Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Mən heç vaxt filmə görə dövlətdən pul almaq istəməmişəm"
Əsas Səhifə > Şou-biznes > "Mən heç vaxt filmə görə dövlətdən pul almaq istəməmişəm"

"Mən heç vaxt filmə görə dövlətdən pul almaq istəməmişəm"


12-04-2025, 06:16
"Mən heç vaxt filmə görə dövlətdən pul almaq istəməmişəm"
"Azərbaycan kinosu fədakarların ümidinə qalıb. Kinomuza bir sistematlik arzulayıram. Kinomuz ortalıqda qalıb. Hərə bir tərəfdən əl atır ki, nəsə kömək etsin. Amma ümumi götürəndə düzgün sistem, yönləndirmə yoxdur. Çox qarışıqdır. Çox Allaha bənd gedirik".

Axşam.az xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov "Film aç" podkastında deyib. O, kinonun ərsəyə gəlməsi üçün pul tapmaqda çətinlik çəkdiklərini bildirib:

"İstəyirəm ki, filmə büdcə tapmağın bir forması olsun. Demirəm ki, dövlət versin. Mən heç vaxt filmə görə dövlətdən pul almaq istəməmişəm. Amma necəsə şərait yaratmaq lazımdır ki, "ver, sonra qaytarım". Film dövlətin mədəniyyəti, incəsənətidir. Bu şey bütün dünyada yayılıbsa və hələ də çəkilirsə, demək ki, özünü təsdiqləmiş sahədir".
Geri qayıt