Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Yasamal sakinlərinə ŞAD XƏBƏR: Bir azdan qanad çıxaracaqlar...
Əsas Səhifə > Araşdırma, Manşet > Yasamal sakinlərinə ŞAD XƏBƏR: Bir azdan qanad çıxaracaqlar...

Yasamal sakinlərinə ŞAD XƏBƏR: Bir azdan qanad çıxaracaqlar...


14-03-2025, 11:32
Yasamal sakinlərinə ŞAD XƏBƏR: Bir azdan qanad çıxaracaqlar...
Yasamal rayon sakinləri rayonda boş ərazilərin, səkilərin zəbt edilərək obyekt sahiblərinə satılmasından boğaza yığılıb. Sakinlər problemin Yasamal rayon İcra Hakimiyyətindən qaynaqlandığını və ərazilərin satılmasını İH-in acgözlüyü adlandırırlar.

Tribunainfo.az xəbər verir ki, bu barədə ictimai fəal Fimar Asimqızı yazıb. Dəfələrlə Yasamal rayonundakı qeyri-qanuni tikililəri, piyada səkilərinin zəbtini ictimailəşdirən ictimai fəal bu problemin Yasamal İH başçısının sözünün kəsəri olmamasından qaynaqlandığını bildirir:

“Yeni Yasamalda ensiz səki bütünlükdə qanunsuz tikililərlə (əlimdə sənədlər də var) zəbt olunub. Səkini boşaltmağa, onu bazara çevirənlərə dövlət qurumlarının gücü çatmır. Bu bacarıqsızlıqdı, acgözlükdü, vicdansızlıqdı. Yeni Yasamalı sata-sata qazandığınız pullar burnunuzdan fitil-fitil gələcək”

Qeyd edək ki, Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənovdur.

"DİA-AZ"dan ZƏRURİ QEYD: Görünür, Yasamal RİH rəhbəri hörmətli Elşad müəllim piyadaların hərəkəti üçün nəzərdə tutulan səkiləri satmaqla düşünür ki, sakinlər günlərin birində quş olub qanadlanacaq... Əks halda maşınların içi ilə - həyatlarını təhlükəyə atmalı olacaqlar... Bir versiya da o ola bilər ki, bəlkə Elşad müəllim Yasamal sakinlərinin mələk olduğuna inanıb onları qanadlı zənn edir... Hər halda, aşağıdakı fotolar da təsdiqləyir ki, bu işdə bir sirr... yer üzünə bəlli olmayan dərrakə məhsulu var...
Nə deyək, vallah...

Yasamal sakinlərinə ŞAD XƏBƏR: Bir azdan qanad çıxaracaqlar...
Yasamal sakinlərinə ŞAD XƏBƏR: Bir azdan qanad çıxaracaqlar...
Yasamal sakinlərinə ŞAD XƏBƏR: Bir azdan qanad çıxaracaqlar...
Yasamal sakinlərinə ŞAD XƏBƏR: Bir azdan qanad çıxaracaqlar...

Geri qayıt