Banka krediti olanların NƏZƏRİNƏ .....                     Bakı ilə bağlı qorxunc durum: nə etməli? .....                     "Harada da qarşılaşsaq, "necəsən" deyərəm" .....                     Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi .....                     Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib .....                     Şirvana 'qara maskalılar' hər an görünə bilər .....                     "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi .....                     Silah buraxıldı, təşkilat bitdimi? .....                     “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” .....                     Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI .....                     Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... .....                     Qiymətlər kəskin artacaq, bundan sonra... .....                     Suraxanı sakinlərinin SU ÇİLƏSİ .....                     Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə .....                     "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?" .....                     Lerikdə vəzifə saxtakarlığı: .....                     Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                 

BAŞ NAZİRLİK MÜBARİZƏSİ YENİDƏN QIZIŞIR
Tarix: 22-05-2013, 10:05 | Çap et
BAŞ NAZİRLİK MÜBARİZƏSİ YENİDƏN QIZIŞIR
İDDİALILAR HƏRƏKƏTƏ KEÇİB

Azərbaycanda qısa fasilədən sonra ölkənin ikinci şəxsi - baş nazir olmaq uğrunda bəzi oliqarxların mübarizəsi yenidən başlayıb. Belə ki, prezident seçkilərinin yaxınlaşması ilə müəyyən iri məmurlar seçkidən sonra formalaşdırılacaq yeni hökumət kabinetinin rəhbəri postuna təyinat almaq üçün imkanlarını gizli şəkildə səfərbər etməyə başlayıblar. Bu barədə "Unikal"a etibarlı mənbədən məlumat verilib.

