Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur
Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdurBu gün, 07:30 |
![]() “Sözlərinin üstündə durmasalar, bizdən inciməsinlər. Son terrorçu məhv edilənə qədər əməliyyatlarımızı davam etdirərik. Hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”. Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğan son 10 ildə terrorçularla mübarizədə ciddi nəticələrin əldə edildiyini vurğulayıb: "İndi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var. Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq". Qeyd edək ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalanın terror təşkilatına tərk-silah müraciətindən sonra PKK atəşkəs elan etdiyini açıqlayıb. Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib ki, terror təşkilatının heç bir danışıqlar aparılmadan ləğvi həm demokratiya, həm də təhlükəsizlik sahəsində yeni mühit və dövr deməkdir. Onun sözlərinə görə, terrorsuz Türkiyə hədəfində yeni mərhələyə keçilib: "Biz müvafiq qurumlarımızla birlikdə bu yeni mərhələni və onun meydandakı konkret əksini diqqətlə izləyəcəyik. Ümid edirik ki, yaranan bu fürsət dəyərləndiriləcək, bu səy tez bir zamanda uğurla yekunlaşacaq və bölgəmizdə imperiya ambisiyaları ilə planlar quranların tələləri ən qısa zamanda məhv olacaq". Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akar deyib ki, burada hər hansı güzəştdən, amnistiyadan söhbət gedə bilməz: "Hər kəs cəzasını alacaq, bu ayrı məsələdir, amma terrora son qoymaq üçün səylər göstərilir". O bildirib ki, meydanda heç nə dəyişməyib: “Mehmetçik terrorçuların sığınacaqlarını dağıdır, gecə-gündüz terrorla mübarizə davam edir. Biz terrorsuz Türkiyə deyirik. Bu, güzəşt və ya kompromis deyil. Bu, şəhidlərimizin qanını görməzlikdən gəlmək deyil, biz bu məsələdə son dərəcə həssasıq. Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Baxçalı bu məsələdə hər cür həssaslıq nümayiş etdirdilər. Dünən lazımi açıqlama verildi və təşkilat rəhbəri “Silahlarınızı yerə qoyub təşkilatı ləğv edəcəksiniz” dedi. Bunu edib-etməmək öz ixtiyarındadır. Terrora son qoymaq əzmimiz və qətiyyətimiz mütləqdir. “Ölsək şəhid, qalsaq qazi olacağıq” anlayışı ilə sona qədər mübarizə aparacağıq. Məqsədimiz terror bəlasını dayandırmaq, Türkiyənin rifahı və gələcəyi üçün çalışmaqdır. İnanc və düşüncələrimizdə heç bir şəkildə dəyişiklik yoxdur. Terrorçu terrorçudur və Türkiyə Cümhuriyyəti öz yerində möhkəm qalır. Buna heç kimin şübhəsi olmasın”. “Hürriyet” qəzeti yazıb ki, A.Öcalanın tərk-silah çağırışına PKK əməl etməkdən imtina edəcəyi təqdirdə Ankara ətraflı fəaliyyət planı hazırlayır. Məlumata görə, İraqın şimalındakı Qəndil düşərgəsində yerləşən silahlılar silahı yerə qoymasa, bu, onların Öcalana sədaqətini şübhə altına alacaq. Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimov "Sherg.az"a deyib ki, dünya düzəninin dəyişdiyi indiki vaxtda PKK-nın ləğvi ilə bağlı Öcalanın açıqlaması Türkiyə üçün ciddi uğur sayıla bilər. Ekspertin sözlərinə görə, bu qərarın PKK lideri tərəfindən təklikdə deyil, siyasi həmfikirləri olan DEM partiyasının rəhbər heyətinin iştirakı ilə verilməsi onun üzərində oyunlar qurulmasını istisna edir: "Bu o deməkdir ki, PKK-nın bərpası ilə bağlı geriyə qayıdış mümkün deyil. Bundan sonra terror təşkilatı daxilindəki fikir ayrılığı və konfliktlərlə özünü "yeyəcək". Qərara tabe olmaq istəməyənlərin yeri Türkiyənin hüquq-mühafizə orqanlarına terror təşkilatından uzaqlaşanlar tərəfindən nişan veriləcək. Qarşıdakı olduqca həssas dönəmdə PKK vasitəsilə Türkiyəyə təzyiqlər göstərilə bilməyəcək. Bu da imkan verəcək ki, Türkiyə birmənalı olaraq Orta Asiya, Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Qərbi Avropa, hətta Afrikanın müəyyən hissələrində güc mərkəzi kimi hakim mövqeyə sahiblənsin. İndi qarşıda PKK-nın ləğvi ilə bağlı yol xəritəsinin ustalıqla həyata keçirilməsi durur. Cəmiyyəti və siyasiləri isə bundan əvvəl bir sual maraqlandırır. PKK-nın ləğvi ilə bağlı qərarın ortaya çıxmasının arxasında nə dayanır? Burada bir neçə ehtimalı nəzərdən keçirmək olar. Öcalanın uzun müddət həbsdə saxlanılması və bütün təzyiqlərə baxmayaraq, azadlığa buraxılmaması və üfüqdə belə şansının olmaması onu bu addımı atmağa məcbur edib. Keçmiş PKK-çıların Suriyada siyasi proseslərdə iştirakının tanınmasının vəd edilməsi də mümkündür. Regionda yeni düzəndə kürdlərə əlavə güzəştlərin verilməsi ehtimalı da var. PKK terrorizminin regionda təsirinin azalmasını qəbul edən Öcalan və DEM-in birgə təşəbbüsü ilə onun ləğvi və yeni siyasi simada reabilitasiyası ilə proseslərdə aktiv iştirakının təmin olunması arzusu ola bilər. PKK-nın arxasında dayanan siyasi güclərin böyük həcmdə Türkiyəyə güzəştə getmək məcburiyyəti onun ləğvi ilə nəticələnib. Yaxın günlərdə baş verəcək hadisələr bütün bunlara daha çox aydınlıq gətirəcək. Səbirlə izləyək". Geri qayıt |