Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                     Tramp Yunanıstandakı bazanı ləğv edir .....                     Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi .....                     Sanksiyalar siyahısında erməninin də adı var .....                     Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır .....                     “Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” .....                     Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür .....                     Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub .....                     Nəsimi rayonunda polis əməliyyatları: .....                     Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb .....                     Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır .....                     “Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” .....                     Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? .....                     Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                 

Siyasilərin “Moskva Bəyannaməsi”nə baxışı: - Kim lehinə, kim əleyhinədir?
Tarix: 23-02-2022, 12:07 | Çap et
Siyasilərin “Moskva Bəyannaməsi”nə baxışı:
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

İmzalanan Bəyannamə ilə bağlı siyasilər fərqli fikirlər səsləndirir. Məsələ ilə bağlı siyasi partiyaların mövqeyini öyrəndik. DİA.AZ-ın məlumatına görə, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebhe.info-ya bildirib ki, sazişin imzalanması Azərbaycan üçün təhlükəli deyil:

“Bunu birmənalı şəkildə demək olar. Əslində, müttəfiqlik müqaviləsinin imzalanması artıq ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qorunmasına bir zəmanətdir. Biz Ukraynada baş verən hadisələrdən xəbərdarıq. Rusiyanın isə bundan sonra hansı siyasət aparacağından xəbərdar deyilik. Gördüyümüz kimi, Rusiya bütün dünya ilə “dirəşib”. Bu baxımdan Rusiya kimi güclü bir dövlətlə müttəfiqlik sazişinin imzalanması Azərbaycanın xarici siyasətlə bağlı daha müstəqil və tutarlı addımlar atmasına səbəb olacaq. Əlavə olaraq burada Azərbaycan üçün uduşlu bir məqam var. Biz belə bir təhlükə hiss edirdik ki, Qarabağda olan ermənilərə Rusiya pasportu verilə bilər. Rusiya Qarabağın hazırda separatçılar yaşayan ərazisini ilhaq edə bilər. Amma sazişin imzalanması bu məsələlərə nöqtə qoydu. Rusiya bu sazişlə Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü tanıyır və sərhədlərin toxunulmazlığını qəbul edir. Təsadüfi deyil ki, prezidentlərin görüşü zamanı Putinin bununla bağlı bildirdiyi fikrə İlham Əliyev replika ilə cavab verdi ki, sərhədlərin həm də toxunulmazlığı. Bu, çox vacib bir məqam idi və bunu səsləndirən zaman İlham Əliyev həm Azərbaycan cəmiyyətinə, həm dünyaya, həm də Ermənistana bir mesaj göndərirdi ki, Azərbaycanın sərhədləri toxunulmazdır və bu sərhədlər daxilində ikinci erməni dövləti ola bilməz”.

Razi Nurullayev qeyd edib ki, bu gün Ermənistan Rusiyanı Azərbaycana qarşı qoymaq istəyir: “Rusiya güclü bir dövlətdir və heç bir ölkə onunla münaqişəyə getmək istəmir. Hətta ABŞ, Avropa dövlətləri belə Ukrayna məsələsinə görə Rusiya ilə qarşıdurmaya getmək niyyətini ortaya qoymur. Qərb 2008-ci ildə Gürcüstanı qoruya bilmədi. Bu gün də Ukrayanı qoruya bilmir. Bu baxımdan biz Qərb dünyasının dəstəyinə etibar edərək deyə bilməz ki, Azərbaycanın suverenliyi təhlükə altında ola bilməzdi. Bütün bunları zamanı gəldikcə həll etmək lazımdır. Heç də Rusiyanı birbaşa erməni lobbisinin və Ermənistanın ixtiyarına vermək olmaz. Bu sazişdən sonra Ermənistan cəmiyyəti sanki yasa batıb. Ermənistanın siyasi partiyaları Paşinyanı istefaya dəvət edir. Onlar hesab edirlər ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin imzalanması artıq Ermənistanın bütün planlarına son qoymuş olur. Artıq Ermənistan uduzdu və Rusiya kartı ilə Azərbaycana təzyiq göstərmək imkanından məhrum oldu. Bu baxımdan bu saziş Azərbaycanın güclənməsinə xidmət edəcək, eyni zamanda Azərbaycanın müəyyən planlarının həyata keçirilməsi üçün resurslar yaradacaq. Hər halda Azərbaycan Prezidenti bu məsələnin daxili elementlərindən yaxşı xəbərdardır. Özünün dediyi kimi, bu sənəd üzərində bir il iş gedib. Düşünürəm ki, bu sənəd Azərbaycanın xeyrinədir. Əgər belə olmasaydı, İlham Əliyev bu müqavilə ilə bağlı belə rahat danışmazdı, imzalamazdı. 30 ildə də biz bunu edə bilərdik, amma etmədik. Çünki Rusiyanın Azərbaycana münasibəti fərqli idi, birbaşa Ermənistanın yanında dayanırdı. Amma İkinci Qarabağ müharibəsindən sonra pozitivlər gəlməyə başladı. Hesab edirəm ki, bu müqvilədən sonra Azərbaycan Rusiyaya daha çox təzyiq göstərə biləcək ki, Ermənistanın silahlı birləşmələri də Xankəndindən çıxarılsın”.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib ki, sənəddə Azərbaycanın uğuru hesab edilməli olan bir çox məqamlar var:

