"RÜSTƏM İBRAHİMBƏYOVA CƏMİ 36 NƏFƏR SƏS VERDİ"
Tarix: 4-12-2013, 12:17 | Çap et
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Lent.az-a müsahibə verib. Müsahibəni təqdim edirik: - Milli Şuranın dünən keçirilən sessiyasında çıxarılan qərarlar və ümumiyyətlə bu qurumda baş verən son hadisələr Müsavat Partiyasını nə dərəcədə qane edir? - Biz Milli Şura yaranmış dövrdə də, ondan sonrakı dönəmdə də, xüsusilə 9 oktyabr prezident seçkilərindən sonra masa arxasında bir sıra məsələlərin müzakirəsinin vacibliyini, Milli Şuraya daxil olan təşkilatların fəaliyyəti ilə bağlı məqamların və real siyasi qüvvələrin bir araya gələrək işləməsi zərurətini irəli sürmüşdük. Eyni zamanda, biz hesab edirik ki, bir-birinə uyğunlaşan, siyasi əqidələri yaxın olan, Azərbaycanın gələcəyini eyni görən, dövlətin gələcək quruluşuna eyni münasibət bəsləyən siyasi qüvvələrin birliyi daha ciddi səmərə verə bilər. Elə Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyası zamanı da dediklərimiz təsdiq olundu. Əslində faktiki olaraq, seçki kampaniyasında yuxarıda sadaladığım kateqoriyaya daxil olan siyasi qüvvələr fəallıq göstərmişdi. Kampaniyanın uğur qazanmasının səbəbi də əslində məhz bu məqam idi. Milli Şuranın özündə də onun fəaliyyətinə maneçilik törədən qüvvələr bu gün də qalmaqdadır. Vəziyyət o həddə çatıb ki, uzun müddət Milli Şuranın fəaliyyətini tənqid, təftiş, təhrif edən, açıqlamaları ilə Cəmil Həsənlinin seçki kampaniyasına zərər vuran, Milli Şuranın əsasını təşkil edən siyasi qüvvələrə qarşı ardıcıl təbliğat aparan Rəsul Quliyevin özünün belə, müvafiq proseduralara uyğun olaraq kənarlaşdırılması mümkün olmadı. Bunun səbəbi isə Milli Şuranın yaranması ilə bağlı bizim konsepsiyalarımızın bəzi siyasi qüvvələr tərəfindən qəbul olunmamağı idi. - Milli Şuranın dünənki sessiyasında Müsavat başqanı İsa Qəmbər dedi ki, başqa ölkə vətəndaşının quruma sədr olması Müsavat üçün məqbul deyil. Bu açıqlamanı Müsavatın Milli Şuradan çıxacağı kimi qiymətləndirmək mümkündür? - Başqa ölkə qarşısında öhdəliyi olan, Azərbaycan vətəndaşı olmayan, Azərbaycanda dostu olmayan, Rusiyadan müəyyən asılılıqları olan şəxsin Azərbaycan müxalifətinə rəhbərlik etməsi qeyri-mümkündür. Ona görə də biz bu məsələləri Müsavat Partiyasında dəyərləndirərək, müvafiq qərarlar qəbul edəcəyik. - Müvafiq qərarlar dediyiniz məqamı Müsavatın Milli Şuradakı fəaliyyətinə xitam verəcəyi kimi şərh etmək olar? - Mənə elə gəlir ki, hələlik bu cür uzağa gedən nəticələr çıxartmaq lazım deyil. - Ancaq Müsavat Partiyası Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsi ilə razılaşıb, bu qərarı dəstəkləmişdi. - Hesab edirəm ki, bu, haqlı irad deyil. Çünki biz Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina edərək, Azərbaycana gələcəyini, burada siyasi proseslərin başında duracağı ilə bağlı vədlərini nəzərə alaraq onun Milli Şuranın sədri olmasına və qurumun prezidentliyə namizədi kimi müəyyənləşdirilməsinə razılıq vermişdik və bu məsələdə Müsavat Partiyasının qərarı yekdil olmuşdu. Biz Rüstəm İbrahimbəyova bir şəxsiyyət, ziyalı, Azərbaycanı dünyada tanıdan biri kimi yanaşmaqda davam edirik. Hesab edirik ki, o, son dövrlər Azərbaycan müxalifətinə dəstək verməklə ölkədə gedən demokratiya uğrunda mübarizəyə töhfələr verib. Ancaq hazırda həm Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyət, həm Azərbaycan-Rusiya münasibətləri, həm də özünün şəxsi fəaliyyət çərçivələri ilə əlaqədar Milli Şuranın nə sədri, nə də fəxri sədri olmaq imkanları yoxdur. Mən hesab edirəm ki, Rüstəm İbrahimbəyov kifayət qədər təcrübəli bir adam kimi bu məqamları nəzərə alacaq. - Bu mövqeyiniz həm Rüstəm İbrahimbəyov, həm də Milli Şuradakı digər siyasi qüvvələr tərəfindən dəstək görməsə, Müsavat Partiyası hansı addımları atacaq? - Bu fikirlərimiz Milli Şuranı təmsil edən digər siyasi qüvvələr tərəfindən qəbul edilməyəcəksə, təbii ki, bu da onların qərarlarıdır. Hər bir siyasi qüvvə və ya qurum öz seçimlərini etməkdə müstəqildir. Ancaq eyni zamanda, Müsavat Partiyası da öz seçimini edəcək. - Rüstəm İbrahimbəyovun sədrlik getməsi ilə bağlı Müsavat Partiyasının təklifi Milli Şuranın sessiyasında dəstək görmədi. Bunun səbəbi nədir sizcə? - Milli Şurada bu məsələdə bizimlə eyni mövqedə olan həm ayrı-ayrı şəxslər, həm də qurumlar mövcuddur. Elə dünən Rüstəm İbrahimbəyovun Milli Şuraya fəxri sədr seçilməsi ilə bağlı keçirilən səsvermənin nəticəsi də bunu təsdiqləyir. Milli Şuranın təxminən 120 üzvü var, ancaq Rüstəm İbrahimbəyovun quruma fəxri sədr seçilməsinə cəmi 36 nəfər səs verdi (Sessiyada 60 MŞ üzvü iştirak edib – müəllif). Bu da Milli Şurada əksəriyyətin Müsavata qarşı olması fikrinin yanlış olduğunu göstərir. İkincisi də, Müsavat Partiyası süni surətdə yaradılmış, kimlərinsə yanlış iradəsi hesabına Milli Şuraya gətirilmiş insanların səsverməsində azlıqda qala bilər, ancaq Müsavat Partiyası öz mövqeyində haqlıdır və Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələr partiyanın bu mövqeyini dəstəkləyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00 |
|
|
|
• Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57 |
|
|
|
• Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56 |
|
|
|
• AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53 |
|
|
|
• Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43 |
|
|
|
• “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40 |
|
|
|
• “Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36 |
|
|
|
• "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33 |
|
|
|
• Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30 |
|
|
|
• Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20 |
|
|
|
• Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19 |
|
|
|
• Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13 |
|
|
|
• Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09 |
|
|
|
• Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07 |
|
|
|
• Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04 |
|
|
|
• Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02 |
|
|
|
• Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00 |
|
|
|
• Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53 |
|
|
|
• "Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50 |
|
|
|
• Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47 |
|
|
|
• Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44 |
|
|
|
• DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41 |
|
|
|
• USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22 |
|
|
|
• Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21 |
|
|
|
• "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19 |
|
|
|
• “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13 |
|
|
|
• Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12 |
|
|
|
• Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09 |
|
|
|
• 7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04 |
|
|
|
• BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03 |
|
|
|
• “Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51 |
|
|
|
• `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44 |
|
|
|
• İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39 |
|
|
|
• “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34 |
|
|
|
• SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32 |
|
|
|
• Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29 |
|
|
|
• Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23 |
|
|
|
• Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21 |
|
|
|
• Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10 |
|
|
|
• Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00 |
|
|
|
• ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48 |
|
|
|
• Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48 |
|
|
|
• Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40 |
|
|
|
• KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34 |
|
|
|
• Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19 |
|
|
|
• Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14 |
|
|
|
• Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05 |
|
|
|
• Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
|