ŞOK: ZORLANAN 17 YAŞLI QIZ İNTİHAR ETDİ
Tarix: 9-11-2011, 12:45 | Çap et
ZÜLFİYYƏNİ SATAN QULDURLAR İSƏ AZADLIQDADIR
DİA.AZ: - 5 noyabr 2011-ci il axşam radələrində 17 yaşlı Ucar rayon sakini Rüstəmova Zülfiyyə ona qarşı olan zorakılıqlara tab gətirməyərək intahara cəhd edib. Bu barədə DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda bildirilir.
Belə ki həmin gün o, Ağdaş rayonunda xalası evində mətbəxə keçərək qarın nahiyəsinə 3, ürəyindən isə 1 bıçaq zərbəsi vuraraq intihar edib. Qohumları onu dərhal Ağdaş Mərkəzi Rayon xəstəxanasına yerləşdiriblər. Daha sonra komadan ayılmayan xəstəni Bakı şəhərinə aparsalar da, 8 noyabr 2011-ci il tarixdə dünyasını dəyişib.
Redaksiyamızı bilgiləndirən hüquq müdafiəçisi Taleh Xasməmmədovun sözlərinə görə, Zülfiyyə Türkiyəyə satılmış qızların arasında olduğu müddətdə onlardan xilas olması üçün kömək diləmişdi: “Həmin vaxt Zülfiyyə bildirmişdi ki, onları əlində saxlayan şəxs Mürsəlova Səadət Həkim qızı və bir neçə polis əməkdaşlarıdır. O, bu günə qədər Türkiyə və Dubaya çoxlu sayda qızlar yola salıb. Hal-hazırda da biz 7 nəfərik. Bizdən 3 nəfər isə bu işə məcbur olunmuşuq. Və sonra onlarla birlikdə olan qızların adlarını belə saymışdı: Agdaşdan Səkinə, Cəmilə, Günel, İsmayıllıdan Gülşən, Şirvandan Nazpəri, Ucardan Nuranə, Nazilə, Mingəçevirdən Günay. Zülfiyyə mənimlə telefon əlaqəsi saxlayaraq onu öldürəcəklərini qeyd etmişdir. Mən ona polis şöbəsinə gedib şikayət verməsi üçün təkliflər etsəm də Zülfiyyə bu addımı atmaq üçün tərəddüd edirdi. O bildirir di ki, mən polislərə güvənmirəm. Nə vaxt bizi ora-bura aparırlarsa yanımızda polislər olur. Həmçinin qeyd edirdi ki, mənim əlimdə onlardan videoçəkilişlər var, həm də çox sirrlərini bilirəm deyə məni sağ buraxmayacaqlar.
Zənglərində onu da deyirdi ki, siz bizim izimizə düşən kimi ev sahibələrinə zənglər gəlir və bizim yerimizi dəyişirlər və ya Ağdaş polisi kimi yalançı axtarış edirlər. Biz saxlanılan otağa qəsdən baxmadan sizi də başlarından edirlər. Göyçayda Adil Mahmudovun ona hər gün narkotik vurduğunu da mənə və digər şəxslərə dəfələrlə bildirmişdi. Göyçy polisi də həmçinin həmin şəxsdən heç bir ifadə almadan bu məsələyə laqeyd münasibət bəsləmişdilər”.
Hadisə ilə bağlı danışan qızın anası Rüstəmova Ülviyyə Rüstəm qızının sözlərinə görə, sentyabr ayının əvvələrində Ağdaşın Dəhnə kənd sakini Səkinə və Göyçay rayon sakini Mürsəlova Səadət qızımı Türkiyəyə satmaq üçün ona 1500 manat təklif ediblər və o da bunu rədd edib: “Bundan sonra mənə dəfələrlə təzyiqlər göstərdilər və məni və qızımı ölümlə hədələdilər. Ucar rayonunda qeyd olunan cinayət hadisələrini ifşa etdiyim üçün qızım Zülfiyyəni 9 sentyabr 2011 ci il tarixdə qaçırmaqla oğurladılar”.
Nəzərinizə çatdıraq ki, Rüstəmova Zülfiyyə Ədilə adlı Ucar sakinin evində olub. Ədilə tərəfindən bu ilin 7 sentyabr tarixində İsmayıllı rayonuna aparılıb. Rayonda onları Səlim adlı İsmayıllı rayon polis şöbəsinin əməkdaşı qarşılayıb yanlarında bir neçə nəfər şəxslər də olub. İsmayıllı rayon bazarının yanında yerləşən Qafqaz restoranında yeyib içdikdən sonra qızıma əxlaqsız təkliflər edib və zorlayıblar. Hətta damarına narkotik maddə də vurublar. Anası bildirir ki, qızı bunlarla razılaşmadığı üçün onu döyüb və bədənin müxtəlif nahiyyələrinə ö cümlədən boğaz hissəsinə bıçaqla xəsarətlər yetiriblər: “Qızım birtəhər qaçaraq canını qurtarıb. Həmin vaxt mən Bakıda olduğumdan hadisədən gec xəbər tutmuşdum. Qızın üstündə iz qoyduqları üçün narahat olan banda üzvləri sentyabr ayının 27-i məni Bakıda axtarıb taparaq döyüblər və deyiblər ki, söhbəti açsan qızı üzə çıxarsan səni öldürəcəyik. Ucarda adıgedən mütəşəkkil cnayətkar dəstənin üzvü olan uşaq və qadın alverçisi Quliyeva Gülarəxanımın (mamaroza) qızı Kəmalə və 10 cu polis bölməsinin əməkdaşı Elxan adlı şəxs tərəfindən döyülərək təzyiqlərə və təhqirlərə məruz qalmışam. Kəmalə İnsan Alveri ilə məşğuldur”.
Oktyabr ayının 2-si Rüstəmova Zülviyyə aldığı xəsarətlərdən vəziyyəti ağırlaşdığı üçün Respublika Mərkəzi Klinik xəstəxanasına yerləşdirilib.
Oktyabrın 5-də Həmin xəstəxanadan yaxın qohumları ilə birlikdə ağdaş rayonuna gətirilən Rüstəmova Zülfiyyə qadın alveri ilə məşğul olan dəstə tərəfindən qaçırılıb. Daxili İşlər Nazirliyinə və Ağdaş Rayon Polis Şöbəsinə məlumat verilsə də 5 tapılmamışdı, Ağdaşda polislər nə Zülfiyyəni nə də ki, digər qızları tapmaq üçün maraq göstərmişdilər.
Əvvəllər hadisə ilə bağlı Ucar, Göyçay və Ağdaş rayon polis şöbələrinə və prokurorluğuna məlumat verilib. Ucar rayon polis şöbəsinin rəis müavini İlham Əhmədov onlara əxlaqsız təkliflər edərək bildirib ki, “bizə işləməsən” sənə kömək edə bilməyəcəyik. Zülfiyyə Göyçayda gizlədildiyi müddətdə də axtarışlar nəticə vermədi. Orada da jurnalist Adil Mahmudov qıza narkotik vurmaqla onu müxtəlif ünvanlarda gizlətmişdi. Ağdaş rayonunda olduğu müddətdə onu polislərin köməyi ilə müxtəlif yerlərdə gizlətməklə cinayətkar dəstənin əməllərini ört-basdır etməklə məşğul oldular. İsmayıllıda isə mənə məlum olan polis əməkdaşları Arzu Mahmudov və Səlim qadın alveri ilə məşgul olan dəstəyə yaxından köməklik göstərirlər.
Dubyda isə qızları qəbul edən şəxs Ucar rayon Qarabörk kənd sakini İbad adlı şəxsdir.
Olaylarla bağlı 3 aydır ki, Respublika prokurorluğuna və İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə məlumat verilsə də nəticəsi olmayıb.
Taleh Xasməmmədov bu dəfə qeyd edir ki baş verən cinayət hadisəsi ilə bağlı hüquq mühafizə orqanlarının hər hansı ciddi addım atacığına inanmadığı səbəbindən müraciət də etməyəcəkdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Monitorinq imtahanından keçə bilməyən şagirdlər sinifdə qalacaq? - AKTUAL
Bu gün, 23:22 |
|
|
|
• Şəmkir Bələdiyyəsi ƏMDX arasında torpaq qalmaqalı - DETALLAR
Bu gün, 23:16 |
|
|
|
• "Xalq artistləri sakit durublar, mən də susacağam"
Bu gün, 21:34 |
|
|
|
• Özünüz bilmədən adınıza kredit götürürlər – Dələduzların növbəti fırıldağı
Bu gün, 21:32 |
|
|
|
• Rusiyadan iqtisadi baxımdan asılı olan Ermənistan Belarusla da... - ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Vəziyyət o qədər ağırdır ki... - Akopyan "SOS" siqnalı verir
Bu gün, 19:02 |
|
|
|
• Səlahiyyətsiz orqanlara sönük seçki: - “Bələdiyyə yoxdur, imitasiya var”
Bu gün, 19:00 |
|
|
|
• Müəllimlər üçün yeni “biznes”: - 100 manatdan başlayır
Bu gün, 18:58 |
|
|
|
• Tramp Qəzzadakı ərəbləri PAY-PÜŞ edir... - FAKT BUDUR!
Bu gün, 18:17 |
|
|
|
• Erməni qadını AŞPA-ya vitse-prezident seçdilər - KİV
Bu gün, 18:11 |
|
|
|
• UNEC məzunları diplomlarını ala bilmədiklərini deyirlər - Rəsmilərsə deyir ki...
Bu gün, 18:07 |
|
|
|
• Tanınmış rejissora ağır itki
Bu gün, 18:02 |
|
|
|
• Bakının həmləsi İrəvanı hərəkətə gətirdi – Suriya ilə təmasa keçdilər
Bu gün, 18:00 |
|
|
|
• Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev
Bu gün, 17:59 |
|
|
|
• Şəhla Həsənli tiktoker "Beniz"i məhkəməyə verdi - Qızını ölümlə hədələyib
Bu gün, 17:52 |
|
|
|
• Rəna Soltanovanın 10 manatlıq klinikası yarım milyonluq kapitala necə sahib olub? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:47 |
|
|
|
• Klinikadan paylaşdığı bu görüntülərdən sonra öldü - Ceyhunun anası şikayətçidir
Bu gün, 17:40 |
|
|
|
• Məmurdan aylıq 2000 manat aliment tələb olunur - O İSƏ...
Bu gün, 17:31 |
|
|
|
• Oğuzda direktor təyinatını KOLXOZ İŞİNƏ ÇEVİRİBLƏR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:18 |
|
|
|
• Dərman mafiyası yerli istehsala BADALAQ VURUR? - AKTUAL
Bu gün, 17:11 |
|
|
|
• Gömrük Komitəsində təqaüd qalmaqalı - Generalların iş stajları artırılıbmış
Bu gün, 17:07 |
|
|
|
• Tahir Əliyev ölkədən nə qədər valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 17:02 |
|
|
|
• Hacı Şahinin ailəsindən Tənzilə Rüstəmxanlıya SƏRT REAKSİYA - "Onun içərisində nə xarablıq var ki..."
Bu gün, 17:01 |
|
|
|
• İsmayıllıda doğuş zamanı körpə ölüb
Bu gün, 16:51 |
|
|
|
• Samir Şərifov İqtisadi Şurada təmsil olunacaq - FƏRMAN
Bu gün, 16:50 |
|
|
|
• Məşhur aktyor Həsən Ağa ev dustaqlığına buraxıldı
Bu gün, 16:49 |
|
|
|
• Tağı Əhmədovun qəbirüstü abidəsinin qiyməti təəccübləndirdi - FOTO
Bu gün, 16:47 |
|
|
|
• Məmməd Musayev “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 16:42 |
|
|
|
• Tehran Babatovun kadrı Nuh deyir, peyğəmbər demir... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:34 |
|
|
|
• Suriya və Ermənistan arasında razılaşma - KİV
Bu gün, 16:28 |
|
|
|
• “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün peşə təlimlərinə dəstək olub
Bu gün, 16:14 |
|
|
|
• Ermənistan xəndək qazır: BU, HÜCUM SİQNALIDIR? - NƏ ETMƏLİ?
Bu gün, 16:13 |
|
|
|
• "Azərbaycan qazının tranzit dəhlizinin inkişafı Aİ-yə təchizatın sabitliyini gücləndirəcək" - Slovakiyalı deputat
Bu gün, 16:04 |
|
|
|
• Nehrəmdə valideynlər məktəbə görə ETİRAZA QALXDI - Üç il əvvəl başlanılmasına baxmayaraq...
Bu gün, 16:03 |
|
|
|
• İqtisadi Zonaların İnkişafı Agentliyinin sədrinə yeni müavin təyin edilib - ƏMR
Bu gün, 15:58 |
|
|
|
• Səhiyyəmiz NİYƏ BU GÜNƏ QALDI... - REPLİKA
Bu gün, 15:57 |
|
|
|
• "Faizə pul vermişəm" - Şantaja görə tutulan qadın SİRLƏRİ AÇDI
Bu gün, 15:52 |
|
|
|
• Həmin sürücü maşının şüşələrini özü qırıb - VİDEO
Bu gün, 15:50 |
|
|
|
• “Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Bu gün, 15:42 |
|
|
|
• Macarıstan Rusiyaya qarşı sanksiyaların uzadılmasına veto qoymaqdan imtina edib
Bu gün, 15:39 |
|
|
|
• Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması təklif edilib
Bu gün, 15:37 |
|
|
|
• Nəzrinlə bağlı ekspertiza və xəstəxana rəyləri niyə üst-üstə düşmür? - VİDEO
Bu gün, 15:35 |
|
|
|
• Həcc ziyarətinə gedən uşaqlar üçün qiymətlər necədir? - AÇIQLANDI
Bu gün, 15:24 |
|
|
|
• Elariz Məmmədoğlunun həbsdə olan kürəkəni özünü təqsirli bilməyib - TƏFƏRRÜAT
Bu gün, 15:21 |
|
|
|
• Aİ Rusiyaya qarşı sanksiyaları uzadıb
Bu gün, 15:18 |
|
|
|
• Paşinyan “erməni soyqırımı”nı inkar edir - Revanşist “Ayakve”
Bu gün, 15:15 |
|
|
|
• Teodoros Rosopulos yenidən AŞPA-nın prezidenti seçilib
Bu gün, 15:12 |
|
|
|
• Bank kartlarımızdan pul oğurlanır: nə etməli? - AKTUAL
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycanda MTK ləğv olunur
Bu gün, 13:58 |
|
|
|
• FONTANA restoranı qanunlara ZİDD GETDİ VƏ...
Bu gün, 13:05 |
|
|
|
|