“Xüsusilə də ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, separatçı və terrorçu qruplaşmalara qarşı birgə mübarizə, kommunikasiya xətlərinin açılması və bir sıra məsələlər üzrə əməkdaşlıqla bağlı bəndlər var ki, bunlar Azərbaycan üçün uğurdur. Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını özündə ehtiva edən, Azərbaycan xeyrinə olan bir sənəddir”.

Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvü, deputat Naqif Həmzəyev isə bildirib ki, bu müqavilə Azərbaycan üçün uğurludur:

“Hazırda qlobal məkanda çox böyük proseslər baş verməkdədir. Ukrayna-Rusiya, NATO-Rusiya arasında gərginlik müşahidə olunur. Bütün bu baş vermiş proseslər fonunda “Moskva Bəyannaməsi”nin məhz bunun təsiri altında imzalanması ilə əlaqələndirilməsini istəyən qüvvələr var. Açıq şəkildə demək istəyirəm ki, bunun bu proseslərlə qətiyyən əlaqəsi yoxdur. Azərbaycan Ukraynaya qarşı fəaliyyətdə Rusiyanın yanında dayanmayıb. Dəfələrlə təktərəfli və çoxtərəfli görüşlərdə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Krım məsələsində Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bu baxımdan Azərbaycanla Ukrayna arasında dostluq və strateji əməkdaşlıq mövcuddur. Rusiya Azərbaycan münasibətlərinin Ukrayna-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyini düşünmürük. Çünki unutmamalıyıq ki, Rusiya-Gürcüstan münasibətlərində də gərginlik var, amma buna baxmayaraq, Azərbaycanla Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir. Unutmamalıyıq ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşdiyi vaxtda Azərbaycan açıq-aşkar Gürcüstana öz dəstəyini göstərdi. Bu baxımdan da Moskva-Bakı yaxınlaşmasının başqa dövlətlərlə münasibətlərin soyuması kimi təqdim edilməsinin əleyhinəyəm. Hesab edirəm ki, bu Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə, ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanılmasına hədəflənib. Nəticə etibarı ilə bu, regionda davamlı sülhdən və bütün qonşularla normal münasibətlərdən asılıdır”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu sazişin əleyhinədir:

“Rusiya ilə Azərbaycan arasında heç vaxt səmimi müttəfiqlik ola bilməz. Rusiyanın Azərbaycan siyasəti düşmənçilik, işğal, imperial maraqlar əsasındadır. Ona görə də Rusiya ilə Azərbaycan arasında müttəfiqliyin qəti əleyhinəyəm”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bu müqaviləni təhlükəli hesab etmir:

“Əslində siyasi partiyalar, ictimai cameə Rusiyanın imperiya dönəmində Azərbaycanın həyatında hansı rolu oynadığını bilir. İndinin özündə də Rusiya böyük gücdür. Ona görə də mövcud reallıqlara görə məsələlərə yanaşmalıyıq. İndiki dövr üçün qəbul olunan bəyannamə Azərbaycanın maraqlarına uyğundur. Çünki bəyannamənin birinci maddəsində Azərbaycanın ərazi bütövlüyünün tanınması qeyd olunur. Digər bəndlərdə də Azərbaycan əleyhinə nəsə yoxdur. Ona görə də indiki halda dünyaya meydan oxuyan Rusiya ilə döyüşməkdənsə, müttəfiqlik bəyannaməsi imzalamaq daha yaxşı seçimdir. Hesab edirəm ki, Prezident İlham Əliyev mövcud reallıqları nəzərə alaraq Azərbaycana qarşı olan basqını önləmək üçün bu addımı atıb. Burada təhlükəli heç nə görmürəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Bu gün, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Bu gün, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Bu gün, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Bu gün, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Bu gün, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Bu gün, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Bu gün, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Bu gün, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Bu gün, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Bu gün, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Bu gün, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Bu gün, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Bu gün, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Bu gün, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Bu gün, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Bu gün, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Bu gün, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Bu gün, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Bu gün, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Bu gün, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Bu gün, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Bu gün, 16:48
“Tramp Rusiyaya qarşı gizli plan hazırlayır” – Moskva kartları açdı
Bu gün, 16:39
Kərə yağı günü-gündən bahalaşır: niyə idxaldan asılıyıq? - ARAŞDIRMA
Bu gün, 16:36
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru