İlkin hesabatda müəmmalı QALANLAR: .....                     "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" .....                     Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi .....                     "Toy gözləməyin" .....                     Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb .....                     “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi .....                     Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək .....                     “PashaPay”dən “FINCA Azerbaijan”a transfer .....                     AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib .....                     Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... .....                     FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. .....                     Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? .....                     Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI .....                     Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi .....                     Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib .....                     İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: .....                     Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər .....                     Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı .....                     Bu universitetlərin diplomları Azərbaycanda tanınmır .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib .....                     "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, .....                     Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi .....                     “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                 

Rektorun, prorektorun yaxınlarının adının qarışdığı qalmaqal - Və müəmmalı məqamlar...
Tarix: 17-01-2017, 09:58 | Çap et
Rektorun, prorektorun yaxınlarının adının qarışdığı qalmaqal
Ötən il Qafqaznews.az-da vətəndaşların “MSN Tour” və “Dora Tourism” şirkətlərindən şikayətləri ilə bağlı silsilə yazılar dərc olunmuşdu. Həmin yazılarda Hamlet İsaxanlının qardaşıoğlu Turan İsayevin təsis etdiyi, direktoru isə onun həyat yoldaşı (və ADU-nun prorektoru Əfqan Abdullayevin qızı – red.) Cəmalə İsayeva olan “MSN Tour”un üçillik turizm xidmətlərinə dair müqavilə bağlamaqla vətəndaşlardan pul alması, lakin sonradan bu şəxslərin “qeybə çəkilməsi” qeyd olunurdu.

Oktyabrın 17-də Qafqaznews.az saytında dərc olunan “Turizm fırıldağında ADU prorektorunun da adı hallanır” başlıqlı yazıda bildirilirdi ki, ayrı-ayrı vaxtlarda Qafqaz Xəbər Agentliyinə müraciət edən Anar İsayev və Rüstəm Piriyev adlı vətəndaşlar direktoru Cəmalə Əfqan qızı İsayeva, sahibi isə Turan Sultan İsayev olan “MSN Tour” şirkəti tərəfindən aldadıldıqlarını bildiriblər.

Araşdırma zamanı Qafqaznews.az-a məlum olmuşdu ki, hazırda ölkədə olmayan və heç cür “tapılmayan” Turan İsayev “Xəzər” Universitetinin təsisçisi Hamlet İsaxanlının qardaşı oğludur. Hamlet İsaxanlı isə öz növbəsində Qafqaznews.az-a bildirmişdi: ““Bəli, qardaşım oğludur. Amma bundan artıq heç nə deyə bilmərəm. Kimə lazımdırsa, gedib özləri axtarsınlar, tapsınlar, tutdursunlar”, –deyə H.İsaxanlı bildirdi. “Onun harda olduğunu bilirsiniz?” – deyə soruşduq. “Bilmirəm, məlumatım yoxdur”, – deyə H.İsaxanlı cavab verdi. Qeyd edək ki, müqavilələrə imza atan Cəmalə İsayevanın (Turan İsayevin həyat yoldaşı) ölkədən getmədiyini və hazırda Bakıda yaşadığını da öyrənmişik… Qeyd edək ki, Rüstəm Piriyevin sözlərinə görə, məsələ Xətai RPİ-nin 37-ci Polis Bölməsində də araşdırılıb və Rəşad Dadaşov adlı sahə inspektorunun imzası ilə göndərilən məktubda “bu işdə cinayət xarakteri olmadığı” bildirilib.

Bizə də maraqlı gəldi ki, əgər həqiqətən də “MSN Tour” və “Dora Tourism” şirkətləri vətəndaşların pulunu mənimsəyib qeybə çəkilibsə, polis orqanları “bunun cinayət xarakterli olmadığını” necə müəyyən ediblər?” Təəssüf ki, bu aylar ərzində Xətai RPİ-dən bizim suallarımızı cavablandıran olmadı.

Xatırlatmaq yerinə düşər ki, “Xəzər” Universitetinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Əlövsət Əmirbəyli Qafqaz Xəbər Agentliyi ilə əlaqə saxlayaraq, “MSN Tour”un direktoru, problemlərə səbəb olmuş müqavilələrə imza atan Cəmalə İsayeva Azərbaycan Dillər Universitetinin prorektoru Əfqan Abdullayevin qızıdır. (bundan əvvəl Ə.Abdullayev ADU-da fakültə dekanı olub). Maraqlıdır, indiyədək, biz ancaq Azərbaycan vətəndaşı olmayan, “yeri-yurdu bilinməyən” Turan İsayev haqqında danışırdıq… Lakin necə ola bilərdi ki, sənədlərdə imzası olan və direktor olaraq “MSN Tour”la bağlı məsuliyyət daşıyan Cəmalə Əfqan qızı İsayeva həm mətbuatın, həm də hüquq mühafizə orqanlarının diqqətindən kənarda qalsın? Ötən ilin oktyabrından bəri, bu suallarımız da cavabsız qalıb və nə Əfqan Abdullayev, nə də ADU-nun mətbuat xidməti bizə bu mövzuda açıqlama vermək istəməyiblər.

Bu günlərdə Qafqaz Xəbər Agentliyinin elektron poçtuna Ramin Məmmədov adlı şəxsdən məktub gəldi: “Təsadüfən sizin xəbər agentliyində dərc olunan Turan İsayev və Cəmalə İsayevanın təsis etdiyi MSN Tour MMC şirkəti ilə bağlı silsilə yazılara rast gəldim. Bildirmək istərdim ki bu şirkətin fırıldaqçılığı ilə mən də üzləşmişəm, hətta sizin məqalələrdə qeydə alınan hadisələrdən xeyli qabaq – 2015-ci ildə.

Bu adamlar məni yoldaşım və körpə uşağımla yalançı otel rezervasiya vauçerlərilə xaricə, İtaliyaya yola salmışdılar. Körpə uşağımla hotel foyelərində qalıb yeni rezervasiyaları, boş hotel yerlərini şəxsən özüm axtarıb tapmalı olmuş, hesablarını da özüm ödəmişdim.

Onlar nə telefonlarını açır, nə də emaillərinə göndərdiyim mesajlara cavab verirdilər. Uçuş biletlərini almalı olduqlarına baxmayaraq məni aldadıb bileti özümün alması və sonradan müvafiq məbləği geri qaytaracaqları ilə aldatmışdılar. Səfərdən qayıdandan sonra (2015-ci ilin yay aylarında) bütün xərclərimi geri qaytamağı tələb etdim, hüquq mühafizə orqanlarına şikayət edəcəyimi söylədim, lakin mənə yalandan vədlər verib guya həmin vaxtlar “Texnikabank”dakı hesablarının dondurulması ucbatından heç bir ödəniş edə bilmədiklərini bidirirdilər. 2015-ci ilin sonlarında məhkəməyə üz tutdum, və 2016-cu il fevralın 29-da Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən 3500 manat mənə qaytarmalı olduqları qeyd edildi – burada 3000 manat mənim etdiyim ödəniş, 500 manat isə mənə dəyən mənəvi ziyanın ödənilməsi ilə bağlı idi. Qeyd edim ki məhkəmə gedişatı özü 4-5 ay çəkmişdi və bu adamların heç birini tapmaq mümkün olmamışdı. O gündən bu yana nə məhkəmə icraçıları bu adamları tapa bilir, nə də mən özüm.

Sizin məqalələrdə yazıları görəndə hətta şoka düşdüm ki, demə bu adamlar 2016-cı ilin ortalarına qədər başqa-başqa şirkət adları ilə adamları aldatmağa davam edirmişlər”.

R.Məmmədov Qafqaznews.az əməkdaşı ilə söhbətində bildirdi ki, o vaxt Turan İsayevlə dəfələrlə görüşüb, İtaliyadan qayıdandan sonra da, ondan 3 min manat pulu geri tələb edib: “Mən İtaliya səfərində 2900 manat pul xərcləməli olmuşdum. Bu şirkət məni aldadaraq, artıq xərcə salmışdı. Lakin Turan İsayev dedi ki, get məhkəməyə müraciət elə, xidməti müqavilə olduğuna görə, bu işə polis baxmayacaq. Mən onları məhkəməyə verdim. Sonradan şirkət “Babək Plaza”ya köçdü, orda “Dora Tourism” adıyla fəaliyyət göstərməyə başladılar. Lakin nə Turan İsayev, nə də Cəmalə İsayeva məhkəmədə iştirak etmədilər.

Yasamal İcra Şöbəsinin Samir adlı icraçısı isə bildirir ki, Cəmalə İsayevanı tapa bilmir. Məsələ ilə bağlı, Ədliyyə Nazirliyinə və cənab nazir Fikrət Məmmədova da şikayət etməyə hazırlaşıram”.

Biz araşdırmamızı davam etdirərək, Ədliyyə Nazirliyinin Yasamal İcra Şöbəsinin məmuru Samir müəllimin telefon nömrəsini əldə etdik. Adıkeçən icraçı özünü Qafqaznews.az-a Samir Osmanov kimi təqdim etdi. “Məsələdən məlumatım yoxdur. Sabah işdə sənədlərə baxaram, sizə məlumat verərəm”, – deyə S.Osmanov bildirdi. Araşdırmamız davam edir…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58
Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07
"Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01
“Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55
“PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53
AMEA-nın müxbir üzvü Rü­fət Mir-Əsə­dul­la oğ­lu Mir-Qa­sı­mov vəfat edib - DOSYE
Bu gün, 17:52
Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48
FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40
Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35
Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33
Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30
Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28
İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24
Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21
Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01
Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53
Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru