Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Şərurda işçini başdan etmək üçün belə deyirlər: `Sənin yerin Türkiyədir... get pul qazan...`
Şərurda işçini başdan etmək üçün belə deyirlər: `Sənin yerin Türkiyədir... get pul qazan...`16-04-2025, 09:05 |
![]() Şərur Regional Tibb Mərkəzi PHŞ-nin qazanxanaçısı Həsənov Nofəl tərəfindən Şərur Regional Tibb Mərkəzi PHŞ-nin Direktorunun müalicə işləri üzrə müavini -Baş həkim Asiman Yusifova müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciəti olduğu kimi təqdim edirik: "Hörmətli Asiman Yusifov , Azərbaycan Respublikasında dövlət təşkilatları , qeyri dövlət təşkilatları və bütün kollektiv fəaliyyətlər Azərbaycan Respublikasının qanunları ilə , əmək məcəlləsi ilə tənzimlənir .Nəzərinizə çatdırım ki , hüquqlarım kobud şəkildə pozulub . Mənə müəssisədə alternativ iş tərəfinizdən təklif edilməyib .Hüquqi əsaslar və faktlar onu göstərir ki , həmin dövrdə müəssisədə kifayət qədər vakant vəzifələr yer alıb .Tərəfinizdən dəfələrlə işdən ayrılmağımla bağlı təkid olunub . Bir bəhanə taparaq məni işdən uzaqlaşdıracağınızı dəfələrlə bəyan etmisiniz . Naxçıvan Muxtar Respublikası Əmək Müfəttişliyində yaxın qohumunuz olduğunu , bu prossesin sizin üçün asan olacağini mənə bilfirmisiniz. Hətta sənin yerin Türkiyədir get pul qazan ailənə bax ifadəsi işlətmisiniz . Bir dövlət məmuru olaraq mənə təklifiniz dolayı yolla bu olub ki , öz ölkəmdən sürgün olunum , ailəmi başsız qoyum. Hansısa xarici qüvvələrin Şəruru boşaltma siyasətinə sizində verdiyiniz töhvəni dəstəkləmirəm və ən yuxari səviyyədə etiraz edirəm . Bununla bağlı ölkənin ən ali qurumlarina və aidiyyatı şəxslərə müraciət ünvanlayıram və sizi qanunla işləməyə dəvət edirəm. Əlavə olaraqda həmin maddəni qoşma olaraq müraciətimə əlavə edirəm Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi 1. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. 2. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər..." Geri qayıt |