Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Şou-biznes > Elvin nazirliyə və AFFA-ya müraciət etdi
Elvin nazirliyə və AFFA-ya müraciət etdiDünən, 00:20 |
![]() Müğənni Elvin Abdullayev Gənclər və İdman Nazirliyi və AFFA-ya müraciət edib. Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb. O, soyuq hava şəraiti ilə əlaqədar uşaqlar üçün nəzərdə tutulan futbol meydançalarında istilik sisteminin olmamasından şikayətlənib: "Müraciətim AFFA-yadır. Zəhmət olmasa, kiçik yaşlı uşaqlar üçün istilik sistemi olan meydançalar tikdirin. Bu cür hava şəraitində o uşaqların məşq etməyi həm çətin, həm də qəlizdir. Sonra Azərbaycanda futbol yoxdur kimi kəlmələr eşitməkdənsə, futbolçunun kiçik yaşlarından qeydinə qalmalısan. Daha uşaq soyuqda qaçıb iki gündən bir xəstələndi yox. Gənclər və İdman Nazirliyi və ya AFFA, xahiş edirəm, bu nüansları nəzərə alın". ![]() Geri qayıt |