Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > Naxçıvanda yerli hakimiyyətin TƏHLÜKƏLİ SU BİZNESİ...
Naxçıvanda yerli hakimiyyətin TƏHLÜKƏLİ SU BİZNESİ...12-03-2025, 11:15 |
![]() Naxçıvanın dörd bir yanı təmiz su mənbələri ilə zəngin olsa da, şəhər sakinlərinin kranlarından çirkli və sağlamlıq üçün təhlükəli su axır. Sakinlər iddia edirlər ki, bu, təsadüfi deyil – məqsəd insanları mağazalardan su almağa məcbur etməkdir. İçməli su tapmayanlar ya baha qiymətə qablaşdırılmış su almalı, ya da uzaqdan su daşımalı olurlar. İnsanları susuz saxlamağın arxasında isə böyük biznesin dayandığı bildirilir. İddialara görə, Naxçıvanda qablaşdırılmış su bazarına yüksək vəzifəli şəxslər, o cümlədən səlahiyyətli nümyandə Fuad Nəcəfli nəzarət edir. "Sadəcə gözlə baxmaq kifayətdir ki, suyun nə qədər çirkli olduğunu görəsən. Kranların xalisləri tez tutulur, qabda saxlayanda çöküntü əmələ gəlir, istifadə olunan əşyalar kirəc bağlayır. Mən ya mineral su, ya da Şahbuzdan gətirilən qablaşdırılmış Batabat suyunu baha qiymətə almağa məcbur oluram. Bu biznesin yuxarıda kimlərin nəzarəti altında olduğu hamıya məlumdur." – sakinlərdən Nihad Nəbiyev belə deyir. Onun sözlərinə görə, membran və su təmizləyici filtrlər vaxtında dəyişdirilmir, ona görə də camaata içməli su yerinə texniki su verilir: "Filtrlər alınmır, ya da vaxtında dəyişdirilmir. İçməli su normal süzülmədiyindən insan sağlamlığına ziyan vurur. Yəni, bilrəkdən, pul qazanmaq üçün bizi zəhərləyirlər. " Sakinlər bu vəziyyətin son dövrlər yarandığını bildirirlər. "Hamı deyir ki, Naxçıvanda təmiz su mənbələri var, amma biz içməyə su tapmırıq." – bu sözlər isə, digər şəhər sakini Səma Orucovaya məxsusdur. O, yerli hakimiyyəti korrupsiyada günahlandırır: "Televiziyada deyirlər ki, camaata təmiz içməli su veririk. Amma, filtrlər vaxtında dəyişdirilmir, suyun təmizlənməsinə ayrılan pullar da gedir ciblərə. Bir məqsəd də öz su bizneslərini dirçəltməkdir. İçəli su tapa bilmədiyimizdən, gedib dükanlardan almalı oluruq. Bu biznesə də elə başda oturan məmurlar nəzarət edirlər." Şəhər sakinləri aidiyyəti qurumlara müraciət edərək, problemin tezliklə həll olunmasını tələb edirlər. "Gündəlik Naxçıvan" Geri qayıt |