
Yeni Azərbaycan Partiyasının sonuncu qurultayından sonra təşkilati işlərdə bir sıra yeniliklər olub.
DİA.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın rayon-şəhər təşkilatlarında yoxlamalar apartdırıb.
Ümumrespublika üzrə aparılan yoxlamalardan sonra vəfat edən YAP-çıların sayı 30 minə yaxın olduğu üzə çıxıb və onların adları təşkilatın üzv sayı siyahısından çıxarılıb.
YAP İdarə Heyətinin adının çəkilməsini istəməyən üzvlərindən birinin Gununsesi.info-ya verdiyi xəbərə görə, hakim partiyanın rayon-şəhər təşkilatlarında yoxlamalar yenə də davam edir.