Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Araşdırma, Manşet, Güney Press > Naxçıvan təhsilində YENİ HOQQABAZLIQ...
Naxçıvan təhsilində YENİ HOQQABAZLIQ...17-04-2025, 11:05 |
![]() Yerli Təhsil Nazirliyi, bələdiyyələrdə vəzifə tutan müəllimlər və direktorların pedagoji fəaliyyət göstərməkdən imtina etmələrini tələb edir. Bu barədə “Gündəlik Naxçıvan”a şikayət edənlər bildirirlər ki, onlara iki seçim təklif olunub: ya bələdiyyədəki vəzifəni tərk etmək, ya da pedaqoji fəaliyyətə son vermək. Şikayətçilər „Gündəlik Naxçıvan“a bildirirlər ki, son bələdiyyə seçkilərində seçilənlərin 30-40 faizi pedaqoji fəaliyyətlə məşğul olanlardır, aralarında müəllimlər, direktorlar və hərbi rəhbərlər var. Onların əksəriyyəti yerli icra hakimiyyətlərinin təşviqi ilə namizəd olub və onlara əvvəlcədən heç bir problem yaranmayacağı bildirilib. Lakin indi Nazirlik onlardan ya pedaqoji fəaliyyəti dayandırmağı, ya da bələdiyyə mandatından imtina etməyi tələb edir. Onlar problemi belə izah edir: "Pedaqoji fəaliyyətlə məşğul olan və bələdiyyə sədri vəzifəsində olan hər kəs nazirliyə çağırılıb. Nazirliyin məsul işçisi ərizə yazıb pedaqoji fəaliyyətimizi dayandırmağı hədələyici tonda tələb etdi. Biz isə 15-20 ildir pedaqoji fəaliyyətlə məşğuluq. Düşünürük ki, 5 ildən sonra bələdiyyə üzvü olmasaq, nə edəcəyik? İstəmirik işsiz qalaq. Biz öz başımıza namizəd olmamışıq, icra orqanları və digər dövlət qurumlarının məsləhəti ilə bu yola çıxmışıq.“ Şikayətçilər əlavə edirlər ki, "Bələdiyyələr Haqqında Qanun" bələdiyyə üzvlərinin pedaqoji fəaliyyət göstərməsini qadağan etmir, buna görə də Nazirliyin tələbləri qanunsuzdur. Təhsil Nazirliyinin adının çəkilməsini istəməyən əməkdaşı da məsələ ilə bağlı "Gündəlik Naxçıvan"a bildirib ki, həm məktəbdə, həm də bələdiyyədə vəzifə tutan şəxslərə seçim etmələri tövsiyə edilib: "Bu şəxslər ya pedaqoji fəaliyyətdə qalmalıdırlar, ya da bələdiyyə vəzifəsindən imtina etməlidirlər." Geri qayıt |