Mənbə bildirib ki, baş nazirlik postu indiyədək Azərbaycanda uğrunda ən ciddi mübarizənin getdiyi, zaman-zaman bir çox oliqarxların bu vəzifəyə yüksəlmək üçün iqtidariçi savaşlara girdiyi mühüm bir postdur: "İndiyədək bu vəzifəyə iddia edən heç bir yüksək çinlinin arzusu reallaşmayıb. Bəziləri hətta müxtəlif dövrlərdə bu posta sahiblənmək naminə olduqca açıq və amansız mübarizəyə girişmələrinin qurbanı olublar. Məsələn, keçmiş səhiyyə naziri Əli İnsanov hələ 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində başqa bir nazirlə - Əli Nağıyevlə baş nazirlik uğrunda sözün həqiqi mənasında savaşırdı. Hazırda isə reallıq ondan ibarətdir ki, onların hər ikisi vurulmuş duruma düşdülər. Əli İnsanov artıq 8 ilə yaxındır ki həbsxanadadır, Əli Nağıyev isə səfirlik adı ilə siyasi sürgünə göndərildi. Və yaxud keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevi xatırlayaq. Onun qəzetlərə qədər sızmış açıq iddiasının olmamasına baxmayaraq, iqtidar içi kulislərdə hökumət rəhbərliyinə iddia etdiyi, bunun üçün çox yaxşı münasibəti olan Qərbin siyasi çevrələrinin və dostluq ilişkilərinin olduğu bildirilən Türkiyədəki AKP hökumətinin dəstəyinə güvəndiyi indiyədək bir neçə dəfə KİV-də öz əksini tapıb. Amma hər şey onunla tamamlandı ki, sabiq iqtisadi inkişaf naziri nəinki baş nazir oldu, hətta oturduğu vəzifəni və azadlığını itirdi - o da artıq 8 ilə yaxındır ki, həbsxanadadır. Fərhad Əliyevin yerinə keçən başqa bir sabiq iqtisadi inkişaf naziri - Heydər Babayev də ölkəmizin baş naziri olmaq arzusu gözündə qalanlardandır. Hakimiyyətdaxili qaynaqların bir çoxu etiraf edirlər ki, Heydər Babayev Artur Rəsizadənin yerinə bəlkə də ən real alternativlərdən olub və əgər "siyasi ÇP"lər buraxıb rəqiblərinin əlinə "vurulması" ilə nəticələnəcək əsaslar verməsəydi, indi yəqin ki, doğrudan da ölkənin ikinci postuna sahib idi. Səhvləri isə ona gətirib çıxardı ki, Babayev sələfindən fərqli olaraq həbsxana aqibəti yaşamasa da, postunu itirdi, hakimiyyətdə karyerasını yenidən bərpa etməsini isə artıq mümkünsüz sayırlar. İndi onun ölkədən kənarda biznesi ilə məşğul olduğu və Azərbaycana dönmək haqqında düşünmədiyi iddia olunur".
Mənbəmiz bildirir ki, bütün bunlar Azərbaycanda baş nazirlik uğrunda mübarizəni bir çoxları üçün riskli işə çevirib: bəzi iddialılar xeyli müddət iddialarını tamamilə gizlətmək məcburiyyətində qalıblar, çünki hökumət rəhbəri olmağa çalışarkən sonda "həm Əli aşından, həm də Vəli aşından ola biləcəklərini" göz önünə gətirib geri çəkiliblər.
Amma son xəbərlər o yöndədir ki, seçkilərə bir neçə ay qala bəzi iri məmurlar seçkidən sonrakı yeni hökumət kabinetində ən üst posta sahiblənmək üçün indidən düyməyə basıblar. Onlar hələlik açıq müstəviyə keçirməsələr belə, baş nazirlik uğrunda mübarizəni başladıblar; bu məqsədlə ətraflarını komplektləşdirir, iqtidar daxilində daha çox dəstəkçi qazanmaq üçün lobbiçiliklərini gücləndirirlər.
Qaynağımız istisna etmir ki, yay aylarında hazırda Artur Rəsizadənin əyləşdiyi kürsü uğrunda savaş daha da sərtləşəcək, bu yöndə informasiyalar KİV-də xeyli intensivləşəcək. İndiki baş nazirin seçkidən sonra formalaşacaq yeni hökumətə başçılıq etməyəcəyinin dəqiqləşməsi də bu posta iddialıların iştahlarını artırır. Rəsizadənin səhhətindəki problemlər səbəbindən baş nazirlikdən gedəcəyinin qətiləşməsi bəzi oliqarxlara indidən seçki sonrakı dövrün tədarükünü görməyi diqtə edir.
Mənbənin sözlərinə görə, yeni baş nazirin kimliyi müəyyənləşdirilərkən iki kriteriya əsas götürüləcək. Bundan biri və birincisi həmin şəxsin siyasi iddiasızlığı, iqtidar içi nüfuz savaşlarından kənarda dayanması olacaq. Ölkənin ikinci şəxsinin məhz belə keyfiyyətli olması əsas şərt kimi görünür.
İkinci şərt isə yeni baş nazirin mümkün qədər ciddi kapital sahibi olması, adının korrupsiya ilə bağlı işlərdə daha az hallanması, kifayət qədər oliqarxlaşmamış olmasıdır. Bununla həm hökumətin cəmiyyət arasında imicinin yüksəldilməsi məqsədi güdülür, həm də əllərində fantastik kapital cəmləşdirənlərlə müqayisədə iqtidardaxili proseslər üçün hər hansı siyasi təhdid təşkil etməmələri belələrinin baş nazirlik şanslarını artırır.
Mənbəmiz hər bir halda yay aylarından etibarən bu mövzunun daha çox aktuallıq qazanacağını deyir, eyni zamanda əlavə edir ki, əsas iddialının kim(lər) olacağını və kimlərin bu mübarizədən "vurularaq" kənarlaşacağını da məhz həmin vaxt daha asanlıqla söyləmək mümkün olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19
Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17
"Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49
Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45
Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38
Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34
"Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21
Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17
“Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15
Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53
Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44
Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40
Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38
Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31
"Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28
Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru