Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Üçüncü sektor, Manşet, Güney Press > "60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir"
"60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir"Bu gün, 12:40 |
![]() Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının "DİA-AZ"a müsahibəsi: - Neçə müddətdir ki, əlverişsiz hava şəraiti səbəbindən dənizdəki neft işçilərinin növbə dəyişikliyində problemlər yaşanır. Bu isə təbii olaraq narazılıqla müşaiyət olunur. İslədiyimiz qədər NHT sədri olaraq davaml şəkildə bu problemi diqqətdə saxlayırsınız. Bəs nəticə olurmu? Yəni qaldırdığınız problemlərə gərəkən reaksiyalar varmı? - Neftçilər dəniz obyektlərinə helikopter və gəmi ilə yola salınır İşçiləri dərin dəniz özüllərinə aparan helikopterlər və gəmilər köhnədir. 60-cı illərin istehsalı olan bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir. Helikopterlər köhnədir və onların iş resursu tükənib. Buna görə də bəzən uçuş zamanı mühərrik və diğər hissələrində problemlər yaranır. Uçuşlar bir neçə dəfə yarımçıq saxlanılıb və məcburi eniş olunub. Qasırğalı havada köhnə gəmilər platformalardakı gəmi yanalma meydançalarına yanaşa bilmirlər. Qeyd olunan problemlər isə işçilərin təhlükəsiz nəqliyyatla təmin olunması üçün problem yaradır və onların həyatı üçün təhlükəlidir . Neftçilərin iş növbəsinin vaxtlı vaxtında dəyişilməməsinin də əsas səbəbi məhz nəqliyyat problemidir. Bu haqda dəfələrlə sosial şəbəkələrdə yazmışam. Bu problem SOCAR səviyyəsində həll olunmalıdır. Baş verə biləcək bütün problemlərə cavabdeh isə məhz şirkət prezidentidir. Qaldırılan problemin məsuliyyətini,bu problemin verə biləcəyi fəsadı ilə sahə üzrə peşəkar ,yaxşı idarəetməyə malik şəxslər bilər və reaksiya verər. Deməli məsul şəxs(şəxslər) yazdığım xüsusiyyətlərə hələ malik deyil. - NHMT bu gün öz sahəsində - neft və qaz mədən sənayesi işçilərinin hüquqlqarının müdafiəsində yeganə təşkilat kimi görünür. Başqa bir təşkilat varmı bu yöndə fəaliyyət göstərən? Və varsa onlarla əməkdaşlıq edirsinizmi? - Təşkilatımız 1996-cı ildə bir qrup neftçi tərəfindən yaradılıb və 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Biz ölkənin hasilat sənayesində insan hüquqlarını müdafiə edirik: Fəaliyyət istiqamətlərimiz marifləndirmə,məlumatlandırma,hüquqi yardımlar,tədqiqat və monitorinq və s.-dir.İl boyu ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin icrasının monitorinqini aparır,İllik hesabatlar hazırlayırıq. Fəaliyyət göstərdiyimiz sahə üzrə başqa bir təşkilatın fəaliyyətini müşahidə etməmişəm. - NHMT bu gün bəzi məmurların başağrısına çevrilib. Bunu asanlıqla müşahidə etmək olur. Hansısa təzyiqlərlə üz-üzə qalmısınızmı? - Təbii təzyiqlər olur . Müxtəlif formalarda və daimi. Adlarını yazıb varlıqlarını göstərmək istəmirəm. Qurddan qorxan meşəyə girməz. Müstəqilsənsə deməli təzyiqlə üzləşəcəksən. Təzyiq varsa deməli sən haqsan! - Məlumdur ki, sıravi neft işçiləri sizləri ƏSAS MÜDAFİƏÇİ kimi görürlər... Bəs sizin hüquqlarınız tapdananda necə, anoloji reaksiyanı görə bilirsinizmi? - Çətin sualdır. Anoloji reaksiyalar bəzən olur. İnsanları qınamıram. Geri qayıt |