"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq .....                     Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... .....                     Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat .....                     Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi .....                     Azərbaycanda çörək bahalaşdı .....                     Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır .....                     Moskvadan gəırginliyi artıran addımlar: .....                     Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur .....                     Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil .....                     "Paylaşımı silmək üçün 10 min istədi" .....                     Azərbaycanda 2 yeni radio açılır .....                     Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb .....                     Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? .....                     FHN universitetdə yoxlamalar apardı .....                     " Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" .....                     AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib .....                     Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb .....                     Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib .....                     Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu .....                     "Roşka" yenidən .....                     Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib .....                     Ailəsi Lalə Şövkətin .....                     İrəvan xanlığı yaranacaq .....                     İrəvan Aİİ-dən çıxsa... .....                     Azərbaycanda müavinsiz işləyən icra başçıları .....                     Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir .....                     "2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi .....                     İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, .....                     Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi .....                     Paşinyan cəmiyyətini qınadı .....                     Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... .....                     “Bu, Ermənistan üçün fəlakətdir” .....                     "Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, .....                     PROBLEMLİ KREDİTLƏR... .....                     İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi .....                     Ağır qəzaya düşən Ayla Şiriyevanın .....                     "Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." .....                     Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var .....                     Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu... .....                     Tanınmış müğənni həmkarlarına SATAŞDI: .....                 

TƏLƏBƏ QƏBULU MAFİYASININ ŞOK ƏMƏLLƏRİ
Tarix: 7-02-2012, 13:20 | Çap et
TƏLƏBƏ QƏBULU MAFİYASININ ŞOK ƏMƏLLƏRİ

QURBANLAR İLGİNC FAKTLARI AÇIQLADILAR

Təranə Yusifova və Nəzakət İbadova AzadlıqRadiosunun «Qaynar xətt»inə başlarına gələn dələduzluqdan danışıblar. Demələrinə görə, 4 il əvvəl imtahandan kəsilmiş övladlarını ali məktəb tələbəsi görmək üçün Sabrina Alxasova adlı qadına qeyri-qanuni pullar veriblər və aldanıblar. Təranə Yusifova deyir ki, oğlunu ali məktəbə düzəltmək üçün Sabrina Alxasovaya 16 min manat verib:

«9 aydır hüquq-mühafizə orqanları bizi bu işdə süründürür. İş Yasamal polisindən Nəsimi polisinə, ordan Bakı şəhər Baş Polis İdarəsinə, ordan da Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə ötürülüb. Orda müstəntiq var - Telman Əmənov, indi də o, süründürür bizi. O qadını tutdular, bir gün saxlayıb buraxdılar. O vaxtdan da həmin qadın zəng edir bizə, deyir ki, sizə verəcəyim pulu istintaqçılara vermişəm, sizə pul verməyəcəm».

Təranə Yusifova deyir ki, oğlu Dövlət İqtisad Universitetinin imtahanından kəsildikdən sonra Sabrina Alxasovanın Rusiya ali məktəblərinə tələbə düzəltdiyini eşidib və həmin qadınla tanış olub:

«Dedi ki, 4 illik təhsil haqqını məktəbə ödəməklə uşağı Dağıstan Dövlət Universitetinə düzəldə, sonra da ordan Bakıdakı ali məktəblərdən birinə köçürə bilərəm. Mən də aldandım. 16 min manat vermişəm, 4 ildir geri ala bilmirəm. Bu qədər şikayət etmişəm, hər yerə yazıram. Bu ölkədə şikayətə baxan yoxdur. Bir dəfə müstəntiqə zəng etdim, mənimlə kobud danışdı. Dedim, şikayət edəcəyəm, dedi get, hara istəyirsən şikayət elə. İş orasındadır ki, qadın da müstəntiqin dediyini deyir. Baxıram ki, doğurdan da onu tutmurlar. Sonradan bilmişik ki, bu qadın ali məktəbə düzəltmək adı ilə nə qədər adamları aldadıb».

«OĞLUM GETDİ UNİVERSİTETƏ, QAPIDAN İÇƏRİ BURAXMADILAR»

Nəzakət İbadova isə deyir ki, oğlunu ali məktəbə düzəltmək üçün Sabrina Alxasovaya 10 min manat verib. 3 min manatını birtəhər geri ala bilib. Ancaq 7 min manatı hələ də ala bilmir:

