxılanlar var və bu proses tədricən davam edir. Onları biz niyə siyahıya salmalıyıq?"

DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a deyib ki, veriləcək əfv fərmanından gözləntiləri böyükdür: “Xeyli insanın azadlığa çıxmasını istəyirik. Söhbət təkcə siyasi motovlərlə, blogerliyə, aktiv faəliyyətinə görə tutulanlardan getmir. Ortaya atılan 96 nəfərlik siyahı ilə də maraqlanmışıq. Müəyyən kateqoriyadan olan insanların azadlığa çıxması üçün o siyahıya adları salınıb.

Həmin siyahılarda olan bəzi şəxslərin azad edilməsini biz də istəyirik. Amma bir şəxsin xaricdə oturub belə siyahılar tərtib etməsini də düzgün hesab etmirəm".

Hüquq müdafiəçisi deyib ki, Əfv Komissiyasına, Prezidentə özlərinin tərtib etdikləri siyahını təqdim ediblər: “Gözləyirik ki, siyahımız nəzərə alınacaq. Əvəz Zeynallıya gəlincə, onun işini daim diqqətdə saxlayırıq, onun azadlığa çıxmasını istəyirik. Məsələ budur ki, hazırda Əvəz Zeynallının məhkəməsi olmayıb. Biz hazırda Əvəz Zeynallının məhkəməyə qədər ev dustaqlığına buraxılmasını istəyirik. Ümumiyyətlə isə belə praktika da var ki, Əfv Komissiyasının təqdim etdiyi siyahıda olmayan insanları da Prezident əfv edə bilər. Biz də çox istərdik ki, cəmiyətin diqqət mərkəzində olan belə şəxslər əfv olunsunlar”.

Xatırladaq ki, “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Xaricdə yaşayan Leyla Yunusun da hazırladığı yenilənmiş siyahıya görə, Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var. Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

