Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ölkə, Manşet > Qarabağ əlilləri ilə gömrükçülər yenə də toqquşdu
Qarabağ əlilləri ilə gömrükçülər yenə də toqquşdu24-11-2016, 09:59 |
![]() Dünən gecə saatlarında Azərbaycan Gürcüstan sərhəddinin “Sınıq Körpü” keçid məntəqəsində qalmaqal baş verib. Hadisə şahidlərinin Gununsesi.info-ya verdiyi məlumatda bildirilir ki, qalmaqala səbəb bir qrup Qarabağ Müharibəsi əlillərinin Gürcüstandan gətirdikləri naringi və bananın ölkəyə buraxılmaması olub. ![]() Buna etiraz edən əlillər avtomobillərində olan meyvəni məntəqinin həyətinə töküblər. Vəziyyətin qarışdığını görən, Gömrük-keçid məntəqəsinin rəhbərliyi əraziyə Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarını dəvət edib. Mənbəmiz onu da bildirib ki, qalmaqala görə, idxal gömrül xətti bir neçə saat bağlanıb. Əlavə bilgilərimiz olacaq. Geri qayıt |