Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > "Belə bir hadisə baş verib, verməyib danışmayacağam"
"Belə bir hadisə baş verib, verməyib danışmayacağam"23-04-2025, 00:20 |
![]() Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı ilə Əməkdar artist Almaz Ələsgərova arasında Akademik Musiqili Teatrında mübahisə düşüb. Məsələ ilə bağlı Axşam.az A.Ələsgərova ilə əlaqə saxlayıb. Müğənni A.Bəşirqızı ilə dalaşmasını inkar etməyib: “Olan oldu, keçən keçdi. Biz onunla əməkdaşıq, hər bir işdə belə hadisə olur. Bu haqda danışmaq istəmirəm. Belə bir hadisə baş verib, verməyib danışmayacağam”. Qeyd edək ki, “Qaynarinfo”nun məlumatına görə, hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda aktyorlarla görüş keçirdiyi ərəfədə baş verib. Qalmaqala səbəb A.Ələsgərovanın saqqız çeynəməsi olub. A.Bəşirqızı iclas iştirakçılarından birinin saqqız çeynədiyini eşidib. İddiaya görə, aktrisanın əsəbləri buna dözməyib və ucadan “bu qələti edən kimdir?” deyə, iştirakçılara səslənib. Bu zaman A.Ələsgərova “qələti sən özün edirsən” cavabını verib. Geri qayıt |