Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Trampın hansı reaksiya verəcəyi maraqlıdır...
Əsas Səhifə > Dünya > Trampın hansı reaksiya verəcəyi maraqlıdır...

Trampın hansı reaksiya verəcəyi maraqlıdır...


Bu gün, 08:23
Trampın hansı reaksiya verəcəyi maraqlıdır...
Ukrayna Prezidentii Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin “15 mayda Ukrayna ilə İstanbulda danışıqlara başlamağa hazırıq” açıqlamasına “Vladimir Putinlə İstanbulda şəxsən görüşməyə hazıram, 15 mayda onu Türkiyədə gözləyəcəm” şəklində maraqlı cavab verib. Beləliklə, iki lider arasında psixoloji mübarizə davam edir. Putin Zelenskinin təklifinə necə cavab verəcək? Vladimir Putin Ukraynaya qarşı müharibəyə başlayandan sonra Volodimir Zelenski ilə heç bir təması və dialoqu olmayıb. Putin Zelenskinin təklifinə belə cavab verə bilər ki, əvvəlcə diplomatlar görüşsünlər və mümkün razılaşmalar barədə fikir mübadiləsi aparsınlar, nəticə olarsa yaxın gələcəkdə şəxsən Zelenski ilə görüşə bilər. Və ya Putin “mən Sənin qabağından qaçan birisi deyiləm” deyib Zelenski ilə İstanbulda görüşə razılaşa bilər. Ancaq Putinin belə bir qərar verəcəyi ehtimalını yüksək qiymətləndirmirəm. Zelenskinin təklifinə ABŞ Prezidenti Donald Trampın reaksiyasi maraqlı olacaq. Putinin 15 mayda İstanbulda görüş təklifini müsbət qiymətləndirən Ağ Ev sahibi məntiqlə Zelenskinin Kreml sahibinə ünvanlanmış “gəl İstanbulda şəxsən görüşək” təklifinə də dəstək verməlidir.

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt