“AZƏRSU”DA TALAN SİYASƏTİ
Tarix: 15-02-2012, 12:02 | Çap et
KASIB MƏHƏLLƏLƏRƏ GEDİB ÇIXMAYAN DÖVLƏT PROQRAMI
Biz Şüvəlana gedəndə ötən axşamdan yağan sulu qarı nəzərə almasaq, elə bir yağıntı olmamışdı. Buna baxmayaraq, ara küçələrin bəzilərində artıq qayıq sürmək olardı. Yerli sakinlərin dediyinə görə, güclü yağışlardan sonra bu küçələr ümumiyyətlə keçilməz olur.
Şüvəlanda ötən il bir neçə küçəyə kanalizasiya xətləri çəkilsə də, söhbətləşdiyimiz sakinlərin əksəriyyəti «2011-2013-cü illərdə Bakı və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın onların küçəsinə gəlib çıxmadığını, pulların işə deyil, şəxsi ciblərə getdiyini deyirdi: «Bura kasıb məhəllədir, ona görə çəkmirlər. Əsas yerlərə çəkiblər, gözdən pərdə asmaq üçün», - Şüvəlan sakini Fərman kişi belə deyir.
Fərman kişinin ehtimallarını sənədlər də təsdiqləyir. Su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına məsul olan «Azərsu» Açıq Səhmdar Cəmiyyəti tikinti-quraşdırma işlərinə cəlb etdiyi özəl şirkətləri tenderlə yox, sorğu ilə seçir. Seçdiyi podratçılar arasında isə eləsinə rast gəldik ki, «Azərsu» ASC-in prezidenti Qorxmaz Hüseynovun qohumları tərəfindən yaradılıb.
«ŞÜVƏLANDA İŞLƏR ÖTƏN İLDƏN BAŞLAYIB»
Bunu Şüvəlan qəsəbə icra nümayəndəsi Baləli Əliyev deyir və əlavə edir ki, kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verib. Bizi əmin edir ki, bundan əvvəlki dövlət proqramlarında Şüvəlanda kanalizasiya sistemi üçün heç bir iş nəzərdə tutulmayıb: «Ötən il bəzi küçələrə kanalizasiya xətləri çəkilib, ancaq su təchizatı üçün hələlik heç bir iş görülməyib. Planda var ki, su anbarı qazılandan sonra su xətti də çəkiləcək».
Görünür Baləli Əliyevin «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»ndan xəbəri yoxdur. Bu proqramda yazılıb ki, 2007-ci ildə Şüvəlanda 4 milyon manatlıq kanalizasiya təmizləyici qurğu tikilib.
Kanalizasiya idarəsi 2013-cü iləcən bütün küçələrə kanalizasiya çəkiləcəyinə söz verir 2006-2011-ci illər arası qəsəbədə su və kanalizasiya sistemi ilə bağlı müxtəlif işlərin görülməsinə isə Nazirlər Kabinetinin sərəncamları ilə 14 milyon manatdan çox vəsait ayrılıb.
Bəlkə Dövlət-«Azərsu»-Podratçı zəncirinin hansısa həlqəsində bu 14 milyon manat sadəcə olaraq mənimsənilir? Bunu araşdırmaq üçün «Azərsu» ASC-yə müraciət etdik.
TENDERSİZ SEÇİLƏN PODRATÇI ŞİRKƏTLƏR
«Azərsu» ASC-dən bizə dövlət proqramı üzrə işlərə cəlb olunan şirkətlərin adlarını verdilər. Məlum oldu ki, bu şirkətləri tender yox, sorğu əsasında seçiblər. Bunu da belə izah edirlər ki, tenderə vaxt itirməmək üçün hökumətə müraciət edib podratçılarla birbaşa müqavilələr bağlamağa icazə istəyiblər. Əks halda, dövlət proqramını vaxtında və tam həcmdə başa çatdırmaqda problem ola biləcəyini yazıblar. Nazirlər Kabinetinin 22 avqust 2011-ci il tarixli sərəncamı ilə «Azərsu»ya icazə verilib ki, «müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın».
«Satınalmalar haqqında» qanunda yazılıb ki, 50000 manatdan yuxarı bütün işlər üçün tender elan olunmalıdır, tenderdə iştirak edən şirkətlərin ən azı 3 il iş təcrübəsi olmalıdır.
Qanunvericilik Nazirlər Kabinetinin xüsusi hallarda belə sərəncamlar vermək hüququnu tanısa da, hüquqşünaslar bu prosesdə şəffaflığı son dərəcə vacib sayırlar. İqtisadçılar isə deyirlər ki, xüsusilə dövlət proqramlarında belə hallar əsaslandırılmalıdır.
«ŞİRKƏT LAZIM İDİ, YARATDIQ»
Diqqətimizi bir fakt da cəlb etdi ki, «Azərsu»yun seçdiyi podratçıların az qala hamısı 2011-ci ildə, «Azərsu»ya yeni prezident təyin olunandan sonrakı aylarda qeydiyyatdan keçiblər.
3 illik minimum iş tələbinə uyğun gələn ancaq «Tikinti-Təmir ANKZ-4» (2002) ASC və «Sənaye-Tikinti M» (2003) idi. Lakin birinci şirkətin nə təsisçilərini tapa bildik, nə də ofisini. Eyni sözləri «Mühəndis Tikinti Layihə» MMC (2011) barədə də demək olar.
«Azərsu»yun seçdiyi digər şirkətlərin heç biri qeydiyyat sənədlərində göstərilən ünvanlarda fəaliyyət göstərmir. Üstəlik, həmin hüquqi ünvanlarda bəzi hallarda 10-a yaxın başqa şirkət də qeydiyyatdadır. Belə ünvanlardan birinin sahibi deyir ki, hüquqşünasdır: «Şirkət lazım idi, sifariş verdilər, mən də yaradıb təhvil verdim. Həmin şirkətlərlə başqa heç bir əlaqəm yoxdur».
«AZƏRSU» PREZİDENTİNİN QOHUMLARI
Niyə dövlət əhəmiyyətli strateji layihələr heç bir təcrübəsi olmayan, ofisi bəlli olmayan sirli şirkətlərə həvalə edilir? Bəlkə bu şirkətlərin sahibləri fitri istedada, xüsusi danışıqlar texnikasına malik iş adamlarıdır? Yoxsa «Azərsu» rəhbərliyini inandıra biliblər ki, ən sərfəli işi məhz onların şirkəti icra edə bilər? Bizim araşdırmalar göstərir ki, Bakı və qəsəbələrinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasına cəlb olunan şirkətlərin bəziləri «Azərsu» prezidenti Qorxmaz Hüseynovun yaxın qohumlarına məxsusdur.
PREZİDENTİN QAYNI VƏ...
«Sənaye Tikinti-M» MMC-nin təsisçisi - Hüseynov Məhəmməd Cavanşir oğlunun «Azərsu» prezidenti Qorxmaz Cavanşir oğlu Hüseynovun yaxın qohumu olduğu bildirilir. Bu MMC «Azərsu» üçün 1.5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.
«Hidro-İnşaat Servis» MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC ötən il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra «Azərsu»yun layihələrinə cəlb olunub. «Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib. «Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur.
Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz «Hidro-Lotus» MMC-yə tapşırılıb.
Namiq Cəbrayılov bu şirkətlərin yalnız təsisçisi olduğunu, gördükləri işlər barədə məlumat verə bilməyəcəyini deyir.
«SÜZGƏC» METODU
İqtisadçı Natiq Cəfərli layihələrin qohumların rəhbərlik etdiyi şirkətlərə verilməsini «feodalizm qaydası», əsl korrupsiya faktı sayır. Çünki Azərbaycan qanunvericiliyi iqtisadiyyatda qohumbazlığı qadağan edir və bu, bir neçə qanunla tənzimlənir:
«Bütün sahələrdə belədir. Yaradılan MMC-lər məhz ortada süzgəc rolunu oynayır – gələn pulun bir hissəsi orda yatır, qalan hissəsi başqa subpodratçılara veriləndə də, həmin pulun bir hissəsi də «otkat» şəklində geri alınır. Çox primitiv olsa da, illərlə işləyən bir sistem, struktur qurublar».
«Azərsu»yun sözçüsü Anar Cəbrayıllı isə şirkətin layihələri rəhbərliyin qohumlarına aid şirkətlərə verilməsinə dair məlumatların həqiqətəuyğun olmadığını deyir, onları «dedi-qodu», «şayiə» adlandırır.
«Azərsu»yun əvvəlki rəhbərliyi dövründə işlədiyi bəzi şirkətləri də eyni hüquqi ünvan, eyni təsisçinin birləşdirdiyini müşahidə etdik. Natiq Cəfərli deyir ki, bəzi hallarda konkret layihələr üçün yaradılmış şirkətlərin ömrü bir ildən artıq çəkmir. Şirkətin bağlandığı elan olunur, sonradan onun barəsindəki sənədlər də məhv edilir. Beləliklə bütün izlər itir. İqtisadçı xarici şirkətlərlə işbirliyini xaricə pulun çıxarılması üçün Milli Bankın icazəsinin lazım olmaması ilə izah edir: «Çox böyük məbləğləri asanlıqla çıxara bilirlər».
TÜRK İŞ ADAMI: «PULLAR UÇUB GEDİR»
Su-kanalizasiya sektorunda işləmiş türk iş adamlarından biri korrupsiya sxemini açıqlayır:
«Orada aldığınız pul sizə qalmır, sağa-sola verməlisən. Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Bir az sənə iş gördürürlər, pullar uçub, gedirdi». 2009-2010-cu illərdə, «Azərsu»yun keçmiş rəhbərliyi dövründə Bakının kanalizasiya xətlərinin açılmadan çirkab sularından təmizlənməsinə cəlb olunmuş Türkiyənin «Kanalize İnşaat» şirkətinin rəhbəri Ridvan Köse belə deyir.
