Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Sosial, Manşet > İnam Kərimovun Yasamal Məhkəməsindən XƏBƏRİ VARMI?
İnam Kərimovun Yasamal Məhkəməsindən XƏBƏRİ VARMI?3-11-2023, 10:09 |
![]() DİA.AZ - Azərbaycanda hər şey sanki bir tamaşaya - imitasiyaya çevrilib. Sanki zəmanənin elmi-texniki tərəqqisi fonunda bizlər virtual aləmə o qədər aludə olmuşuq ki, reallıq hissini belə tamamən itirmiş durumdayıq. DİA.AZ bildirir ki, hər sahəmizdə eyni problem, eyni mənzərədir. Elə məhkəmə sistemimizdə də. İnam Kərimov KTN-dən məhkəmə sisteminə transfer olunda belə zatən ona inanmamışdıq... Ağlar günə qoyulan kənd təsərrüfatını tapdaya-tapdaya məhkəmə sisteminə keçid edən İnam Kərimovun burda Amerika kəf edəcəyini kimsə gözləmrdi. Ona görə də məhkəmələrimizdə fərqli ab-hava gözləntimiz yox idi. Amma belə də yox daha... DİA.AZ bildirir ki, tanınmış vəkil Əkrəm Həsənovun bir məhkəmədə müşahidə etdiyi fakt əslində hazırki reallığın ən gerçək təzahürüdür... Beləliklə ![]() "Yasamal rayon məhkəməsinin hakimi Vahid Hacıyevin özünəməxsus iclas aparmaq üslubu var. İclas iki hissədən ibarət olur: qeyri-rəsmi və rəsmi. Qeyri-rəsmi hissədə videoçəkilişi qoşmadan tərəfləri ətraflı dinləyir, fikir mübadiləsi aparır. Yəni normal iclasda olmalı olduğu kimi. Rəsmi hissəni isə qısa şəkildə videoçəkilişi qoşmaqla aparır və faktiki olaraq qeyri-rəsmi hissənin nəticəsinə əsaslanaraq mövqe sərgiləyir. Bir növ, əvvəlcə məşq edir, sonra formal iclas keçirir. Görəsən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası bu nou-hau barədə nə düşünür?" Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |