Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > “Cahangiri odun-alovun içinə atıb bədbəxt etməyin”
Əsas Səhifə > Şou-biznes > “Cahangiri odun-alovun içinə atıb bədbəxt etməyin”

“Cahangiri odun-alovun içinə atıb bədbəxt etməyin”


16-04-2025, 09:41
“Cahangiri odun-alovun içinə atıb bədbəxt etməyin”
“Cahangir bizim dostumuzdur, həmkarımızdır. Sözsüz ki, istedadlı adamdır. Amma Azərbaycanın elmini, mədəniyyətini ancaq dövlət xilas edə bilər. Bu tək Cahangirlə olmaz ki.. Bir nəfər cin deyil ki, butulkadan çıxıb hər şeyi düzətsin. Bir nəfərin bu işi görəcəyi imkanı yoxdur. Bir nəfər öz əxlaqı, təcrübəsi ilə imkan daxilində müəyyən işlər görə bilər. Bu işlərə təyin olunan səlahiyyətli insanlar xalqın içindən seçilib vəzifəyə qoyulmalıdır. Şəxsi “kruq”-lar yaradan, şəxsi intriqalara maraq göstərən və öz ətrafını özünə münasib adamlarla dolduran insanlar nə qədər ki, var kimi gətirirsən gətir heç bir şey edə bilməyəcək”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əbdül Mahmudbəyov deyib. O daha sonra əlavə edib:

“Yeni bir xilaskar qrupu yaradılmalıdır. Çünki Azərbaycan teatrı da, kinosu da, mədəniyyəti də, təhsili də pis gündədir. Biz niyə bunu gizlədirik ki? Niyə etiraz etmirik? Niyə görə həqiqəti demirik? Gözümüz görə-görə kinomuz, teatrımız pis günə qalıb, bərbad günə salınıb. Bütün bu problemlər Cahangir Novruzovun imkanları xaricindədir. Ona görə də bu problemlər kompleks həll olunmalıdır. Cahangiri gətirib odun-alovun içinə atmasınlar. Onu bədbəxt etməsinlər. Təkbaşına heç nə edə bilməz. İnsanları kresloya oturzdurmaq yox, onlara həm də səlahiyyət vermək lazımdır, kənar müdaxilələrdən qorumaq lazımdır” deyə sənətkar bildirib.

Xalq artisti deyir ki, televiziya insanların mənəviyyatını bilərəkdən pozur.

“Cinayət məcəlləsində qoyun oğrusuna, telefon oğrusuna, ev oğrusuna aid min dənə bölmələr var. Bəs əxlaqımızı, mədəniyyətimizi, mənəviyyatımızı, idealogiyamızı pis günə qoyanlar haqqında niyə bir cəza nəzərdə tutulmur? Niyə? Bunlar hamısı kompleks şəkildə həll olunmalıdır. Televiziyalar səhərdən axşama qədər insanların əxlaqını pozur. O şəxslərə ən yüksək cəza verilsin” deyə o bildirib.

Əbdül Mahmudbəyov sağlam təhsilin üstünlüyündən də danışıb:

“Əvvəla hər şeyi kadr həll edir. Bu gün “Azərbaycanfilm” kinostudiyası ağzıbağlı qalıb orada. Özü də pis gündə.. Az-çox peşəkar insanlar barmaqhesabı qalıb. “Kino Agentliyi” gücü çatan qədər iş görür. Mən orada iştirak edirəm, görürəm ki, necə biyabırçı rejissorlar gəlirlər, biyabırçı, pis gündə ssenarilər gətirirlər. Görünür ki, onlar kinodan uzaqdırlar. Elm, təhsil sistemi bərpa olunmalıdır. Milli kadrlar, kinoakademiya yaradılmalıdır. İncəsənət universiteti bağlanılmalı, yalnız teatr və kino universiteti kimi fəaliyyət göstərməlidir. Orada əlavə-zurnaçalan, nağaraçalan, klarnetçalan fakültələri olmalı deyil. Bunun üçün konservatoriya var da. Bu gün teatr fakültəsini bitirənlər teatrın qapısını tanımır. Müəllimin oxuduğu leksiya ilə adam kinoartist olur bəyəm?” deyə sənətkar bildirib.

Geri qayıt