Əsas Səhifə > Şou-biznes > Dələduzlar Əlikram Bayramovu necə aldatdı?

Dələduzlar Əlikram Bayramovu necə aldatdı?


Bu gün, 17:37
Dələduzlar Əlikram Bayramovu necə aldatdı?
Müğənni Əlikram Bayramov dələduzluğun qurbanı olub.

Sənətçinin Qaynarinfo-ya verdiyi açıqlamaya görə, ondan həmkarı Arzu Qarabağlının adından 250 manat pul alıblar:

"Ondan mesaj gəldi ki, "xəstəyəm, vəziyyətim pisdir, qurban olum, mənə 250 manat pul göndər". Mən də bu məbləği göndərdim. Sonra pulun çekini Arzuya atdım. Həmin anda Arzu zəng etdi ki, "Əlikram bu nə puldur?" Dedim bəs sən istədin, mən də göndərdim. Qız dedi ki, "mən heç kimdən pul istəməmişəm". 250 manatı göndərəndən 5 dəqiqə sonra həmin adam məndən 350 manat da istədi. Həmin adama zəng etdik, cavab vermədi. Sonra mesaj yazdı ki, danışa bilmir və məni bloka atdı".

Əlikram Bayramov hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirib:

"Allah haqqı, 250 manatı göndərdim. Araşdırma gedir. Mən pulu Azərbaycan Beynəlxalq Bankının kartına köçürdüm. Bu gün də kartın nömrəsi açıqdır. Hazırda iş polis bölməsindədir. Pulu geri alana kimi mübarizə aparacam".

Geri qayıt