Mahmudov və dəstəsinin uzun illər ayaqda qalmasının sirri: - "Nazirlər, nazir müavinləri, komitə sədrlərinin dinlənilməsi və..."
Tarix: 20-01-2017, 10:49 | Çap et
Yanvarın 19-da Sabunçu Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə Eldar Mahmudovun generallarının bir qisminin də məhkəməsi başlayıb. Məhkəmə qarşısına ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri olan generallar - Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova və qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov çıxarılıblar.
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun dövlət qurumlarını öz təsiri altına salmasında, var-dövlət toplamasında bu şəxslərin müstəsna rolları var. Əlləri vəzifə səlahiyyətlərinin verdiyi imkanlardan dolayı hər kəsi dinləməyə yetib və gizli yolla əldə etdikləri informasiyanı şəxsi maraqlarını təmin etmək üçün istifadədən çəkinməyiblər.
MTN-in "qara qutusu” hesab olunan Monitorinq Mərkəzindən informasiyalar sakitcə kənara axıdılıb və həmin informasiyaların aid olduğu şəxslər - iş adamları, zavod direktorları, bazar sahibləri, nazirlər, nazir müavinləri, komitə sədrləri və müavinləri, Mərkəzi Bank rəhbərliyindən tutmuş ölkədə fəaliyyət göstərən əksər bankların rəhbər işçiləri və daha kimlər "məhşər ayağına” çəkiliblər. Beləcə, gizli yolla əldə olunan şəxsi informasiyalardan sui-istifadə edərək, böyük pullara sahib olan şəxslərin cibini, həm də dilini kəsiblər.
Danışan, etiraz edən olmayıb. Ola da bilməzdi. O səbəbdən ki, gizli informasiyalar üzə çıxar, "məhşər ayağına” çəkilənlər daha böyük itkilərlə üz-üzə qalar, azadlıqlarını da itirə bilərdilər. Mahmudovun dəstəsinin uzun illər ayaqda qalmasının bir sirri də məhz budur.
Mahmudovun vəzifəsini itirməsi də elə bu gizli - qanunsuz dinləmələrə görədir. Bunu ilk gündən onun generallarına verilən ittihamlar sırasında yer alan Cinayət Məcəlləsinin 302.1, 302.2 - gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma - maddəsi də bir daha təsdiqləyir.
Bu gün məhkəmə qarşısında olan Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətovanın ibtidai istintaqdakı ifadələrində çəkinmədən "bizə gizli dinləmələri həyata keçirmək göstərişini Eldar Mahmudov verib” demələri də təsadüfi sayıla bilməz.
Belə görünür ki, Mahmudovun təqdimatı ilə çiyinlərinə general rütbəsi taxılan təqsirləndirilənlər öncədən günlərin birində cavab verməli olacaqlarının fərqində olublar. Hətta mümkündür ki, Eldar Mahmudovun özü ilə bu mövzuda söhbətləri olub. Sabiq nazirin əlaltılarına narahat olmaları üçün əsas olmadığını, bəd ayaqda bütün məsuliyyəti öz üzərinə çəkəcəyini söyləməsi də iddialar r sırasında yer alıb.
Odur ki, illərlə gizli-qanunsuz dinləmələr baş tutub, əldə etdikləri məlumatlardan şəxsi məqsədləri üçün istifadə ediblər. Varlanıblar, milyonlarının sayını günbəgün artırıblar. 11 ildə dövlətin maraqları, necə deyərlər, ayaqlar altına atılıb.
Nəhayətdə həbs olunublar, əmlaklarının bir hissəsi əldən gedib, vəzifələrini, azadlıqlarını itiriblər. Amma milyonlarının hamısını istintaqın onların əlindən aldığını söyləmək də haqsızlıq olar. Nədən ki, bu adamlar gec-tez həbs ediləcəklərini, əməllərinin cinayət olduğunu bilməmiş olmayıblar. Oğurluqla qazandıqlarından gizlətdikləri də olmamış deyil. Bu gün Eldar Mahmudovun azadlıqda qalması həm də əlaltılarının vəziyyətini yaxşılaşdırır. Fakt bundan ibarətdir ki, əlaltıları - bugünkü arestant generallar çəkinmədən onun adını istintaqa deyirlər.
Nə baş verir? Eldar Mahmudovun çiyinlərinə general rütbəsi, yaxalarına orden-medal taxdığı bu şəxslər öz şeflərini niyə belə asanlıqla "rasxod”a verirlər?
Belə görünür ki, Eldar Mahmudov əlaltılarına öz adını çəkməsinə icazə verib. Bu yolla o, öz generallarını xilas edir və faktiki olaraq istintaqı "kor dalan”a yönləndirir.
Əgər generallar istintaqın qanunsuz hesab etdiyi bir əməlin baş tutmasına Eldar Mahmudovun göstəriş verdiyini deyirlərsə, bunu sabiq şeflərinin xeyir-duası olmadan dillərinə belə gətirməzlər. Digər tərəfdən, istintaq generallardan belə bir ifadəni alırsa, ardından qarşı tərəfi - yəni Eldar Mahmudovu da gizli-qanunsuz dinləmə məsələsinə görə dindirməlidir.
Eldar Mahmudovun vəzifəsini itirməsindən ötən 1 il 3 aylıq müddətdə onun istintaqa cəlb edilməsi haqda rəsmi məlumat yoxdur. Eldar Mahmudovun barəsində mətbuatda bu günə qədər "restoranda oldu”, "şəhərdə bahalı maşında göründü” tipli xəbərlər də kifayət qədər yayılıb. Yayılan məlumatlardan belə nəticə hasil olunur ki, sabiq nazirdə özünün həbs edilməyəcəyi, istintaqa cəlb edilməyəcəyinə əminlik var. Bu əminliyin qaynağı Eldar Mahmudovun 11 illik nazirliyi dövründə topladığı kompromatların olması da istisna deyil. Onun həbsdəki generallarına adının hallandırılmasına icazə verməsinin səbəbi də bu ola bilər...
Qeyd edək ki, təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.
Onlara Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib. Musavat..com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
• “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02 |
|
|
|
• Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
|