Qusar meşələrində böyük əməliyyatla tutulanları .....                     Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir .....                     Ağsuda məktəb direktorunun həbsi ilə bağlı .....                     AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI .....                     Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi .....                     “Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA .....                     “Küçədən keçənlərə fəxri adlar verirlər...” .....                     "Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" .....                     Burda nə elm var... nə də tədqiqat... .....                     Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib .....                     Deputatlar Eldəniz Səlimovla görüşəcək? .....                     Belçika Bakıya baxanda niyə kar və kor olur? .....                     Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... .....                     Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi .....                     Nazirlər Kabinetinin üç Qərarı .....                     Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi .....                     Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb .....                     Azərbaycanda hotel şirkətinə sədr seçilir .....                     Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? .....                     "Özünə gəlib, danışa bilir.... .....                     Məktəb direktoru həbs olundu .....                     Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... .....                     DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib .....                     USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər .....                     Ukraynada gey-batalyonlar yaradılıb: .....                     "Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." .....                     “Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” .....                     Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır .....                     Kredit faizləri niyə artır? .....                     7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI .....                     BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub .....                     “Yetim Sabir”in adamları Bakıda tutuldu .....                     `Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... .....                     İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış .....                     “Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır .....                     SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq .....                     Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu .....                     Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb .....                     Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... .....                     Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? .....                 

HAKİMİYYƏTİN FÖVQƏLADƏ ÇƏTİRİ KİMİN ƏLİNDƏDİR?
Tarix: 31-10-2013, 14:39 | Çap et
HAKİMİYYƏTİN FÖVQƏLADƏ ÇƏTİRİ KİMİN ƏLİNDƏDİR?
KƏMALƏDDİN HEYDƏROVDAN NƏDƏN İMTİNA OLUNMADI?

DİA.AZ: - 22 oktyabr tarixində prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni heyətini təsdiqlədikdən sonra bu prosesə müxtəlif münasibətlər, yanaşmalar müşahidə olundu ki, əslində bunun özü də təbii idi. Lakin təbii olmayanı, müxalifət liderlərinin küskün reaksiyaları oldu. Hər halda, onların İlham Əliyevin öz komandasını məhz müxalifətin arzu və istəklərinə uyğun tərzdə formalaşdıracağına ümid edirmiş kimi davranmaları heç cürə anlaşılan deyildi.

Təbii ki, normal olanı elə 22 oktyabr tarixində yaşanıldı. Və İlham Əliyev daha 5 il yola davam fürsəti verdiyi komanda yoldaşlarının kimliyini elan etdi. Bu həm də o demək idi ki, prezident vəzifələrini təsdiqlədiyi şəxslərə inanır və etimad göstərir. Çünki İlham Əliyevin prinsiplərində inanmadığı ilə yol getmək kimi bir ənənə mövcud deyil. Bunu dəfələrlə nümayiş etdirib.

Elə 2005-ci ilin 17 oktyabr hadisələri zamanı həbs olunan və bir neçə gün əvvəl azadlığa buraxılan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin iqtidar düşərgəsindən qovulması fonunda prezidentin verdiyi reaksiyalar, söylədiyi fikirlər də bunun bariz sübutu kimi qəbul oluna bilər. Xatırlayırsınızsa, həmin ərəfədə prezident təxmini olaraq «mən Fərhad Əliyevi yanıma çağırdım, o, əlini Qurana basdı, and içdi, amma gedib yenə də öz bildiyini etdi» fikirlərini işlətməklə bu olaya qiymət vermişdi. Yəni İlham Əliyev komanda yoldaşlarına ilk növbədə inanmaq istəyir.

Və bu gün İlham Əliyevin yenidən etimad göstərdikləri, həmçinin etimad göstərmədiklərinin kimliyini tam olaraq bilirik. Cəmi 3 nazir vəzifəsindən alındı. Bu isə bütünlükdə olaraq NK heyətinin uğuru kimi qiymətləndirilməlidir. Prezident - komandanın lideri onlara inanır və etimad göstərir. Hətta vəzifəsindən alınan nazirlərdən biri - keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov iqtidar düşərgəsindən qovulmadı və baş nazirin postuna gətirildi ki, bu da itkilərin daha az olmasının sübutu kimi qəbul edilməlidir.

DİA.AZ olaraq bu tarixdən etibarən İlham Əliyevin yeniləşən komandasında yenidən mövqe qazanan yüksək ranqlı çinovnikləri xarakterizə etməyə çalışacağıq. Və ilk çözələməmizi də kifayət qədər samballı fiqurlardan biri kimi diqqətə gələn və sözün əsl mənasında hazırki hakimiyyətin əsas dayaqlarından biri kimi qəbul edilən fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan başlayacağıq.