KAĞIZ ÜZƏRİNDƏ MİLYONLAR DÖVRİYYƏSİ
Ridvan Köse Bakıda qatıldığı 2 layihənin hər birinə bir milyon manatdan çox pul ayrıldığını, ancaq bu məbləğin kağız üzərində qaldığını deyir: «Nə məni işlətdilər, nə pulumu verdilər».
O, vaxtilə Azərbaycandan burdakı şərtlərə görə getdiyini bildirir, «Azərsu»yun indiki rəhbərliyinin daha çox iş görmək, texnologiya almaq istədiyini, Türkiyədən məsləhətçi kadrlar da dəvət etdiyini qeyd edir.
Elə yerli iqtisadçılar da problemin həllini, Azərbaycanda da bir çox xarici ölkələrdə olduğu kimi, kommunal sahənin özəl şirkətlərin idarəsinə verilməsində görürlər.
BAKI İLƏ KİŞİNYOVUN FƏRQİ
Təkcə ötən il «Azərsu» ASC-yə dövlət büdcəsindən 500 milyon manat ayrılıb. 87 milyon manat da «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» çərçivəsində ayrılan vəsaitdir.
Moldovanın paytaxtı Kişinyovda isə ötən il kanalizasiya sisteminin 1.85 km-nin təmirinə 2.1 milyon lei (178000 dollar) sərf olunub. Sistemin 160 km-i təmir olunmalıdır, bunun üçün də minimum 315 milyon lei (26.68 milyon dollar) lazımdır.
«Azərsu» ASC-nin rəhbəri Qorxmaz Hüseynov isə ötən ilin sonlarında yerli mediaya bildirib ki, Bakının ətraf qəsəbələrinin su və kanalizasiya sisteminin yenidən qurulmasına təqribən 1.5 mlrd. manat tələb olunur.
ŞÜVƏLANDA SU QUYULARI İLƏ TUALETLƏRİN TƏHLÜKƏLİ QONŞULUĞU
Şüvəlanın su və kanalizasiya sisteminə son illərdə ayrı-ayrı dövlət proqramları çərçivəsində ayrılan pullardan xəbərsiz olan Əliağa Rzayev həyət qapısının ağzında özü anbar qazdırıb:
«Bütün kanalizasiya suyu axır bura. Yaxınlıqda isə «kaçalka» işləyir, içməli su çəkir. Bütün həyətlərdə belədir - həm kanalizasiya anbarı, həm də içməli su mancanağı bir-birinin yanındadır. İçməli su kanalizasiyaya qarışıb qarnımıza gedir».
Əliağa Rzayevin 74 yaşı var. Dövlətin «Azərsu»ya ayırdığı milyonlardan payına düşən hissəni gözləyə-gözləyə hələ ki, öz cibindən ayda 15-20 manat verib həyətindəki tualet anbarını təmizlətdirir. Yumor hissini də itirmir. Qapısının qarşısındakı gölü göstərib deyir:
«Hələ bu harasıdır? Burada ördək vurduğum vaxtlar olub. Heyf, indi ovçuluq da qadağandır».
Yazı Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun «Media və ictimai vəsaitlərin şəffaflığı» layihəsi çərçivəsində elan etdiyi jurnalist müsabiqəsinə təqdim olunur.
Arifə Kazımova
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33 |
|
|
|
• Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31 |
|
|
|
• Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28 |
|
|
|
• Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18 |
|
|
|
• Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14 |
|
|
|
• Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11 |
|
|
|
• Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00 |
|
|
|
• Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58 |
|
|
|
• Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21 |
|
|
|
• "Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17 |
|
|
|
• Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13 |
|
|
|
• Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06 |
|
|
|
• Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05 |
|
|
|
• FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00 |
|
|
|
• " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58 |
|
|
|
• AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54 |
|
|
|
• Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40 |
|
|
|
• Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38 |
|
|
|
• "Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36 |
|
|
|
• Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32 |
|
|
|
• Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29 |
|
|
|
• İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23 |
|
|
|
• İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19 |
|
|
|
• Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16 |
|
|
|
• Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08 |
|
|
|
• "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02 |
|
|
|
• İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58 |
|
|
|
• Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55 |
|
|
|
• Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51 |
|
|
|
• Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47 |
|
|
|
• “Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45 |
|
|
|
• "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44 |
|
|
|
• PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39 |
|
|
|
• İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38 |
|
|
|
• Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35 |
|
|
|
• "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32 |
|
|
|
• Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25 |
|
|
|
• Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09 |
|
|
|
• Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06 |
|
|
|
• Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02 |
|
|
|
• “Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57 |
|
|
|
• Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53 |
|
|
|
• 26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53 |
|
|
|
• Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49 |
|
|
|
• Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47 |
|
|
|
• Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39 |
|
|
|
• Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38 |
|
|
|
• Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35 |
|
|
|
• Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32 |
|
|
|
|