«Pulu verdim. Bir müddətdən sonra bir sənəd gətirib verdi, guya, mənim oğlum artıq Moskva Açıq Universitetinin tələbəsidir. (Bu universitetin fəaliyyəti dayandırılıb, ötən yay Bakı Ağır Cinayətlər Məhkəməsində rektorunun və baş mühasibinin məhkəməsi keçirilib – E.C.) Oğlumun adına olan «zaçotnik» verdi, tələbə bileti verdi. Oğlum getdi həmin universitetə, heç qapıdan içəri buraxmadılar ki, sən buranın tələbəsi deyilsən. Düşdüm bu qadının arxasınca, dedi bu gün düzəldəcəyəm, sabah düzəldəcəyəm, axırda başa düşdüm ki, aldanmışam. Polisə şikayət etdim. İş əldən-ələ gəzə-gəzə gəlib çıxıb Daxili İşlər Nazirliyinə. Mən cəmi bircə dəfə Baş Polis İdarəsinə çağırmışdılar, üzləşmə olmuşdu, yazdılar, pozdular, vəssalam. Ondan sonra çağırıb dindirməyiblər».

SABRİNA ALXASOVA ÇOX ADAMI ALDADIB

Bu şikayətlərlə bağlı DİN Baş İstintaq İdarəsində cinayət işi başlanıb. İşi aparan müstəntiq də idarənin baş müstəntiqi Telman Əmənovdur. Məlum olub ki, Təranə Yusifova və Nəzakət İbadova Sabrina Alxasovanın aldatdığı nə birinci, nə də sonuncu adamdır. Onlara qədər də son bir neçə il ərzində Sabrina Alxasovanın əməllərindən hüquq-mühafizə orqanlarına çoxlu şikayət daxil olub. Hazırda Bakının bir neçə rayon polis şöbəsində onun barəsində cinayət işi açılıb.

Bunu «Qaynar xətt»ə DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib. O, bildirib ki, Sabrina Alxasovanın cinayət əməlləri çoxepizodludur ki, biri də bu iki qadının şikayəti ilə bağlıdır. Ancaq DİN sözçüsü Təranə Yusifovanın və Nəzakət İbadovanın istintaq haqda dediklərini obyektiv hesab etmir. Deyir ki, DİN Baş İstintaq İdarəsinin baş müstəntiqi Telman Əmənov onların hər ikisini ifadə vermək üçün idarəyə dəvət etsə də, qeyri-müəyyən səbəblərdən gəlməyiblər.

Orxan Mansurzadə: «Faktla əlaqədar ötən ilin avqust ayında Cinayət Məcəlləsinin «külli miqdarda ziyan vurmaqla dələduzluq» maddəsi ilə cinayət işi başlanıb. Bu il yanvarın 17-də isə Sabrina Alxasovanın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb. Səbail məhkəməsi əvvəlcə onun barəsində həbs tədbiri seçib, öhdəsində iki azyaşlı uşağı olduğuna görə sonradan həbs ev dustaqlığı ilə əvəz edilib. İstintaq davam edir».

Sabrina Alxasova isə «Qaynar xətt»in suallarını cavablandırmaqdan imtina edib. O, bildirib ki, hər iki qadının şikayətlərini hüquq-mühafizə orqanları araşdırır, bundan başqa heç nə deyə bilməz.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Avroviziya" təmsilçimizin adı bu tarixdə açıqlanacaq
Bu gün, 21:33
Rusiya ilə Ermənistan arasında da razılıq əldə olunacaq... - Zəngəzurla bağlı...
Bu gün, 21:31
Rusiyada azərbaycanlılara qarşı növbəti əməliyyat - VİDEO
Bu gün, 21:28
Zaurla Əminə Şirin arasında gərginlik: Efirdən getdi - "Məni cücə-mücə ilə səhv salırsınız..."
Bu gün, 20:18
Azərbaycanda çörək bahalaşdı - TƏSDİQLƏNDİ
Bu gün, 20:14
Bakı Qərbi də, Rusiyanı da Qafqazdan sıxışdırır - DOĞRU OLANI DA BUDUR
Bu gün, 20:11
Moskvadan gəırginliyi artıran addımlar: - “Rusiya tərəfi anlamalıdır ki...”
Bu gün, 19:00
Xərclər artıb, ərzağa getdikcə daha çox vəsait sərf olunur - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 18:58
Misir, İordaniya və BƏƏ Zəngəzur dəhliziylə bağlı neqativ düşüncədə deyil - Daha bir erməni yalanı
Bu gün, 18:21
"Paylaşımı silmək üçün 10 min istədi" - Tibb bacısı Nazim Quliyevin üzünə durdu
Bu gün, 18:17
Azərbaycanda 2 yeni radio açılır
Bu gün, 18:13
Azərbaycanda qızıl heç vaxt bu qədər baha olmayıb – Son rəqəmlər
Bu gün, 18:06
Azərbaucanda uşaqlar sosial şəbəkələrdən necə qorunmalıdır? - Bahəddin Həzi yazır...
Bu gün, 18:05
FHN universitetdə yoxlamalar apardı - Rektora cərimə yazıldı
Bu gün, 18:00
" Gürcüstanın AŞPA-da iştirakı seçim deyil, öhdəlikdir" - Russopoulos
Bu gün, 17:58
AMB daha 2 banka sığorta agenti fəaliyyəti üçün lisenziya verib
Bu gün, 17:54
Vətəndaşların şikayət etdiyi məhkəmə əməkdaşı işdən çıxarılıb - TƏFƏRRÜAT
Bu gün, 17:41
Veysəloğlu Şirkətlər Qrupu və “OBA” marketlər şəbəkəsi ilin ən yaxşıları seçilib - FOTO
Bu gün, 17:40
Paşinyandan sülh hiyləsi: Toqquşma anonsu - KİV
Bu gün, 17:38
"Roşka" yenidən HƏBS EDİLDİ
Bu gün, 17:36
Şahin Bağırov onu kurasiya edən generalın oğluna rütbə verib - İLGİNC FAKT
Bu gün, 17:32
Ailəsi Lalə Şövkətin son durumunu AÇIQLADI
Bu gün, 17:29
İrəvan xanlığı yaranacaq – Tarasovdan sensasion sözlər
Bu gün, 17:23
İrəvan Aİİ-dən çıxsa... – Rusiya xəbərdarlıq etdi
Bu gün, 17:19
Azərbaycanda müavinsiz işləyən icra başçıları - ARAŞDIRMA
Bu gün, 17:16
Şabranda şəhidin adı veriləcək məktəbdə həmin şəhidin anası xadimə işləyir - BU NƏDİ BELƏ?..
Bu gün, 17:08
"2 fevral - Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş tədbir keçirildi - FOTO
Bu gün, 17:02
İnsult keçirən Xalq artisti Fatma Mahmudova palataya köçürülüb, səhhəti yaxşılaşıb
Bu gün, 16:58
Penitensiar Xidmətə işə düzəldəcəkdi, həbs edildi - DETALLAR
Bu gün, 16:55
Paşinyan cəmiyyətini qınadı - qavramada problem var
Bu gün, 16:51
Ermənistanın üzərindən olmasa... Paşinyanın üzərindən QATARLA KEÇƏCƏYİK... - BAŞQA YOLU YOXDUR...
Bu gün, 16:47
“Bu, Ermənistan üçün fəlakətdir” - Geqamyan
Bu gün, 16:45
"Onların Ermənistanda cəmlənməsi toqquşmaya aparan yoldur, gec-tez bu, baş verəcək"
Bu gün, 16:44
PROBLEMLİ KREDİTLƏR... - Problem əslində DÖVLƏTİNDİR!
Bu gün, 16:39
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi - ƏMR
Bu gün, 16:38
Ağır qəzaya düşən Ayla Şiriyevanın SON DURUMU
Bu gün, 16:35
"Vasif Talıbov universiteti zorla əlimdən alıb oğlunun adına keçirdi..." - Keçmiş rektor
Bu gün, 16:32
Tarixi və real Ermənistan arasındakı fərqin qavranılmasında ziddiyyətlər var - Paşinyan
Bu gün, 16:25
Ukrayna "Lukoyl"un Volqoqraddakı zavoduna da ağır zərbə vurdu...
Bu gün, 16:09
Tanınmış müğənni həmkarlarına SATAŞDI: - “Mərcə girərəm, mikrofonu qoyub…”
Bu gün, 16:06
Ermənistan Aİİ-də özünü yaxşı hiss edir - Paşinyan
Bu gün, 16:02
“Uydurma xəbərləri münasibətləri pozmağa çalışanlar yayır” - Zaxarova
Bu gün, 15:57
Gürcüstan prezidentinin ofisindən AB bayrağı götürüldü
Bu gün, 15:53
26 min əsgərimizi mühasirədən belə xilas etdim – Paşinyan
Bu gün, 15:53
Əliyevin həmləsindən sonra geri addım: - Zəngəzurla bağlı mövqeləri dəyişdi
Bu gün, 15:49
Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
Bu gün, 15:47
Gənc müğənnimiz qəzaya düşdü, vəziyyəti ağırdır - FOTO
Bu gün, 15:39
Kanadadan Bakıya həyasız tələb – ABŞ-ın 51-ci ştatına çevrilsəydi...
Bu gün, 15:38
Tərtərdə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib - FOTO
Bu gün, 15:35
Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Bu gün, 15:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru