"Vidadi Zeynalovun dedikləri yalandır" - MTN generalı
Tarix: 30-12-2016, 10:13 | Çap et
Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun istintaq zamanı verdiyi ifadə məlum olub. APA-nın məlumatına görə, S. Qurbanov ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib. Lakin bəzi cinayət əməllərinin faktiki tərəfini və xidməti səlahiyyətlərinə aid olmayan fəaliyyətlə məşğul olmasını etiraf edərək göstərib ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən vətəndaşların çağırılması, həmin şəxslərin qəbulu üçün nəzərdə tutulmuş otaqlara buraxılması və orada saxlanılmasına dair icazə bir qayda olaraq onun tərəfindən verilib. O bildirib ki, axşam və gecə saatlarında vətəndaşların dəvət edilməsi və gətizdirilməsi barədə göstəriş verdiyini xatırlamır. Hər hansı şəxsin telefon nömrəsi ətrafında texniki əməliyyatın həyata keçirilməsi lazım olduqda o, icraatda olan materiallarla və ona təqdim edilən dinlənməyə dair tapşırıqla tanış olub, bir qayda olaraq icraçı həmin tapşırığı tərtib etdiyi zaman obyekt barədə lazım olan məlumatları daxil etməli olub. 4-cü Baş idarəsinin sabiq rəis müavini Fizuli Əliyev hər hansı şəxsin ətrafında əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair özü qərar qəbul edə bilməzdi, əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair ona məlumat verilməli idi, həyata keçirilməli əməliyyat tədbirləri barədə arayışlarda da qeydlər olmalı idi.
Konkret suallar üzrə dindirilərkən Sübahir Qurbanov bir neçə sahibkardan hədə-qorxu yolu ilə külli miqdarda pul almasına dair ittihamları qəbul etməyib, həmin sahibkarları tanımadığını deyib. Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən hər ay rüşvət alması epizodu üzrə Sübahir Qurbanov istintaqa verdiyi ifadələrində bildirib ki, həmin Nazirlikdən ona heç vaxt hər hansı formada pul verilməyib. Vidadi Zeynalovun onun barəsində dediklərinin yalan olduğunu, sonuncu onun uzaq qohumu olduğu üçün ondan ad günü və toylar üçün hədiyyələr tapmasını xahiş etdiyini, sürücüsü Ramil Əliyevi onun yanına göndərib hədiyyələri aldığını, sonradan özü hədiyyələrin pullarını Vidadi Zeynalova verdiyini, heç vaxt və hər hansı şəxsdən hər hansı formada rüşvət qəbul etmədiyini göstərib. 2015-ci ilin aprel ayında «Araz» MMC-nin sahibi Saleh Səmədovun ətrafında qanunsuz olaraq əməliyyat tədbirinin keçirilməsi, MMC-nin digər əməkdaşlarının tutulması, qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsinə gətirilməklə orada saxlanılması, Saleh Səmədovun və onunla kommersiya əlaqələrində olan Mais Məhərrəmovun telefon nömrələri üzrə əməliyyat-texniki tədbirlərin keçirilməsi, həmçinin, Saleh Səmədovdan Fizuli Əliyev və Natiq Alıyev tərəfindən külli miqdarda pulun alınması barədə Sübahir Qurbanov göstərib ki, əməliyyat-texniki tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıqlar tərəfindən imzalansa da, həmin şəxslərə qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı heç bir göstəriş verməyib. Ona ancaq belə tədbirlərlə bağlı tapşırıqları imzalamaq üçün müavini gətirib və belə tədbirin keçirilməsinin zəruriliyini məruzə edib. 2014-cü ilin dekabr ayında “Zaminbank” ASC-nin Səbail filialının müdiri Hüseynov Rauf Mais oğlunun külli miqdarda pul vəsaitini hədə-qorxu gəlməklə ələ keçirmək məqsədi ilə heç bir qanuni əsas olmadan tapşırıqları ilə MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev və həmin mərkəzin sabiq baş mütəxəssisi Fərhad Atayev tərəfindən onun qanunsuz dinlənilməsinin təşkil edilməsi, 2015-ci ilin may ayında dəstə üzvü Fizuli Əliyev vasitəsilə verdiyi göstəriş əsasında dəstə üzvü Natiq Alıyev Rauf Hüseynovu MTN-nə çağıraraq Zaur Məmmədovla birlikdə sonuncunu gizli şəkildə xaricə pul köçürməkdə ittiham edib hədə-qorxu gələrək 100.000 manat pulunu tələb etmələri, zərər çəkmiş şəxsin 7 saat MTN-in vətəndaşların qəbulu otaqları olan binada saxlamaqla qanunsuz azadlıqdan məhrum edilməsi faktları üzrə Sübahir Qurbanov eyni ilə inkaredici ifadələr verib.
Sübahir Qurbanov özünü müdafiə xarakterli ifadələrini davam etdirərək uzun müddət ərzində bank sektorunda çalışmış Azad İbadovun telefon nömrəsi üzrə 2015-ci ilin avqust ayında qanunsuz əməliyyat-texniki tədbirinin keçirilməsi, həmin şəxsin və onunla əlaqə saxlamış Arif Nəcəfovun qanunsuz olaraq MTN-ə gətirdilməsi ilə əlaqədar göstərib ki, bunlardan məlumatı yoxdur. Əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı tapşırıqların tərəfindən imzalanmasını isə zəruri olması barədə məruzələr əsasında imzalayıb. Bütün qeyd olunan əməliyyat-tədbirlərin nəticəsi barədə arayışlar hazırlanıb. Lakin o, hazırda göstərilən bütün faktları xatırlamadığı üçün onların nəticəsi barədə də heç nə deyə bilməyəcəyini bildirib. «Met-Ak» MMC-nin təsisçisi Alik Kərimovdan dəstə üzvləri tərəfindən külli miqdarda hədə-qorxu gəlməklə külli miqdarda pul tələb edib ələ keçirmək məqsədilə dəfələrlə həmin şəxsə və oğluna zəng edilməsi, Aydın Kərimovun saxlanılıb azadlığını və hərəkət sərbəstliyini məhdudlaşdırmaqla MTN-in nəzarət buraxılış məntəqəsinə gətirib saxlanılması barədə Sübahir Qurbanov özünün müdafiəsinə yönəldilmiş ifadələrini davam etdirərək bu faktları xatırlamadığını bildirib. Həmçinin, Sübahir Qurbanov aldığı rüşvətləri inkar edərək göstərib ki, Moskva Dövlət Açıq Universitetinin Bakıdakı filialının prorektoru Ramazan Hüseynov adlı şəxsi tanımır və xatırlaya bilmir. Ramazan Hüseynovdan 340.000 manat rüşvət almağı barədə göstərilənlər həqiqətə uyğun deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
• Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08 |
|
|
|
• Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06 |
|
|
|
• Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04 |
|
|
|
• “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47 |
|
|
|
• "Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43 |
|
|
|
• Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41 |
|
|
|
• Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40 |
|
|
|
• “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22 |
|
|
|
|