1-ci qrupa jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa müxalifət partiya və hərəkatların üzvləri (6 nəfər), 3-cü qrupa Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa dindarlar (29 nəfər), 5-ci qrupa Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir. Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb. “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb. Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və onları qərəzli baxış hesab edir. Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir. Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp və komandasının qaranlıq keçmişi: O adaya kiminlə gedib? - Erməni detalı
Bu gün, 20:08
“Onların cavabını Ramiz Ənvəroviç verib” - Elmar Məmmədyarovdan səs-küylü müsahibə
Bu gün, 20:01
Sülhün əsas şərtindən imtina: İrəvan çağırışları qulaqardına vurur - NƏ BAŞ VERİR?
Bu gün, 19:00
Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
Bu gün, 18:58
Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı ilə bağlı qərar
Bu gün, 18:27
Niyazi Mehdi yenidən reanimasiyaya yerləşdirildi - AÇIQLAMA
Bu gün, 18:24
Şəki və Şirvandakı bəzi məscidlərə din xadimləri seçilib
Bu gün, 18:20
Gəncə Beynəlxalq Xəstəxanasının milyonlarla borcu var
Bu gün, 17:26
Hacıyevin ardıcıl səfərləri: Bakı 3 böyük dövlətlə nə danışır? – DETALLAR
Bu gün, 17:16
“ABB-İnvest İnvestisiya Şirkəti”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:12
Bu partiyalara maliyyə yardımı ayrılmayacaq
Bu gün, 17:00
Trampın İranla bağlı niyyəti nədir? - AKTUAL
Bu gün, 16:55
Zülfüqarov Məmmədyarova söz atdı: “Ah, “Rus evi...” - İLGİNC...
Bu gün, 16:50
Hüseyn Abdullayev cəzasını çəkib, ikinci dəfə ona iş vermək doğru deyil - Novella Cəfəroğlu
Bu gün, 16:48
Bakının məşhur klinikasının vergi ilə başı dərddə - Bu dəfə 100 minlik borc
Bu gün, 16:45
"Xalam oğlu deputatdır" dedi, 6 min aldı - Sabiq şöbə müdirinə qarşı dələduzluq
Bu gün, 16:41
“OBA” “Azad Xocalı: kiçik əllərdən böyük rəsmlər” adlı sərgi keçirib - FOTO
Bu gün, 16:37
Bakıda daha iki nəfər spirtdən VƏFAT ETDİ
Bu gün, 16:34
Xalq artisti Ənvər Həsənovun vəziyyəti kritikdir
Bu gün, 16:32
Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə: - Oğlumu əməliyyat etdirmək üçün evimi satmışdım
Bu gün, 16:30
Bəxtiyar Hacıyevin adını da siyahıya əlavə etmişik - Novella Cəfəroğlu
Bu gün, 15:41
Bu məmurlardan alınan pullar görün hara xərclənir – Milyonluq villalar, yüz minlik maşınlar…
Bu gün, 15:34
Konstitusiya dəyişikliyi və himndəki siyasi çağırışları çıxarmaq... Paşinyana siyasi mənada lazımdır
Bu gün, 15:24
15 nəfər tibbi spirt içib-ölübsə, sahibkar niyə həbs edilir? - AKTUAL
Bu gün, 15:21
Azərbaycanda su tarifləri Gürcüstandan 3,3 dəfə, Ermənistandan isə 14% bahadır - SİYAHI
Bu gün, 15:15
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib - rəisin AD GÜNÜDÜR...
Bu gün, 15:12
Bu mədəniyyət xadimlərinə 10 000 manata yaxın pul veriləcək - SİYAHI
Bu gün, 15:07
İranlı “Seyid” Elmlər Akademiyasının binasında 5 kiloqram narkotiki necə gizlədib? - ŞOK TƏFƏRRÜAT
Bu gün, 15:05
Azərbaycan "sülh qovşağı" layihəsini məqbul hesab etmir - ÇÜNKİ...
Bu gün, 14:00
Ankara Qarabağ təcrübəsini Ukraynada təkrarlamaq istəyir - “Regnum”
Bu gün, 13:58
Əziz Orucova hökm oxunub
Bu gün, 13:43
Mask super milyarderlər reytinqinə başçılıq edir: - 420 milyardı var
Bu gün, 13:10
Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 13:07
Azərbaycana qarşı iki gizli niyyət – Ermənistanın yeni taktika seçdi
Bu gün, 13:04
Bakı Rusiyaya sübut etməyə çalışır ki... - Markedonov
Bu gün, 13:02
Tərtərdə Xocalı sakinləri ilə görüş keçirilib - FOTO
Bu gün, 12:58
Xətai RİH-də Xocalıdan olan şəhid ailələri ilə görüş keçirildi - FOTO
Bu gün, 12:53
Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - belə deyirlər...
Bu gün, 12:49
Ramiz Tahirovun oğluna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:47
Elektriklə 103 balıq tutan dostlar həbs edildi - “Bişirmək üçün tutmuşduq...”
Bu gün, 12:46
Şahin Bağırov generala yeni müavin təyin etdi - FOTO
Bu gün, 12:44
"Uşaqlara tək baxa, başsız qala bilmərəm..."
Bu gün, 12:42
Rusiyada azərbaycanlı iş adamının obyekti SÖKÜLDÜ - FOTO
Bu gün, 12:38
Müdafiə Nazirliyinin rəhbər heyəti "Ana harayı" abidəsini ziyarət edib - VİDEO
Bu gün, 12:27
Gənclər və İdman Nazirilyi bu qurumun məhkəmədə təmsil olunmasını istədi - BİR MİLYONLUQ CİNAYƏT İŞİ
Bu gün, 12:21
ABŞ planı: Rusiya “Ukrayna yemi”ni niyə uddu? - İNCƏLƏMƏ
Bu gün, 12:20
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti soyqırım qurbanlarını yad etdi - FOTO
Bu gün, 12:07
Vidadi İsayevin QOÇUSU BƏRDƏDƏ MEYDAN SULAYIR... - ÖZBAŞINALIQ!
Bu gün, 12:04
“Bank Respublika” müştərilərinə bu kağızı 30 manata satır - BU NƏDİ BELƏ?..
Bu gün, 11:58
Zurabişvili seçkilərin yenidən keçirilməsini tələb edir - "İnterpress Georgia"
Bu gün, 11:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru