Nazirlikdən Samuxa getdi: O DA BELƏ... - Dövlətin puluna XOR BAXANLAR...
Tarix: 24-10-2024, 14:27 | Çap et
Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi daha bir tenderi yekunlaşdırıb. 21.12.2024-cü il tarixdə Nümayəndəlik "Elman" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə növbəti müqavilə bağlayıb. Bu müqavilə ilə Samux rayon İcra Hakimiyyətinin başçısının Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə NümayəndəliyiSamux şəhərində H. Əliyev prospekti daxil, giriş yollarının əsaslı təmiri qarışılığında "Elman" MMC-nə 387.787 manat ödəməli olacaq.
Tərəflər arasında “növbəti müqavilə” ifadəsi təsadüf olmadı. Hansı səbəblədəndirsə Samuxun yolları həmişə "Elman" MMC-nə etibar edilir(?) Bu ilin əvəlində də tərəflər arasında bənzər müqavilə bağlanıb. Həmən müqaviləyə görə isə H. Əliyev prospekti, Kolayır prospekti, Kolayır prospekti döngə, Əsgər Zeynalov küçəsi, Mikayıl Müşfiq küçəsi və 28 may küçələrinin təmiri qarışılığında Nümayəndəlik "Elman" MMC-nə 298.901 manat ödəməli olub...
Samux rayonundakı oxucularımızın Yenixeber.org-a verdiyi məlumatlara görə bu heç də sıradan bir təsadüf, yaxud da "Elman" MMC -nin bu sahədə peşəkar kollektivə sahib, ixtisaslaşmış şirkət olması ilə bağlı deyil. Yeri gəlmişkən, dəfələrlə , həm də heç də az olmayan dövlət vəsaitinin etibar edildiyi "Elman" MMC -nin nəinki veb-saytı yoxdur, ümumiyyətlə bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Təkcə bu fakt yetərincə şübhələrə yol açır...
Digər diqqət çəkən məqam isə tərəflər arasında bağlanmış müqavilə ilə bağlı Dövlət Satınalmaların Vahid İnternet Portalının “Ətraflı” bölməsində alınacaq malların, görüləcək işlərin hər birinin qiymətinin göstərilməməsidir(?) Baxmayaraq ki, görüləcək işlər və alınacaq malların miqdarı göstərilir…
DAHA BİR MÜƏMMA:Diqqət etdinizsə Samux şəhərindəki H. Əliyev prospekti bir ildə iki dəfə təmir edilir(?) Bu fakt da kifayət qədər suallar doğurur. Şübhəsiz ki, bu Samux rayon rəhbərliyinin prospektin adını daşıdığı ümummilli liderə olan xüsusi sayqısının göstəricisi ola bilməz. Tam əksinə, əgər belə bir sayqı, sevgi olsaydı bu prospekt bir dəfə, həm də yüksək səviyyədə təmir edilərdi. Bir ildə təmir adı ilə dövlətin pulunu iki dəfə xərcləmək yumşaq desək anlaşılan deyil.
Aidiyyatı hüquq-mühafizə orqanlarının araşdırmasından sonra anlaşılan ola bilər...Araşdırsınlar görək, eyni Lot üzrə tərəflərin bir ildə iki müqavilə bağlaması hansı zərurətdən doğub? Söhbət kiminsə dədəsinin pulunu xərcləməsindən deyil, dövlət babanın pulundan gedir.
Dövlətin pulunu xərcləyən tərəf kimi sabah Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatının bir ili tamam olacaq Firdovsi Əliyev də, onun Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəsi Elşad Qasımov da kimə, niyə və necə güvəndiyini özləri bilər. Bizə isə onu xatırlatmaq düşər ki, dövlətin pulu heç kimə dədə-babasından qalmayıb: bizim vergilərimiz hesabına formalaşan büdcə vəsaitinin necə xərclənməsini bilmək hər bir Azərbaycan vətəndaşının hüququ və haqqıdır.
***
O ki, qaldı "Elman" MMC –nə, bu istiqamətdə də, maraqlı məlumatlar əldə etmişik. 10 manat nizamnamə kapitalı olan bu şirkətin qanuni təmsilçisi Qasımov Vaqif Dursunəli oğludur. Məlumata görə, vaxtı ilə Samux Yol İdarəsinə rəhbərlik edib. Görünür çəkdiyi yollar o qədər “yağlı olub” ki, yolun sonunda sahibkarlığa üstünlük verib... Maraqlıdır ki, Qasımov Vaqif Dursunəli oğlu həm də, “Beta Constructıon” MMC-nin sahibi kimi tanınır. Hansı ki, bu şirkət də Samuxda büdcə təşkilatlarının “sevimlisidir”. Bu ilin əvvəlində “Beta Constructıon” MMC ilə Samux Rayon İcra Hakimiyyətinin tabeli qurumu olan Mənzil Kommunal Təsərrüfatı İB arasında 123.420 manatlıq əməkdaşlıq olub.
Yuxarıda qeyd etdiyimiz kimi, dövlətin yüksək məbləğdə pulunun etibar edildiyi belə bir şirkətin nəinki veb-saytı yoxdur, ümumiyyətlə internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlmək mümkün deyil(?) Niyəsini buyusun Qasımov Vaqif Dursunəli oğlu cavablandırsın.
***
Biz Yenixeber.org olaraq toxunduğumuz bu və digər faktlarla bağlı Samux Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyindən müəyyən suallarımıza cavab almaq istədik. Bu məqsədlə də, cənab Elşad Qasımova 7 sualdan ibarət online sorğu göndərdik... Nəhayətdə qarşı tərəfdən “cavab” ala bildik. (Əlbəttə buna cavab demək mümkünsə. Red)
Məlum qayda və prinsiplərə uyğun olaraq qarşı tərəfin “cavab”ını olduğu kimi dərc edirik:Samux Rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi yazaraq bildirir ki, Samux şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin illik satınalma planına əsasən nəzərdə tutulmuş işlərin görülməsi ilə əlaqədar Dövlət satınalmalarının portalı olan “etender.gov.az” internet saytında “Samux şəhər H.Əliyev prospekti və girişlərində yolların əsaslı təmir işləri” adlı müsabiqə elan olunmuşdur. Müsabiqə Dövlət Satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq keçirilmişdir və “Elman MMC” adlı təchizatçı Dövlət Satınalmaları haqqında qanunun tələblərinə uyğun olaraq qalib elan olunmuşdur.
Obrazlı desək, bu “cavab” bizim ünvanladığımız sorğunun “heç yanından keçən olmadı”. Qarşı tərəf bizim 7 sualımızdan heç birinə ya cavab vermək istəməyib, ya da cavab verə bilməyib. Səbəbini özləri bilər.
Həm də onu bilmələri yaxşı olar ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...
Yenixeber.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
• Ermənistan Rusiyanın brokin mərkəzi funksiyasını yerinə yetirir - deputat
Bu gün, 13:05 |
|
|
|
|