Kimdir Kəmaləddin Heydərov? Bildirək ki, bu vaxta qədər mətbuatda barəsində müxtəlif fikirlər, yazılar dərc olunub. Bu da normaldır. Hər halda fəaliyyətdə olan bir məmurun barəsində yazılmalıdır və yazılacaq da. Amma onunla bağlı cəmiyyət arasında ən populyar olan fikir müsbət mənada şəxsi xarakterik keyfiyyətlərə malik olmasıdır. Hər halda, olanı budur və bu gün Kəmaləddin Heydərovun adı cəmiyyətdə mənfiyə doğru assosasiya yaratmır. Bunu isə həm özü və həm də bu gün az qala özü qədərində ictimailəşmiş fiqur kimi diqqətə gələn oğlu Taleh Heydərovun davranışları hesabına əldə edib.

Kəmaləddin Heydərovdan İlham Əliyevin razı qalıb-qalmamasını görüntüdə yalnız onun yenidən nazir kimi təsdiqlənməsi ehtiva etmir. Prezidentin bu gün məhz fövqəladə hallar nazirliyinin xətti ilə çox ciddi layihələrə çox böyük yatırım qoymasından da bunu görmək olar. Hər halda, Kəmaləddin Heydərovu hazıra nazir hesab etmək də doğru deyil və bu gün o, yeni yaradılmış - özünün rəhbərliyi altında yaradılmış bir quruma rəhbərlik edir. Kəmaləddin Heydərovun əlində yalnız bir-iki şlanqı deşilmiş yanğınsöndürən maşın və sovet dövründən hərbi siniflərdə qalan mülki-mühafizə predmetləri var idi. Amma bu gün fövqəladə hallar nazirliyi özü öz növbəsində yarım hərbiləşmiş bir ordu təəssüratını bağışlayır. Hətta Azərbaycan FHN-si təkcə Azərbaycanda yox, həm də qardaş Türkiyədə və daha bir neçə ölkədə fəaliyyət göstərəcək, yardıma qoşacaq bir səviyyədə inkişaf edib ki, burada rəhbərin, rəhbərliyin xüsusi bacarığını inkar etmək doğru olmazdı.

Belə bir şəraitdə İlham Əliyevin Kəmaləddin Heydərovdan narazı salacaq hansısa məqamın olduğunu da təxmin etmək çətindir. Bu gün Kəmaləddin Heydərov o məmurlardan hesab olunur ki, camaat arasına da rahatlıqla çıxma imkanına malikdir. Bəlkə də İlham Əliyevin prezident seçkiləri ərəfəsindən start düyməsini basdığı siyasət - nazirlərin, qurum başçılarının yerlərdə əhali ilə görüşləri ideyası da sırf olaraq yerlərdə prezident komandasına olan münasibəti müəyyən etməyə hesablanmışdı. Sahəsinin daha çətin və daha problemli olmasına rəğmən Kəmaləddin Heydərovun üzərinə nə hücum edən oldu, nə də arxasınca danışan. Onun görüşlərindən minlərlə vətəndaşın - hətta problemi onun sahəsinə aidiyyatı olmayan vətəndaşın da xoş üzlə ayrılması faktdır.

Bu bir faktdır ki, bu gün FHN-nin yetərincə qayğısı var. Bir yandan Zaqatalada və şimal bölgəsində baş verən zəlzələ, digər yandan da davamlı olaraq baş verən sel basqınları faciələrinin fəsadlarının aradan qaldırılması birbaşa olaraq FHN-nin məsul olduğu sahədir. Və insanların hər birinin eyni zamanda razı salınmasının çətin olduğunu bildiyimiz sürədə FHN ilə bağlı hər hansı ciddi narazılıqların ortada olmadığı bir faktdır ki, elə bu kimi faktlar da mütləq şəkildə qərarı verən dairələrin nəzərindən yayınmayıb.

Yəni yuxarıda sadaladığımız məqamlardan da aydın olur ki, nədən İlham Əliyev yenidən konkret olaraq Kəmaləddin Heydərovdan imtina etməyib. Və etiraf olunmalıdır ki, bu gün hətta İlham Əliyevə opponentlik edən siyasi rəqibləri də öz komandalarında bu cür kadrları görməyi arzu edərlər.

Sırada daha bir hakimiyyət adamı - nəqliyyat naziri Ziya Məmmədovdur. Bizi izləyin…

Azər – DİA.AZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qusar meşələrində böyük əməliyyatla tutulanları - Hansı cəza gözləyir?
Bu gün, 12:00
Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir - Elman Nəsirov
Bu gün, 11:57
Ağsuda məktəb direktorunun həbsi ilə bağlı AÇIQLAMA
Bu gün, 11:56
AZAL Rusiyaya doğru daha bir istiqamət üzrə uçuşları DAYANDIRDI - qeyri-müəyyən müddətə...
Bu gün, 11:53
Aİ-nin baş diplomatı Tiflisdəki həbslərə reaksiya verdi
Bu gün, 11:43
“Evim” uşaq bağçasında kütləvi İŞDƏNÇIXMA – Qalmaqallı müdir niyə cəzalandırılmır?
Bu gün, 11:40
“Küçədən keçənlərə fəxri adlar verirlər...” - ETİRAZ
Bu gün, 11:36
"Biz Sovet hökuməti deyilik ey, gedənin arxasınca danışaq, gələni tərifləyək" - deputat
Bu gün, 11:33
Burda nə elm var... nə də tədqiqat... - İTTİHAM VAR...
Bu gün, 11:30
Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib - ƏMR
Bu gün, 11:20
Deputatlar Eldəniz Səlimovla görüşəcək? - AÇIQLAMA
Bu gün, 11:19
Belçika Bakıya baxanda niyə kar və kor olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
Naxçıvanda əhali AÇIQ TƏHLÜKƏ İLƏ ÜZ-ÜZƏ... - "...bu məhsullara yaşıl işıq yandırılır"
Bu gün, 11:13
Tramp Bakının həmləsindən sonra hərəkətə keçdi – Sürpriz plan açıqlandı
Bu gün, 11:09
Nazirlər Kabinetinin üç Qərarı LƏĞV OLUNDU
Bu gün, 11:07
Ottava Bakıya qarşı yalan və böhtan həddini keçdi - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 11:04
Ermənistan-İran sərhədindən Rusiya bayraqları yığışdırılıb
Bu gün, 11:02
Azərbaycanda hotel şirkətinə sədr seçilir - TOPLANTI
Bu gün, 11:00
Ərəbləri Qəzzadan köçürmək: Tramp nə danışır və nə düşünür? - AKTUAL
Bu gün, 10:53
"Özünə gəlib, danışa bilir.... - Hələ xəstəxanadadır..."
Bu gün, 10:50
Məktəb direktoru həbs olundu - BUNA GÖRƏ...
Bu gün, 10:47
Qarabağ havasının HAVALANDIRDIĞI İrəvan... - NƏ BAŞ VERİR?
Bu gün, 10:44
DTX Qusarda terrorçulara qarşı əməliyyat keçirib, 8 nəfər zərərsizləşdirilib, 6 nəfər həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 10:41
USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Bu gün, 10:22
Ukraynada gey-batalyonlar yaradılıb: - Görün nə işlə məşğuldurlar
Bu gün, 10:21
"Ya narkomana, ya da ki, 24 saat çayxanalarda nərd atan bir insana çevrilir..." - deputat
Bu gün, 10:19
“Artıq bu mövzuda Lavrovun yalanları, Peskovun özünü bilməzliyə vurması keçərli deyil...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:13
Paşinyan Əliyevin tələbini qəbul etdi, məsələ tam bağlanır - Vardanyan
Bu gün, 10:12
Kredit faizləri niyə artır? – Düşəcəyi gözlənilirdi...
Bu gün, 10:09
7 nəfər Qarabağ QAZİSİNİ AMANSIZLIQLA DÖYÜB OBYEKTİNİ DAĞITDI - VİDEO
Bu gün, 10:04
BOKT-nin Müşahidə Şurasına dəyişikliklər olub
Bu gün, 10:03
“Yetim Sabir”in adamları Bakıda tutuldu - Əməliyyatda 15 nəfər saxlanılıb
Bu gün, 09:51
`Sahil - S İnşaat` MTK-da 165 ailə SUSUZ QALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:44
İmamoğludan növbədənkənar prezident seçkilərinə çağırış - FOTO
Bu gün, 09:39
“Sədərək Yusif”in oğlunun evindən oğurluq edən qadın qərardan narazıdır
Bu gün, 09:34
SOS: Bir azdan Azərbaycanda həkim tapılmayacaq - Almaniya GƏL-GƏL deyir
Bu gün, 09:32
Kəlbəcərdə baş verən dəhşətli qəza ilə bağlı təqsirli bilinən sürücüyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 09:29
Sabiq deputat Eldəniz Səlimov azadlığa çıxıb - cəza müddəti başa çatıb...
Bu gün, 09:23
Bakıda xanım direktordan ŞOK ADDIM: Bahalı maşınını satdı və... - İDDİA
Bu gün, 09:21
Nizami rayonunda XAOTİK TİKİNTİ kimə sərf edir? - İLGİNC FAKTLAR...
Bu gün, 09:10
Cənab Şükürovun YARIMŞTAT MARAĞI... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:00
ABŞ CAR-a bütün maliyyə yardımını dayandıracaq - Tramp
Bu gün, 08:48
Vətəndaşdan Zaur Mikayılova ÇAĞIRIŞ: Evlərimiz təhlükədədir... - FOTOFAKT
Bu gün, 08:48
Burada nə yediyinizə diqqət edin... - MÜRACİƏT
Bu gün, 08:40
KONTAKT HOME yenə də narazılıq yaradır... - AXI NİYƏ?..
Bu gün, 08:34
Buna hüquq mühafizə orqanlarında baxıla bilərmi? - Ekspert danışır...
Bu gün, 08:26
Hikmət Hacıyev səmimi idi... görək İran nə edəcək... - Tehrana hara qədər güvənə bilərik?..
Bu gün, 08:19
Gömrük Komitəsi Qusarda sahibkarın obyektini ƏLƏ KEÇİRİR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:14
Ermənistan Qazaxla sərhəddə hava həyəcanı elan edir - NƏ BAŞ VERİR?
Bu gün, 07:05
Maskın inflyasiyaya qarşı iddialı planı: Azərbaycan ondan dərs ala bilərmi? - AKTUAL
Bu gün, 06:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru